Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QURANIN "QURAN"DAKI ADLARI [2]

[ Müqəddəs quran / 5592 dəfə baxılıb ]   
|
 

Əvvəli:http://www.azerislam.com/index.php?lngs=aze&cats=1&ids=1771

4.ən-Nur
İşıq mənasına gələn nur adı ilə Quran, insanları qaranlıqdan aydınlığa çıxartmaq üçün göndərilmiş olduğunu bəyan edir. [İbrahim, 1] Ən-Nur kəlməsi Quranda fərqli mənalarda 43 yerdə keçir, 11 ayədə isə Quranın adı olaraq istifadə edilir. [1]

Bu ad "aydınlıq" mənası ilə Quranın aydınlatdığı həyatın qaranlıqlardan uzaq olacağını bildirir. Quranın fərqli surələrində keçən bu kəlmə gecənin ziddi olan "gündüz" mənasını deyil, "cəhalət qaranlığının ziddi" olan aydınlığı, yəni həqiqəti ifadə edir. Özünü göylərin və yerin nuru [Nur, 35] olaraq adlandıran Uca Allah, insanlığa göndərdiyi mesajına da bu adı verir və beləliklə də kəlamı ilə Öz zatını eyni adla adlandıraraq Quranın önəminə diqqətimizi çəkir.

Bu gün insanlar, Quranın aydınlığından kifayət qədər faydalanmır və onun təqdim etdiyi həyat dəyərlərini görməməzliyə vururlar. Quranın nurundan yararlana bilmək məqsədi ilə gündəlik həyatda işıqları yandırdığımız kimi Quranı da "açmaq" lazımdır. Bəzən yandırılmasına rəğmən yanmayan işıqlar da ola bilir; bu elektrikin yoxluğu deməkdir. Eyni ilə bunun kimi açılmasına, oxunmasına və dinlənilməsinə rəğmən Quranın yetərincə işıq vermədiyini görürük. Bunu səbəbi, həqiqəti onda axtarmaq istəyinin olmayasıdır. Halbuki, bir adı da nur olan Quran, ehtiva etdiyi qanunların işığı ilə insanın könül və ruh dünyasını aydınladan bir nemətdir.

5. ər-Ruh
Quranın adlarından biri də ruhdur. Ruh bədən üçün vaz keçilməz bir dəyərdir və ruhsuz bədən ölü kimidir. Bədən üçün ruhun önəmi nədirsə dini həyat üçün də Quranın önəmi və dəyəri odur. Uca Allah: "Məhz beləcə, Biz sənə qatımızdan bir ruh vəhy etdik" [Şura, 52] buyuraraq bu həqiqətə diqqət çəkir. Deməli Quran, həyat üçün bir ruhdur; canlılığın ən önəmli dəyəridir. Bu həqiqət Ənfal surəsində belə bəyan edilir: "Ey iman edənlər! Sizi sizə həyat verəcək bir şeyə [Qurana] çağırdığında Allahın Elçisinin bu çağırışına uyun" [Ənfal, 24]. Quran bu ayədə də ifadə edildiyi kimi insanları canlılıqdan həyat və ruh sahibi olmağa yüksəltməkdədir. Burada həm də ruh olan "Quran"ın insanı dəyişdirə bilmək xüsusiyyəti də xatırladılır. [Ali İmran 179; Ənkabut, 2]

Yasin surəsinin 70-ci ayəsindəki "Həyatda olanları xəbərdar etmək" ifadəsi Quranın bu xüsusiyyətini meydana çıxarır, onun insana ruh verərək həqiqətin varlığının idrak etdirməsindəki təsirinə diqqət çəkir. Quran insanın həyatdakı varlığını ruh və şüur sahibi olmağa çevirə bildiyi üçün ruh adlandırılmışdır.

Quran, məsuliyyət yükləyən, insanın ağıl və iradəsini muxatab alan bir səslənişdir. Bu baxımdan Quranın "ruh" olması onun məsuliyyət hissi olan varlıqları muxatab aldığını və onlarda dəyişiklik etməyi qarşısına məqsəd qoyduğunu göstərir. Ruh, ağıl, iradə və şüur olmadan insanın məsuliyyətindən söz edilə bilməz.

"Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allaha duyduğu ehtiramdan ötrü boyun əydiyini görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr" [Həşr, 21] ayəsi Quranın təsirinə diqqət çəkir. Cansız dağın boyun bükməsi və bunu Allaha duyduğu ehtiramdan ötrü etməsi üçün ilk əvvəl canlandırılması və ruh sahibi edilməsi vacibdir. Bu ayə, dağın bu halından məcaz olaraq söz edildiyini göstərir.

Quran, bu dünyanın ən böyük varlıqlarını, ən sarsılmaz hesab edən kütlələrini belə sarsıdıb boyun bükdürə bilirsə, bu hal onun ruh verici özəlliyindən qaynaqlandığına dəlildir. Uca Allah, insanların düşünüb dərs almaları və nəticə çıxartmaları üçün bu cür misallar verir.

6. əş-Şəfa
Çoxlarının qəbul etdiyi kimi "dərdə dəva olmaq" mənasına gələn əş-şəfa kəlməsi, Quranın Qurandakı adlarından biridir. "Ey insanlar! Rəbbinizdən sizə bir nəsihət və qəlblərdə ola biləcək hər cür [mənəvi xəstəlik] üçün bir şəfa, inanalar üçün də bir rəhbər və rəhmət gəlmişdir" [Yunus, 57; bənzər ayələr üçün: İsra, 82; Fussilət, 44] Şübhə yoxdur ki, Quranın şəfa olması mənəvi xəstəliklərlə, yəni inanc xəstəlikləri ilə bağlıdır.

Quran insanların daxili dünyalarını müalicə edən bir şəfadır. Belə ki, Uca Allah, eyni kökdən bir kəlməni [yəşfi] istifadə edərək Allah yolunda savaşanlara yardım edəcəyini və möminlərin könüllərinə fərəhlik verəcəyini [Tövbə, 14] ifadə etməkdə və beləcə şəfa kəlməsinin könüllə əlaqəsini meydana çıxarmaqdadır. Əlbəttə bu kəlmənin maddi və bədənlə bir başa mənada dərdə dəva mənası da var. Belə ki, Həzrəti İbrahimin duasındakı "Xəstələndiyimdə mənə şəfa verən Odur" [yəşfini - Şuara, 80] və "Balda insanlar üçün şəfa vardır" [şifa - Nəhl, 69] ayələrindəki kəlmələr bu mənadadır.

Bu istisnalardan başqa qeyd edək ki, Quranın şəfa olması könüllərdəki inancsızlıq mərəzini müalicə edir və mənəvi bir mahiyyət daşıyır. Dini həyatı doğru qavramağa yönələn araşdırmalar və kainatı doğru anlamaq əzmi, Quranın yol göstəriciliyindən, rəhbərliyindən və problemləri həll ediciliyindən yararlanmalıdır. Onun şəfa olması çözüm tapmasındandır, problemi aradan qaldırmasındadır, yol göstərməsindədir.

İnsanlar Quranı oxuyaraq cismani rahatsızlıqlarının həll ediləcəyini gözləməməlidirlər. Məsələn ürəyində problem olanlar Quran oxuyaraq deyil, kardioloqa müraciət edərək Uca Allahdan şəfa gözləməlidirlər. Cismani xəstəliklərdə ilk əvvəl həkimə müraciət edilməli, şəfa isə təbii ki, yalnız Allahdan gözlənilməlidir. Həkimlərə müraciət etmək lazımdır; çünki səbəblərə sarılmaq insanın iradə vəzifəsidir. Lakin unutmaq olmaz ki, bununla belə, nəticədə şəfa verəcək olan yalnız Allahdır.

Quran hidayət qaynağı olması səbəbi ilə ruhların itirdiyi rotalarını tapmaqda insanlara yardımçı olur, yol göstərir. Quranı göndərildiyi məqsədi nəzərə alaraq oxumağa, anlamağa və yaşamağa məcburuq. Göndəriliş məqsədindən uzaqlaşdırılaraq onu yalnız cismani xəstəliklərin müalicəsi üçün oxumaq Quranı lazımı yerdə oxumaq mənasına gəlmir. Daha doğrusu bu məqsədlərlə oxumalar Quranı anamağa və nazil edilmə qayəsindən uzaqlaşmağa da səbəb ola bilər.


[1] [Nisa, 174; Maidə, 15; Ənam, 91; Əraf, 157; Tövbə, 32; Həcc, 8; Nur, 35; Loğman, 20; Şura, 52; Saff, 8; Təğabun, 8]

Ardı:
http://www.azerislam.com/index.php?lngs=aze&cats=1&ids=1811


Məhmət Okuyan.
Hazırladı: Xədicə NurƏli
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka