Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÜSULSUZ DƏVƏT VƏ YA "DƏSTƏMAZSIZ NAMAZ"...

[ Aktual / 5308 dəfə baxılıb ]   
|
 




























İnsanın ifadə tərzi kimliyinin (şəxsiyyətinin) ölçüsüdür.
İfadə tərzi çox önəmlidir. Dünyanın ən pis məhsulunu gözəl bir bağlamada sata bildiyiniz kimi dünyanın ən dəyərli məhsulunu da çox pis bir bağlama ilə müştəridən məhrum edə bilərsiniz.
Haqlı olmaq da, haqqı müdafiə etmək də kifayət deyil...

Haqlılığınız haqqa yaraşacaq bir biçimdə isbat edilməmişsə, hələ haqlı olduğunuzu batil bir tərzlə müdafiə etməyə iddialısınız. Haqlı ikən haqsız vəziyyətə düşmüş olarsınız. İddianızın həqiqət olması yalnış üslubunuzun səbəbi ola bilməz əksinə yalnış üslubunuz (doğrunuzu aradan qaldırıb) onun təsirini bir heçə endirər. Sadəcə özünə haqsızlıq etməklə qalmaz, müdafiəsinə qalxdığınız həqiqətə və yalnış üslubunuza görə o həqiqətin üzünə bir daha baxmayacaq olan insanlara da haqsızlıq etmiş olarsınız.
Atalar “üslubi bəyan eyni ilə insan” (İnsanın ifadə tərzi kimliyinin ölçüsüdür) deyir. Bu deyimə müasir aforizmi də əlavə etmək gərək. Bir mücadiləyə ona düşmən olanlardan çox onu yalnış təqdim edənlər zərər verir. Yalanın bəzədilərək satıldığı və kifayət qədər müştəri qazandığı dünyada insanlığın dəyişməz dəyərlərini özündə cəmləşdirən və insan xoşbəxtliyinin digər adı olan İslamdan yüz milyonlarla insan məhrum yaşasa özünə laiq bir üslubla təmsil edilə bimədiyinə görədir.

Ən amiranə, ən avtoritar, ən qınayıcı üslub Allaha yaraşır. Allah insan münasibətlərində insanın Allaha olan nankorluq və saysız-hesabsız qüsuru Allahın insana olan sonsuz rəhmət və şəfqəti göz önündədir. Buna baxmayaraq ilahi kəlamın insanı seçimində sərbəst buraxması, onun iradə və ağlına xitab etməsi, onu inandırmağa çalışması “uslubullah”a baxaraq öz üslublarını düzəltməli olan möminlər üçün gözəl örnəkdir. Problemin təməlində yatan yalnış məsh bu xüsusur. Mənsub olduğunuz dəyərlərin cazibəsini sizdən aldığını düşünməyiniz çox böyük bir aldanışdır.

Xeyr, heç kim özünü insanlığın dəyişməz dəyərləri olan dinin hökmranı olaraq görməsin. Narahat olacaqsa özü üçün narahat olsun. Din cazibəsini haqqa mənsubiyyətindən almaqdadır. Dəyərlər özəlləşdirilməməlidir. Hələ fitrətin digər adı olan islam heç özəlləşdirilməməlidir. Özəlləşdirilən dəyər bir müddət sonra onu özəlləşdirənlərin "şəxsi mülkünə" çevrilər və o dəyərə sahib olmaq istəyənlər üçün fəsadlar törədər. Fəqət dəyərlər özününküləşdirilməli və mənimsənilməlidir. Bir dəyəri mənimsəmək onu yalnız “mənə aid etmək” deyil, “məni ona aid etməkdir.” “Mən” o dəyərə aid edilərsə, Quranın Hz. İbrahimin dilindən ifadə etdiyi kimi “Mən də müsəlmanlardanam”aidiyyatının sirri qavranmış olur.
Mömin olmaq ilk əvvəl inancından, o inancın həqiqəti təmsil etdiyindən, o inancın qaynağından və vədlərindən əmin olmaq deməkdir.
Məhz bu xüsusiyyətləri qazanmış bir iman insanda özünə güvən hissinə çevrilir və iman sayəsində sahibi dünyanın ən qiymətli (satın alınmayacaq) insanı halına gəlir. Iman bu şəkildə mənimsənildikdən sonra “imic”ə gərək varmı? Onsuz da o iman sahibinin üslubunu, refleksini, xarakterini, davranışını və həyat təsəvvürünü də təsbit edəcəkdir. Din ruhun qılıfı olan bədənin təmizliyini ruhun təmizliyindən ayırmamışdır (ayrı dəyərləndirməmışdir).
Unutmayın üslubun da təharəti (təmizliyi) olur.
Təmiz olmayan bir üslubla edilən dəvət və xidmət dəstəmazsız qılınan namaza bənzəyər. Nə dəvət edənə, nə də başqasına xeyir verməz.


Hazırladı: Nigar / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka