Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TÖVBƏ VƏ İSTİĞFAR

[ Aktual / 13724 dəfə baxılıb ]   
|
 
T-v-b kökündən gələn tövbə, “yanlış bir işdən vaz keçib, onu bir daha etməmək üçün qəti bir şəkildə dönmək” deməkdir. “Qəti bir dönüş” sözü gedən əməli bir daha etməməklə yanaşı, onun əksini edəcək bir şəkildə yeni bir tərəfə yönəlməni də ehtiva edir. Tövbə edən tövbədən sonra nəinki pis iş görməməli, hətta yaxşı işlərə yönəlməli və yalnız yaxşı işlər etməlidir ki, bu dönüşün adı “tövbə” olsun. Bu mənada sözü gedən kəlmənin Quranda bir çox ayədə istifadə edildiyinin şahidiyik.

“Ey iman edənlər! Səmimi bir tövbə ilə Allaha dönün” (Təhrim, 8) Burada və digər ayələrdə olduğu kimi t-v-b kökündən gələn kəlmələr, Quranda "tabə"və bənzər formalarda "ila" və ya "min" cər hərfi ilə, ya da ki, yalnız başına istifadə edildikləri yerlərdə “yönəlmək, tövbə etmək” mənalarına gəlir. Bu mənada tövbə kəlməsi mətab şəklində isim olaraq da istifadə edilir.

Tövbə kəlməsinin ikinci bir mənası “tövbəni qəbul etmək”dir. Bu kəlmə “ala” cər hərfi ilə istifadə edildiyi zaman sözü gedən kəlmənin faili hər zaman Uca Allah olur və kəlmə “tövbəni qəbul etmək” mənasına gəlir. Mövzu ilə bağlı bir misalla fikrimizi tamamlaya bilərik: “Bu hal davam edərkən, Adəm, Rəbbindən bəzi kəlmələr (ilham) öyrəndi və Allah onun tövbəsini qəbul etdi. Çünki Allah tövbələri qəbul edən və mərhəməti bol olandır.” (Bəqərə, 37)

Təvvab kəlməsi Quranda yalnız “tövbələri qəbul edən” mənasında Uca Allahın sıfəti olaraq, təvvabın isə Bəqərə 222-ci ayədə olduğu kimi “tövbə edənlər” mənasında insanlar üçün istifadə edilmişdir.

İstiğfar
“Bağışlanma diləmək” mənasına gələn istiğfar kəlməsi, “bir şeyi onu qoruyacaq şəkildə örtmək, geyindirmək” anlamındakı ğ-f-r kökündən törədilmişdir. Ğufranməğfirət də “Allahın, qula əzab etməsindən onu qoruması” deməkdir. “Bağışlayıcı” nənasındakı ğafurğaffar kəlmələri Uca Allahın bir sifəti olaraq Quranda bir çox ayədə istifadə edilmişdir.
“Rəbbinizdən məğfirət diləyin” (Hud, 90) [1] ayəsindəki istiğfar şirkdən ötrü “məğfirət diləmək” mənasında anlaşıldığı kimi “bağışlanma diləyi” mənasında da anlaşıla bilər.

Tövbə və istiğfarın fərqi
Yuxarıda da söylədiyimiz kimi, tövbə və istiğfar kəlmələri adətən bir-birinin əvəzinə işlədilən və tez-tez mənaları qarışdırılan iki ifadədir. Bu qarışdırmanı aradan qaldırmaq üçün Quranda bu iki ifadənin istifadə edildiyi bəzi ayələrə baxaq:
“Rəbbinizdən məğfirət diləyin, sonra Ona tövbə edin...” (Hud, 90) Bu ayədə və eləcə də Hud surəsi 3-cü və 52-ci ayələrdə olduğu kimi istiğfar ilə tövbə kəlmələri ardı-ardına zikr edilmişdir. İstiğfar, əvvəlcədən edilən xətalar üçün üzür istəmək və bağışlanma diləməkdir. Məhz bu istəkdə olan insanın səmimi olub olmadığının test edilməsitövbə ilə mümkündür. Çünki tövbə, əvvəlki xətaları etməmək və xətanın əksini etmək, yəni doğrunu edərək bu yönəlişi göstərmək deməkdir. İstiğfar, həyatın yaşanmış hissəsindəki xətalar üçün üzür diləməyi ehtiva edirsə, tövbə həyatın yaşanmaqda və yaşanacaq olan hissəsinin yönünü və qərarda ciddiliyi ifadə edir. Hər iki ifadə birlikdə həyatın hamısını ehtiva edir.

İddia edildiyi kimi, tövbə xətalardan sadəcə üzür diləməklə məhdudlaşan bir ifadə deyil. Əlbəttə tövbənin içində və hətta əvvəlində istiğfar var; lakin tövbə bu istiğfardakı səmimiliyi meydana çıxarmağın, yönəlməyin praktik təzahürüdür. Əgər tövbənin gələcək həyata yönəlik bir mənası olmasaydı, o zaman ölmək üzrə olan insanın tövbəsinin qəbulunda da bir problem olmamalı idi. Halbuki həm Firounun tövbəsi, həm də ölüm anında edilən tövbənin qəbul edilməyəcəyi Quranda açıq bir şəkildə zikr edilib. [2]

Tövbəni “əfv diləmək”dən və “istğfar”dan ayırmağımızın əsas səbəblərindən biri “tövbənin gələcəyə, istğfarın isə keçmişə yönəlmiş olması”dır. Digər bir səbəb isə: Heç kim başqası üçün tövbə edə bilməz, lakin başqası üçün Allahdan əfv diləyə bilər. Buna dəlil olan bir çox ayə var: bir misalla kifayətlənək: “Ey Rəbbimiz! Hesab günü məni, anamı, atamı və bütün möminləri bağışla”. (İbrahim, 41)

Bu açıqlamalardan sonra Burc surəsinin 10-cu ayəsində danışılan bir qissədəki hadisəyə baxaq. “Əsabı-Uhdud bir qrup iman əhlini imanlarına görə xəndəklərə doldurur və onları diri-diri yandırırlar. Özləri də bu hadisəyə şahid olaraq xəndəklərin kənarında oturub olanların yanmasını seyr edirlər. Və bunu edənlər daha sonra da işlədikləri əmələ görə vicdan əzabı çəkmir və tövbə etmirlər...” Burada sözü gedən qissə sakinləri, - əshabı – uhdud, - bir tərəfdən suç işləyir, digər tərəfdən də günah edirlər. Suçun cəzası dünyaya aid ikən, günahın cəzası axirətə aiddir. Suç işləyənlər tövbə edərlərsə sadəcə axirətdəki cəzadan xilas olar, tövbə etməzlərsə dünyadakı cəza ilə yanaşı axirətdə də cəzalandırılarlar. O zaman, tövbə edərlərsə şərtlərə və suçlara görə onların axirətdəki cəzaları Uca Allah tərəfindən əvf edilə biləcəyi kimi dünyadakı cəzaları da əfv edilə bilər.
Bundan çıxış edərək sözü gedən ayədəki “sonra da tövbə etmədilər” ifadəsi ilə işgəncə edənlərin bu dünyada etdiklərindən peşiman olmadıqlarını, bəlkə də yenidən fürsətləri olsa eyni şeyləri tərəddüdsüz bir şəkildə etməkdən çəkinməyəcəkləri anlaşılır.

P.S. Bütün bu açıqlamalardan sonra onu deyə bilərik ki, günah nə qədər böyük olursa olsun, Allahın əfvi ondan da böyükdür və səmimi qəlblə Ona yönələn qullarını bağışlayacaqdır. Əsas odur ki, qullar da günahlarında israr etməsin və tövbə ilə hayatlarında kəskin bir dönüş etsinlər. Ölüm anında ediləcək tövbənin heç bir mənası olmadığını nəzərə alaraq ölmədən öncə bizə verilən şansı dəyərləndirə bilək və tövbə ilə hayatımızı yeniləyək.


[1] “Bağışlanma diləmək” mənasında ayələr üçün baxın: Ali İmran, 17; Tövbə, 80; Yusuf, 29; Mumin, 3,7; Nuh, 10.
[2] Nisa, 18; Yunus, 90-91.


Mehmet Okuyan
Hazırladı: Əlif
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:51
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka