Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İTKİ

[ Müxtəlif / 5917 dəfə baxılıb ]   
|
 
Qəlb, Peyğəmbərimiz bir hədisində buyurduğu kimi “inqilab edən”; “davamlı dəyişən”, “qərarsız” mənalarına gəlir.
Yəni qəlb, yerində dura bilməyən dəcəl uşaq kimidir. Gördüyünə meyl edir. Bəzən arı olur, bal hazırlamaq üçün çiçəyə qonur. Bəzən milçək olur, başqalarının hazırladığı bala qonur...

Qəlb var imana saray olur.
Qəlb var imana zindan olur.
Qəlb var dibçəyə bənzəyir. İçində gül yetişdirildiyi üçün gül ətri verir.
Qəlb var çirkab çuxuruna bənzəyir. İçi zibilliyə döndüyü üçün zibil iyi verir.

Qəlb bədən ölkəsinin paytaxtıdır. Dil-dodaq, göz-qulaq, əl-ayaq hər zaman oradan idarə olunur. Bütün orqanlar bu paytaxtın əyalətidir. Qəlb əmr verəndir. Orada iman iqtidardırsa, o zaman orqanlar üzərində onun sözü keçərlidir. İqtidar şeytandırsa, orqanlar üzərində şeytanın sözü keçər.

Sevgili Nəbi, hər zaman həmsöhbətlərinin diqqətini "qəlbə" çəkər, özü də həmişə qəlbinin halını təfəkkür edərdi. Ona görə deyirdi ki: “Qəlbimə bir anlıq qəflət hakim olduqda, həmin gün yetmiş dəfə Rəbbimdən əfv diləyirəm”

Onun ən çox təkrarladığı dualardan biri belə idi: "Ey qəlbləri çəkib çevirən Allahım! Qəlbimi dininin üzərində sabit tut!”

Müşriklərin işgəncələr altında bütlərini tərifləməyə məcbur etdikləri Ammar əzablara dözməyərək nəhayət onların istədiyini söyləmiş və sonra da qəlbi yaralı, gözü yaşlı, üzgün halda Rəsulullahın yanına getmişdi. Etdiyinin düzəldilməsi mümkün olmayan bir xəta olduğunu düşünür, “kaş ki, öləydim” deyərək ah-fəğan edirdi.
Həzrəti Peyğəmbər “bunu söyləyərkən qəlbin hansı halda idi?” deyə soruşduqda Ammar “imanla dolu” cavabını verir. Rəsulullah, “Yenə işgəncə versələr, sən də eyni taktikadan (in adu fə’ud) istifadə et” deyərək Ammara təsəlli vermişdi.

Belə bir əsas funksiyası olan qəlb həqiqətdə nədir?
Qurana görə bu qəlb, “qan vurmaq” funksiyasını icra edən ürəkdən fərqlidir.
Çünki, Quran belə buyururdu: “Bu (vəhydə) bir qəlbə sahib olan insanlar üçün nəsihətlər var.” (Qaf, 37)


“Bir qəlbə sahib olan şəxs” deyərkən Quran, axtaran, maraqlanan, sual verən, şübhə duyan, iman edən, sevən, darıxan, sızlayan, inləyən, yanan fəal bir ürəyi nəzərdə tuturdu. Belə olmayan bir qəlbi, qəlb hesab etmir: “Qəlbləri var, amma düşünməzlər” deyir. Yəni Quran qəlb deyərkən “düşünən, fikir söyləyən, təfəkkür edən, təzəkkür [1] edən, tədəbbür [2]edən, təfaqquh [3] edən bir qəlbi, daha doğrusu belə bir “daxili zənginliyi” nəzərdə tuturdu.

Ona görə də vəhy, Yunus surəsi 100 – cü ayədə: “Düşünməyənləri Allah pisliyə məhkum edər” buyurur. Daxili dünyalarını vəhylə inşa edənlər (vəhyə inşa etdirənlər) Allahın nuru ilə baxar, o nurla görər, o nurla gəzər, onunla tutar.
Daxili dünyalarını vəhylə inşa etdirməyənlərin, yəni qəlbinə sahib olmayanların bir müddət sonra əllərinə, dillərinə, ayaqlarına, gözlərinə, qulaqlarına da sahib ola bilməyəcəkləri məlumdur. Onlar nəticədə özlərinə də sahib ola bilməyəcəklər.

Özünə sahib olmayan, özünü itirməyə məhkumdur.

İnsanı düşündürən bir sual: İnsan özünü itirdikdən sonra, dünyanı qazansa nə faydası olar?


[1] Zikir etmək, xatırlamaq.
[2] Tədbir almaq, təfəkkür etmək
[2] Gül kimi açılan



Mustafa İslamoğlu
Hazırladı: Nigar / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka