Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏHRADA YAŞAYAN "BƏDƏVİLƏR" (2)

[ Aktual / 4940 dəfə baxılıb ]   
|
 
Əvvəli:http://www.azerislam.com/index.php?lngs=aze&cats=1&ids=1737

6. Bədəvilər (əl-Ə’rab) inkar və nifaq baxımından daha betər, Allahın Peyğəmbərlərinə nazil etdiyi hökmlərin hüdudlarını tanımamağa daha meyllidirlər. Allah biləndir, müdrikdir. (Tövbə, 97)

Gördüyümüz kimi Bədəvi (əl-Ərəb) mal düşkünü olduğundan inkarı və nifaqı daha qorxuludur. Çünki mal canın bir parçası olduğundan ondan vaz keçə bilməz: “Canımı al, malımı alma” deyər. Məhz bu mal ehtirası üzündən Allahın peyğəmbərlərinə nazil etdiyi dinin hədlərini tanımamağa daha meylli olan Bədəvi olur. Mal və puldan söz düşəndə hətta dindən də çıxa bilərlər. “Belə din olmasa daha yaxşıdır. Bizi yoxsulluğa məhkum edir” və ya “Belə peyğəmbər nəyimizə lazımdır, sərvətimə gözü düşüb” deyərlər. Belə ki, onlar Rəsulullah vəfat edər, etməz dindən çıxmışdılar. Bu halda “Peyğəmbərin ölümündən sonra bir çox bədəvi dinindən döndü” demək əslində “Bir çox sərvət sahibi (ulu’t-tavl) dindən döndü” deməkdir.

Düşünürəm ki, hələ də Bədəvinin kim olduğundan şübhə edirsiniz.
Ardı...

7. Bədəvilərdən (əl-Ə’rab) bəziləri (Allah yolunda) xərclədiyini itki sayır və (bundan xilas olmaq üçün) sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcək. Allah eşidəndir, biləndir. (Tövbə, 98)

Ayədən də anlaşıldığı kimi Bədəvilər, mal düşkünlüyü (əşihhatən alə’l-hayr) üzündən Allah yolunda xərcləməkdən çəkinir və nifaq əhli (münafıq) olurlar. Daha doğrusu, Allah üçün sədəqə (infaq) vermək məcburiyyəti qarşısında qalanda da bunu özü üçün bir itki sayır, onu buna məcbur edənlərin də başına bir bəla gəlməsini arzulayaraq bir an öncə bu can sıxıcı vəziyyətdən (infaq vermək məcburiyyətindən) xilas olmaq istəyir.

Bədəvilərin (çoxunun) beləcə münafiqlər (infaq etməkdən qaçanlar) olduğu anlaşılmış olur. Gələn ayə isə bunun belə olduğu barəsində mübahisəyə yer buraxmayacaq qədər açıq-aydındır.

8. Çevrənizdəki bədəvilərdən (əl-Ə’rab) münafiqlər var. Mədinə xalqından münafiqlikdə həddi aşanlar var. Sən onları tanımırsan, Biz tanıyırıq. Biz onlara ikiqat əzab verəcəyik. Nəhayət özlərini böyük bir əzabın içində görəcəklər... Bəziləri də yaxşı bir əməllə başqa bir pis əməli (cihad və infaqdan qaçış) qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Çünki Allah çox bağışlayandır, sevgi və mərhəmət qaynağıdır. Bu halda sözlərində sədaqətli olmaqları üçün (sidq) mallarından al. Beləcə onlar təmizlənib, arınsınlar”. (Tövbə, 101-103).

Rəvayətə görə, bu ayədə bəhs edilən 3 nəfər Əbu Lubabə Mərvan b. Abdulmunzir, Əvs b. Saləbə və Vədia b. Hizam idi. Onların sayının 10 yaxın olduğu haqqında da rəvayətlər mövcuddur. Məhz onlardan yeddisi “arxada qalanlar” (sərvət sahibləri/bədəvilər) ilə bağlı enən ayələri oxuyunca özlərini məscidin dirəyinə bağladılar. Hz. Peyğəmbər məscidə gəlincə onları bu halda gördü və niyə belə etdiklərini soruşdu. Onlar da Allahın Rəsulu onları bu dirəklərdən azad etməyincə özləri özlərini azad etməyəcəklərinə dair and içdiklərini söylədilər. Hz. Peyğəmbər “Bu barədə mənə bir əmir gəlmədikcə sizi açmayacağam” dedi və ondan sonra bu ayə nazil oldu. ayə nazil olunca Rəsulullah onları azad etdi. Bundan sonra onlar “Ey Allahın Rəsulu mallarımız üzündən səfərə qatılmadıq, hamısını sədəqə veririk, bizi təmizlə” dedilər. Hz. Peyğəmbər də “Mən sizdən bir şey almaqla əmr olunmadım” deyincə bir sonrakı ayə , - "Bu halda sözlərində sədaqətli olmaları üçün (sidq) mallarından al. Beləcə onları həm təmizlənib, həm də arınsınlar”, - nazil oldu. (Razi, Kurtubu, İbn Kəsir, Tabəri).

Çünki onlar digərlərinə (sərvət sahibləri/bədəvilər) uyaraq mallarını saxlamışlar və səfərə qoşulmamışdılar. Beləcə infaq fərarisi (münafiq) vəziyyətinə düşmüşdülər. Fəqət sonra tövbə edərək dönmüşdülər. Tövbə surəsinin adı da bu ayələrdən gəlir. Ayədə keçən sərvət sahiblərinə (ulu’t-tavl) və bədəvilərə (əl-Ə’rab) isə nifaqda (infaq fərariliyində) istar etdikləri üçün “Çevrənizdəki bədəvilərdən (əl-Ə’rab) münafiqlər var. Mədinə xalqından münafiqlikdə həddi aşanlar var. Sən onları tanımırsan, Biz tanıyırıq. Biz onlara ikiqat əzab verəcəyik” deyildi.

Və Bədəvi (əl-Ə’rab) ifadəsinin keçdiyi son iki ayə...

9. “Ey iman edənlər! Allahdan qorxun və doğrularla (sadıqun) birlikdə olun. Nə Mədinə xalqının, nə də ətrafındakı bədəvilərin (əl-Ə’rab) Allahın elçisinə laqeyd olmaları və onu buraxıb öz canlarının hayına düşmələri yaxşı deyil. Çünki onların Allah yolunda çəkdikləri hər susuzluq, hər yorğunluq, hər aclıq və ya kafirləri hiddətləndirəcək hər cəsur hərəkət və düşmən qarşısında əldə etdikləri hər uğur onlar üçün gözəl bir əməl olaraq yazılar. Allah gözəl əxlaq sahiblərini əvəzsiz qoymaz. Kiçik və böyük həcmdə verdikləri hər infaq, qət etdikləri hər yol onlar üçün savab olaraq yazılar və Allahdan qarşılığını daha gözəli ilə alarlar. (Tövbə, 119-121)

Gördüyünüz kimi burda da ümumi bir çağırışla “Mədinə xalqı”“Bədəvilər” mallarından verməyə (tasadduq) və infaq etməyə çağrılırlar. Allahın elçisinin və onunla birlikdə olanların çəkdikləri sıxıntılara laqeyd qalmalarının və öz mallarının, canlarının dərdinə düşmələrinin doğru olmayacağı xatırladılır. Bunun gözəl əxlaq sahibi (muhsin) olmaq demək olduğu, Allah tərəfindən qarşılıqsız buraxılmayacağı israrla vurğulanır.

***
Bədəvilər (əl-Ə’rab) kəlməsinin müsbət mənada istifadə edildiyi yeganə yer olan sonuncu ayədə isə...

Baxın, orda da mövzu eynidir;

10. Bədəvilərdən (əl-Ə’rab) Allaha və Axirət gününə inanan, verdikləri infaqı Allaha yaxınlaşmağa və peyğəmbərin duasını almağa vəsilə sayanlar da var. Həqiqətən də bunlar yaxınlıq vəsiləsidir. Allah onları sevgi və mərhəmətinə qovuşduracaqdır. Çünki Allah çox bağışlayandır, sevgi və mərhəmət qaynağıdır.”
(Tövbə, 99).

Deməli “Bədəvilər” (əl-Ə’rab) içində müsbət baxılan yeganə qrup “infaq” edənlərdir. Digərləri də Allaha və axirətə inandığını söyləməkdə və boş vədlər verməkdədirlər. Ona görə də onlara “İman etdik deməyin, boyun əydik deyin” deyilir. İnam iddialarının təsdiqlənməsi üçün infaq etmələri, mala hərislikdən vaz keçmələrinin vacibliyi söylənilir. Bu son ayədə də gördüyümüz kimi, belə edənlər təriflənir....

***
“Bədəvi” kəlməsinin Quranda keçdiyi 10 yeri gördünüz.
Hamısında da mal, qənimət, infaq kimi keçir. Ayələrin əvvəlini və sonunu oxuyun və buna əmin olun!

Mal və qənimət düşkünlərinə, mala olan hərisliyinə görə savaşdan fərarilik edənlərə Qurani-Kərim imanın qəlbinə girməməsi, təslim olmuş kimi görünən, amma təslim olmayan, yəni “Bədəvilik” deyir.

Bədəvi kəlmə mənası etibarı ilə bədavət/buduv kökündən gəlir. İlk / Başlanğıc deməkdir. İbtidai sözü də bu kökdən gəlir.
Bədəvi “İnandım” (Aməntu) deməyin yetəcəyini sanan, dedikləri sözdə qalan, rituallarla yetinən, bütün bunları dinin özü sayan, bunları aşıb infaq etməyən, sədəqə verməyən, paylaşmayan, buna görə də zənginlik hərisliyini aşmamış, dünya həyatına bağlanıb qalmış, Quran qapısından keçməmiş insan deməkdir. Onun üçün “iman etdik” demələri qəbul edilməmiş, “boyun əydik” (görüntü olaraq qəbul etdik) demələri daha uyğun hesab edilmişdir. Çünki iman hələ qəlblərinə dolmamışdır.

***
Bədəvinin kim olduğu aydın oldumu?

Bədəvi, səhrada yaşayan kəndli demək deyil.

Bədəvi, öz iç dünyasında səhra həyatını yaşayandır.

Sərvət ilə gözü bağlanan, pul ilə mərhəmətsizləşən, içinə düşdüyü bu həyatdan başqasını tanımayan; acın iniltisini, yetimin ağlamasını, yoxsulun fəryadını duymayan hər kəs səhrada yaşayan Bədəvidir...

Səhra Ərəbistanda deyil, içimizdədir.

Bədəvinin içi səhradır, içi...


İhsan Əliaçıq
Hazırladı: Əlif / Azerislam. com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:28
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:26
MƏĞRİB [ 3 rükət ]18:53
İŞA [ 4 rükət ]20:18
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka