Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SÜNNƏTDƏ ƏXLAQ

[ əxlaq / 11915 dəfə baxılıb ]   
|
 

























Quranın nüzul müddətində əxlaqi davranışın hər zaman ön planda olması səbəbsiz deyil. Çünki Quran ilk muxatabı olan Allah Rəsulunu inşa edir. Həzrəti Aişədən Rəsulullahın əxlaqı soruşulduqda “Siz heç Quran oxumadınızmı? Onun əxlaqı Qurandı” cavabını verməsi çox maraqlıdır.
Bu cavab Quranın məqsədinin əxlaq olduğunu göstərir. Belə ki Quran ilk muxatabı olan Həzrəti Peyğəmbərə “əxlaqi davranış sistemi” öyrətmişdir. Əvvəlcədən onda olan möhtəşəm əxlaqi əsasları daha da möhkəmləndirmişdir. Yəqin elə ona görə də Rəsulullah Peyğəmbər olaraq göndərilməsinin səbəbini belə açıqlayır: “Mən sadəcə gözəl əxlaqı tamamlamaq üçün göndərildim”. (İbn Hanbəl, II, 381).

Başqa bir rəvayətdə Quranın ona qazandırdığı əxlaq sistemini nəzərdə tutaraq “Rəbbim məni ədəbləndirdi, necə də gözəl ədəbləndirdi” buyurmuşdur. Allah Rəsulu, yuxarıda da vurğuladığımız kimi imanın qiymət ölçüsü olaraq “əxlaqı” əsas götürmüşdür. “İmanı ən gözəl olan, əxlaqı ən gözəl olandır” (Buxari, Ədəb 39) Unutmayaq ki, Məkkə dönəminin hüququ əxlaq, onu həyata keçirən gücü isə vicdan idi. Əks halda Allah Rəsulunun əlində xəyanət edəni cəzalandıracaq bir imkan yox idi.

Cahiliyyə Ərəb mədəniyyətində “əxlaq” kəlməsi əvəzinə istifadə olunuan ifadə muruət (muruvvət) idi. Muruət, igidliyin kamil halıdır. “İnsan, kişi” mənasına gələn “mər” kökündən gəlir ki, “qadın” əvəzinə ərəbcədə istifadə olunan mərə “dişi insan” deməkdir. Bu mənası ilə muruət, insanın şəxsiyyətinin kamalına dəlalət edər. İbn Kuteybə Həzrəti Peyğəmbərdən bunu nəql edir: “Biri gəlib “Ya Rəsulullah, qövmümün ən yaxşısı deyiləmmi?” deyə sual verdi. Allah Rəsulu cavab verdi ki: “Əgər ağlın varsa ərdəmlisən (ləkə fadulun), əgər əxlaqın varsa insanlığın (muruət) var, əgər malın varsa xətrin (hasəb) var, əgər məsuliyyətin varsa dinin var” (3/295).
Muhəmmədi dəvət cahiliyyənin qəbiləçi ağlının əvəzinə - şaquli və üfüqi,- iki bağ yaratdı. Bu bağlardan biri insanı Allaha, digəri insanlığa bağladı. Şaquli bağ insanı “iman” və “təqva” ilə Allaha bağladı. Üfüqi bağ isə insanı “əxlaq” və “tərbiyəyə” bağladı. Din sahəsində təqvanın ölçüsü “birr” (yaxşılıq – bax: əl-Bəqərə 177) və “saleh əməl” olaraq anlaşıldı.

İslam mədəniyyətində əxlaq nəzəriyyələri

Əbu Hayyan ət-Təvhidi, əl-İmta və-l Muanəsə adlı əsərində innə-l huluq ibnu-l halq (əxlaq yaradılışın uşağıdır) deyir. (s.152)
İbn Sina əvvəlcə əxlaqı “yaxşı əxlaq” və “pis əxlaq” deyə ikiyə ayırır və yaxşı əxlaqı doğuluşdan, pis əxlaqı sonradan qazanılmış olaraq dəyərləndirir. Ona görə fitri olan yaxşılıqdır, pislik arizidir (sonradan olan, keçici) Qazzaliyə görə əxlaq, yaxşılıq etməyin, insanda adət halına gəlməsidir.
Mavərdiyə görə əxlaq iki növdür:
1. Ğariziyyə (instinktiv olaraq insanın təbiətinə qoyulan) 2. Muqtəsəbə (sonradan qazanılan)

Mavrədi qidalanmaq alışqanlığı ilə əxlaq arasında əlaqə qurmuşdu. O deyir ki: “Bəzilərinə görə xasiyyət və əxlaq bədənin kimyasal və bioloji quruluşuna görə dəyişir. Zəhərli ödü çox olan hirsli olar, az olansa bacarıqsız olar. Qanı çox olanın cəsarəti, hərarəti çox olar, az olanınkı az." Bu yanaşma halal tikənin fitrətə sədaqət və əxlaqa dəstək olduğunu təsdiq edir. Mavrədiyə görə xasiyyət və əxlaq arasındakı fərq var: İnsanın təbiətində olub lakin meydana çıxmayan şeyə “xasiyyət” deyilir, o meydana çıxanda isə adı “əxlaq” olur. Xarakter sonradan qazanılan vərdişlərlə dəyişdirilə bilməz, lakin əxlaq dəyişdirilə bilər.
Mavərdi, ilk dəfə əxlaqı düalist bir zəmində ələ alaraq "dünya ədəbi" (ədəbu-d dünya) və "din ədəbi" (ədəbu-d din) deyə ikiyə ayırdı. Bu əslində Qazzali ilə diqqətə çarpan hala gələn epistemolojik bölünmənin, əxlaqi sahədəki qabaqcılı idi. Qazzalinin məşhur kitabının adı, bu bölünmənin bir sənədi kimi qarşımızdadır: İhyau Ulumi-d din (Din Elmlərinin İhyası). Belə bir yanaşma, elmi "Ulumu-d dünya" və "Ulumu-d din" olaraq ayıran bir ağlın əsəri idi.
İbn Miskəveyhin bu dualist əxlaq teoriyası başqa parçalanmaya da qapı acdı. Bəyan əhli ilə irfan əhli arasındakı əxlaq təsəvvürünə bağlı qütbləşmə ona istinad edir. İrfan məktəbləri nəfs tərbiyəsi, zahidlik, çilə və s. kimi anlayışlarla ifadə olunan "əxlaq sahəsini" öz təkəllərinə aldılar. Bu şəkildə İslam əxlaqı fəqihlərlə sufilər arasında paylaşdırıldı. Bəzi sufilər "birr" və "təqva"nı ictimai məzmunundan tamamilə uzaqlaşdırılan bir əxlaq anlayışını şüar əldə edərkən, bir qisim fəqihlər də fərdi tərbiyə, ruh tərbiyəsi və nəfs təzkiyəsini diqqətə almadan halal-haram formalizminə məhkum oldular. Nəticədə: "İlahi ədalət" ilə "bəşəri ədalət"in arası açıldı. Ədalət yalnız axirətə həsr edilərək insanın ədalətli bir dünya qurmaq iddiası yox edildi. Artıq o ədalətli dünya axirətdə qurulacaqdı.

Əhməd b. Miskeveyh Təhzibu'l-Əxlaqında belə deyir: "Əxlaq təhsilində bu sənə yetər: Bir-birindən ayrı üç qüvvət vardır. Xasiyyət, vərdişlər və tərbiyəyə bağlı olaraq onlardan birini gücləndirər digərini zəiflədə bilərsən:
1. "Mələkiyyə" olaraq bilinən danışma qüvvəti: Alət olaraq beyni istifadə edir.
2. "Bəhimiyyə" olaraq bilinən şəhvət qüvvəti: Alət olaraq ciyəri istifadə edir.
3. "Səbu'iyyə" deyə bilinən hirs və vəhşilik qüvvəti: Alət olaraq ürəyi istifadə edir.
İnsandakı fəzilətlərin miqdarı, bu güclərin miqdarına bağlıdır." (19)

İbn Haldin, ərazi və iqlimin əxlaq üzərində təsiri olduğunu söyləyir. Sudanlıların rəqs və əyləncəyə düşkün oluşlarını isti iqlimlə açıqlayar.
İhvanı Səfa, Rəsailin əsərində əxlaq üzərində ulduzların təsirindən danışır. İbn Sina da bənzər bir qənaətə malikdir.

Ədəb, xarakter, fəzilət, şərəf, heysiyyət, xasiyyət, təbiət, iradə kimi ifadələr də əxlaqla balı olaraq işlədilir. Fars mədəniyyətində adətən əxlaq yerinə ədəb istifadə olunur. Lakin bu ikisi arasında fərq var. İbadətlərlə bağlı “əxlaq” deyil “ədəb” ifadəsi işlədilir. “Namaz əxlaqı” deyilmir, “namaz ədəbi” deyilir. İslam filosofları Yunan düşüncəsini də mənimsəyərək İslam əxlaq sistemini üç başlıq altında təsnif etmişlər:

1. Tədbiru’l-Mütəvahhid: Şəxsiyət axlaqı.
2. Tədbiru’l-Mənzil: Ailə axlaqı.
3. Tədbiru’l-Mədinə: Dövlət axlaqı.


Birincisi haqqında ən mükəmməl əsəri böyük filosof İbn Baccə yazmışdır: "Tədbiru’l-Mütəvahhid". O şəxsiyyəti mütəvahhid kəlməsi ilə qarşılaşdırmışdı. Üçüncüsü barəsində Farabi müstəqil bir əsər qələmə almışdır: "əl-Mədinətu’l-Fadıla" (Fəzilət Dövləti). Bu üçünü bir yerdə toplayan əsər isə Osmanlı müəllifi olan Xınalızadə Əli Çələbiyə aiddir: "Əxlaq-ı Alai."




Hazırladı: Əlif / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:26
GÜNƏŞ07:55
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:28
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka