Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜSƏLMAN VƏ ÇEVRƏSİ

[ Oxu! / 6771 dəfə baxılıb ]   
|
 
145. Pis çevrədən ilandan qaçan kimi qaçın. Unutmayın ki, pis çevrə əfi ilandan daha betər zəhərləyir.

146. İnsan həyatı hər zaman sakit deyil. Bəzən bu dənizdə fırtınalar qopar. Belə hallarda sığınılacaq bir liman olan dostlarınız olsun. Elə dostlar ki, yıxıldığınızda qaldıracaq, büdrəyəndə tutacaq və hətta dizlərinizin taqəti kəsiləndə kürəyində daşıyacaq…

147. Fərdi təcavüzə qarşı fərdi müdafiə oluna bilərsiniz. Amma ictimai təcavüzə qarşı fərdi müdafiə işə yaramır. İctimai müdafiə olunmaq üçün əks cəmiyyət formalaşdırmağa məcbursunuz. Küçələrin, topluluqların ruzinizin üzərindəki mənfi təsirindən təmizlənmək üçün vizasız, pasportsuz, özünüzü qoynuna ata biləcəyiniz könül okeanları tədarük edin.

148. Müsəlman daxil olduğu çevrəyə tabe olan deyil, daxil olduğu çevrəni inancına tabe etdirəndir. Yəni aktiv fəaliyyət göstərən, təsir edən insandır. Əgər təsir edə bilirsinizsə deməli ki, imanınız iqtidardadır.

149. Yanlışı yaşayaraq öyrənməyə çalışmayın. Bu, ölümü təcrübədən keçirməyə bənzəyir. "Bir dəfə ölümü təcrübə edim, əgər xoşuma gəlməsə bir daha ölmərəm" deyə bilməzsiniz. Günah təcrübə edilməz. Hər kəs üçün yanlış olan sizin üçün də yanlışdır. Pisin və yaxşının təyin olunmasında Allaha tam etimad göstərin. İman da bu deyilmi?

150. Sadəcə insanlara deyil təbiətə də etimad göstərin. Bilin ki, təbiətlə eyni dinə mənsubsunuz. Onlar şüursuz din qardaşlarınızdır. Bir ağacı kəsərək qiyamına, lazımsız yerə zərərsiz bir heyvanı öldürərək rükusuna, bir bardaq suyu israf edərək səcdəsinə əngəl olmayın. Təbiət Allahın sizə əmanətidir, ona xəyanət etməyin.

151. Dünyadakı bütün ehtiyatlar həqiqi bir "ruzi"dir. Ruzinizi qazanmaq halal, israf etmək haramdır. Çay sahilində dəstəmaz alarkən belə suyu israf etməməyi nəsihət edən bir din olan İslamın bu həssaslığının dünyəvi hikməti, bütün əhalisi təxminən 80 milyon olan 1400 il əvvəlki dünyada məlum ola bilməzdi. Bu hikmət bu gün bütün çılpaqlığı ilə özünü göstərir. Belə ki, pulunu ödəyərək də olsa, bir istanbullunun israf etdiyi bir vedrə su, bir başqa ailənin haqqına təcavüz ola bilər. Başqa sözlə israfın haramlığının hikməti həyatımızda təcəlli etməkdədir.



Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:52
GÜNƏŞ07:23
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:25
İŞA [ 4 rükət ]19:51
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka