Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏHRADA YAŞAYAN “BƏDƏVİLƏR”

[ Aktual / 8135 dəfə baxılıb ]   
|
 

























Qurani Kərimdə bədəvilər deyə tərcümə olunan “əl- Ə’rab” kəlməsi var.
Dilimizdə bədəvi – səhrada yaşayan köçəri, xaraktersiz, mədəniyyətsiz, mənalarında işlədilir. Yəni bu frazanı Quranda nə mənada işlədilib, işlədilmədiyinə fikir verilmədən “yol-yöntəm bilməz, kobud, səhrada yaşayan ərəb” mənasında anlamışıq.
Bu kəlmə Quranda on yerdə keçir.
Hər birinə nəzər salaq. Baxaq görək ki, Quranın “Bədəvilər” (əl- Ə’rab) dediyi kimlərdir.

***
(1): “Bədəvilər (əl - Ə’rab) “İman etdik” dedilər. Onlara söylə: Siz iman etmədiniz, lakin “boyun əydik” deyin. İman hələ qəlblərinizə girmədi. Əgər Allaha və peyğəmbərinə itaət edərsənizsə etdikləriniz boşa getməz. Allah çox bağışlayıcı, sevgi və mərhəmət qaynağıdır. (Hucurat; 19/14)

Niyə bədəvilərə “iman etmədiniz, lakin boyun əydiniz” deyilir?
İmanın qəlblərinə girməsi üçün nə etməlidirlər?
Nə etsələr “Allaha və peyğəmbərinə itaət etmiş” olacaqlar?
“Etdiklərinin boşa getməsi” nə deməkdir?
Bu bədəvilər kimlərdir?
Ardı...

***

(2): “Düşmən dəstəsinin geri çəkilməyəcəyini zənn etmişdilər. Əgər o dəstə bir daha gəlmiş olsa səhradakı bədəvilər (əl - Ə’rab) arasına gedərək sizdən gələn xəbərləri oradan təqib etmək istəyərlər. Sizinlə birlikdə olsalar da savaşmaq istəməzlər. (Əhzab; 33/20)

Ayələrin keçdiyi bölümdəki (Əhzab; 9-27) ayələr İslam tarixinə “Xəndək savaşı” kimi düşən hadisədən danışır. Belə ki, Hicrətin 5-ci ilində bütün düşmən qəbilələri birləşərək Mədinədə Rəsulullahın rəhbərliyinə son qoymaq istədilər. Başda Qureyiş və Qatafan qəbilələri olmaq üzrə bütün düşmən qəbilələr birləşərək 12 min nəfərlik bir ordu ilə Mədinəni əhatə etdilər. Bu təxminən bir ay çəkdi. Həzrəti Peyğəmbər Mədinənin ətrafına xəndək qazılmasını və şəhərin bu şəkildə müdafiə olunmasını əmr etdi. Bütün cəhdlərə rəğmən düşmən ordusu xəndəkləri keçib şəhərə girə bilmədilər. Bu möhtəşəm müdafiəyə dəstək verən qorxunc bir qasırğa da qalxınca düşmən qəbilələri peşman oldular. Soyuq və qum qasırğasına dözə bilməyib geri çəkildilər. (İbn Hişam, İbn İshaq, Tabəri).
Belə bir zamanda Mədinədə bəzilərinin düşmən ordusu bir daha gəlsə səhradakı bədəvilərin arasına gedib baş verəcəkləri oradan izləmək istəyəcəklərini, şəhərdə qalsalar belə döyüşə qatılmayacaqları söylənərək, onların “qəlblərində xəstəlik olan”, “mal düşkünü”, “təhlükə anında gözləri dönən”, “təhlükə keçdikdə başqalarını incidən” şəxslər olduğunu xəbər verir (Əhzab 18-19).
Bu halda bədəvilər (əl-Ə’rab) bu özəlliklərə sahib olanların şəriki hesab olunurlar.
Onların Mədinənin münafiqləri ilə şərik olduqlarını anladıq. Onların kimliyini bir az aydınlaşdırsaq da hələ ki, tamamilə dəqiqləşdirmədik.
Bu bədəvilər kimdir?
Ardı...

***
(3): “Bədəvilərdən (əl-Ə’rab) arxada qalanlar sənə “bizləri mallarımız və ailələrimiz saxladı, bizim üçün bağışlanma dilə!”– deyəcəklər. Onlar qəlbində olmayanları dilləri ilə deyirlər. Onlara de: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun qarşısını kim ala bilər?” Allah sizin nə etdiyinizdən xəbərdardır. (Fəth; 48/11)

Rəvayətə görə onlar Müsəlman olduqlarını söylədikləri halda “mal, mülk, bağ, bağça, övlad” bəhanəsi ilə Hudeybiyə savaşına qatılmayan Ğifar, Muzeynə, Cuhaynə, Əşca, Əlsəm və Zeyl qəbilələrinə mənsub bədəvilərdir. Çünki vəziyyətin pis olduğunu, məkkəlilərin silahsız mədinəliləri məğlub edəcəklərini düşünürdülər (Kurtubi, İbn Kəsir, Zəmahşəri). Hadisələr onların düşündükləri kimi olmayınca və Hudeybiyədə anlaşma imzalanınca öz vəziyyətlərini düzəltmək üçün bəhanə irəli sürməyə başladılar. Lakin bütün bəhanələr ayələrlə ikiüzlülük olaraq dəyərləndirilib rədd edildi.
Deməli Bədəvi “mal və övlad” bəhanəsini irəli sürəndir. Bunun üçün kənarda durar və işə tam müdaxilə etməz.
Bədəvinin kimliyi getdikcə daha da aydınlaşır.
Ardı...

***
(4): “Göylərin və yerin mülkiyyəti Allahındır. İstədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah çox bağışlayandır, sevgi və mərhəmət qaynağıdır. Sizlər qənimətləri almağa getdikdə arxada qalanlar tezliklə belə deyəcəklər: “İzin verin sizinlə gələk...” Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. Onlara belə de: “Siz əsla bizimlə gəlməyəcəksiniz. Sizin barənizdə bundan əvvəl Allah belə buyurdu.” Ona da cavab verəcəklər ki: Xeyr, siz bizə paxıllıq edirsiniz”. Xeyr, onlar özləri çox az qanan kimsələrdir! O arxada qalan bədəvilərə (əl - Ə’rab) söylə: “Siz, yaxın günlərdə davakar bir topluluqla savaşmaya çağrılacaqsınız. Bu elə bir savaşdır ki, “həm ölə bilərsiniz, həm də təslim ala bilərsiniz... Bu halda dəvətə cavab versəniz Allah sizə ən gözəl şəkildə əvəzini verər. Lakin əvvəllər etdiyiniz kimi qaçarsınızsa acı bir əzaba mübtəla olarsınız." (Fəth, 48/15-16)

Rəvayətə görə burada Hudeybiyə, Heybər və ya Təbuq səfərləri əsnasında olan hadisələrdən söz gedir (Razi, Kurtubi, İbn Kəsir). Günümüzdə bu ayələri “Quranı nazil olduğu tarix içində anlamaqdan” başqa heç bir önəmini bilmirik. Çünki Hudeybiyə, Haybər, Təbuk tarixdə olub bitmiş bir hadisədir. Beləki ayədə heç bir isim, zamanın və məkanın adı çəkilmədən bu tarixi hadisələr üzərindən mesajlar verilməsi, onların çox da önəmli zaman və məkanlar olmadığını, əslində bu ayələrlə söylənmək istənən cahanşümül mesajlara diqqət çəkməyimizin vacibliyi göstərilir.
Lap yaxşı, o zaman nədir bu mesajlar?
1. Allah yolinda olan cihad bir “qənimət” davası deyil; iman, ixlas, tövhid və ədalət davasıdır. Göylərin və yerin “mülkiyyəti” Allaha aiddir (Mülk Allahındır). Heç bir zaman dəyişməyəcək olan, əbədi həqiqət budur.
2. Beləcə həmişə işin nəticəsində “qənimət” (mal) görüncə “Biz də gələk”, sıxıntı görüncə “Malımız, övladımız var, onları qoyub gələ bilmərik” bəhanələri irəli sürən “bədəvilər” olacaq.
3. Allahın davasını bir “rant” (zəhmətsiz gəlir) və şəxsi mənafe davası olaraq anlayan tiplərə diqqət edilməlidir. Onlar xarici görünüşdə din, iman, Allah, kitab, peyğəmbər deyib duran, həqiqətdə isə öz mənafelərindən başqa bir şey düşünməyən, dinə “at gözlüyü” ilə baxan, əslində Allaha deyil, “mala, pula” tapan qorxaq ikiüzlülərdir. Din onlara təslim edilməyəcək qədər vacib bir hadisədir. Ey ürəyi ilə iman edənlər!
Elə hesab edirəm ki, bədəvinin kim olduğu artıq anlaşılır.
Hələ də bu bədəvi kimdir, deyirsinizmi?
Ardı...

***
(5): “Onların nə mallarına, nə də övladlarına qibtə etmə. Allah onlara dünyada ancaq bununla əzab etməyi və canlarının kafir olaraq çıxmasını istəyir, başqa heç nə. Bir bax “Allaha iman edin və peyğəmbəri ilə birlikdə cihada çıxın” deyə bir ayə nazil olduğu zaman, içlərindən sərvət sahibləri (ulu’t-tavl) səndən izin istədilər və “bizim rahatlığımıza mane olma!” dedilər. Arxada qalanlarla bərabər olmaq istədilər, onların qəlblərinə möhür vuruldu. Artıq onlar həqiqəti qavraya bilməzlər... bədəbilər bəhanə gətirərək onlara izin verilməsini istədilər. Allah və peyğəmbərinə yalan söylədilər. Onların kafir olanlarını acı bir əzab gözləyir." (Tövbə: 85-90)
Gördüyümüz kimi burada da cihada ( Təbuq səfərində) çağrılınca “mal, mülk, övlad” bəhanəsi ilə arxada qalan sərvət sahiblərinə (ulu’t-tavl) və ya eyni bəhanıni irəli sürərək onlarla birlikdə qalanlara “Bədəvi” (əl-Ə’rab) deyilir. Hər iki halda da nəticə dəyişmir.

Quranın “Bədəvi” (əl-Ə’rab) dediyini mədəniyyətsiz, cahil, səhrada yaşayan bir Ərəb zənn edirsiniz?
Ona görə “dinin hədlərini tanımamağa” daha yaxındırlar?
Allahın hökmlərlə təyin etdiyi hədləri tanımamağa meyl etmələrinin səbəbi nədir?
Ardı...


Ardı var.
Hazırladı: Əlif / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka