Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

RAFİNİN QƏLƏMİYLƏ

[ Görkəmli şəxslər / 5635 dəfə baxılıb ]   
|
 


























Rafinin yazdıqlarını oxuyanda hiss olunur ki, o hər cümləsi ilə insan ruhuna necə ruh kimi qalmağı, nəfsə xitabıyla necə özünü saxlamağı və qəlbə də necə salim qəlb olmağı öyrədir. Qısaca; İnsana necə adam olmağı öyrədir.
Onun qələmindən axan sözləri oxuyanda insanda möhtəşəm duyğular oyanır. Xüsusi təqdirə layiq ədəbi yazıları vardır. Allah ona rəhmət etsin, ilk gündən qarşısına hədəf qoymuş və ciddi olaraq o hədəfi həyata keçirmək üçün son nəfəsinə qədər mübarizə aparmışdır.
Hədəf qoymuşdu ki; “Bu ümmətin ərəb “dili” olacaq, ərəb dilində olan bütün xitablara xüsusi önəm verərək, İslam dininə qarşı atılan yalan, iftira və cəfəngiyyatlara cavab yazacaq.”
Rafiinin müəllif olduğu yazıların təsir sirri, onun böyük qəlbə sahib olmasından irəli gəlir.
Onun “Qələmin vəhyindən” adlı kitabından qiymətli cümlələri seçərək sizinlə də paylaşmaq istədik;

- Ziyankarlar öz şərli əməllərini törədərkən başqalarına zərər verdikləri kimi, xeyirxahlar da xeyir iş görmədikcə başqalarına zərər verirlər.

- İnsanlar arasından Allahın seçdikləri vardır. Onlar insanlıq üçün buğda olurlar. Əkilir, bitir, becərilir, üyüdülür, yoğrulur, çörək olub insanları qidalandırırlar.

- Müsəlman şəxs insanlığın qüvvəsi olmalıdır, zəif tərəfi deyil və insanlığın aydınlığı olmalıdır, şübhəsi deyil. O, bu həyatda batil deyil, haqq olmalıdır.

- Ən azmış millətlər övladlarının çoxu ixtilafa düşən millətlərdir. "Bəs ixtilaf necə olmalıdır?" deyə ixtilafa düşənlər nə haldadır?!

- Dünyaya bir şey verə bilmirsənsə, sən dünyada artıqsan.

- Hər şeyin çox olması nəfsə təsir etmirsə, ən az olan şeylə də insan xoşbəxtlik hiss edər.

- İnsan dünyanı və onun hökmlərini qınamasın, ondansa özünə hökm etməyi bacarsın.

- Dünyaya gəldikdə ilk etdiyin əməl qidalanmaqdırsa, deməli dünyada ən asan şey də qidalanmaqdır. (Ruzi həmişə var).

- Şəhərdə yaşamaq, suyu gil qabda içməyə bənzər, təbiətdə yaşamaq isə suyu xurustal qabda içməyə bənzər. İkisinin də içində su var, amma biri suyun gözəlliyini də göstərir.

- Günəş çıxıb öz nuruyla ətrafı işıqlandırır və bu hal gündüz adlanır. Peyğəmbər doğur və insanlıq üçün nur mənbəyi olur, bunun da adı din olur. Gündüz həyatın bir oyanışıdır ki, işlər görülsün. Din də nəfsdə bir oyanışdır ki, nəfsin gözəlliklərini həyata keçirir.

- Günəş şüaları, kainatin hidayət hekayəsinə bənzəyən nurlu kəlamdır. Peyğəmbərə olan vəhy şüaları insanın hidayət hekayəsinə bənzəyən kəlimələrdən nurdur.

- İslah ruha təmizlik və qəlbə yüksəliş edərsə islahdır.

- Fasiqlərin tarix boyu hürriyyət (azadlıq) anlayışı, nəfsin kef çəkmək sərbəstliyidir.

- Elə bir zəmanədir ki, “insanlıq” tarixi cümlələrdə yaşayır və keçmişdə qalmışdır.

- Əxlaqın gücüdür böyük insana bir tarix yazan, başqalarının tarixində müxtəlif adlarla çəkilməz. Sadə və məhdud olsa da, şəxsiyyətinin böyüklüyü ilə fərqlənən nümunələrlə qalar yaddaşda, özünə aid fani mənfəətlərlə deyil. O şəxsiyyət, həyatda sabit yeri olan həqiqəti axtarar, daim dəyişkən hallarda olan mənfəəti deyil.

- Qəlb nurlanarsa, sahibinin içində bir həyat olar, sahibi də həyatda olar. Həyat mənasız xəyallardan təcrid olunarsa, insanla Allah arasında yalnız haqq və xeyir qalar. O insanla başqaları arasında da mərhəmət və məhəbbət olar.

- Mömin bəndə bəzi hallarda xeyir iş görməyə imkan tapmaz, bacarmaz. Amma daim xeyrə niyyət etməyi bacarar. Bütün fikir və düşüncələrini də “imanlı niyyət” qanunu çərçivəsindən çıxarmamalıdır. Əxlaq elminin əsası da bax budur!

- Dünyadakı məzar, dünyanın sonuna qədər torpaqda silinməz olan bir yazıdır. Mənası odur ki, insan, öz sonluğunun qanunu çərçivəsində yaşayır. Qoy yaxşı baxsın sonu necə bitə bilər.

- Qəbrə baxmaq, həyatın qiymətli olması şüurunu artırar.

- Təbiətin ruhu onun gözəlliyindədir, məbədin ruhu onun paklığındadır, qəbrin də ruhu onun insana verdiyi duyğulardadır.

- Bizim əməllərimiz və etdiklərimiz bizim həyatımızdır. Ömrümüz, bəxtimiz, malımız, canımız, sağlamlığımız və sairə deyil bizim həyatımız. İnsan bunlarsız da xoşbəxt ola bilər həyatda. Amma bir cinayət edibsə, daim qaçacaq, əmin-amanlıq axtaracaq, arxayın yaşaya bilməyəcək. Axirət səadəti də belədir, arxanca qaçıb səni narahat edən cinayətlər etmə.

- Ölüləri dindirmək olsaydı deyərdilər ki; "Ey canlılar, indi yaşadığınız həyat buraya gələn kimi keçmişiniz olacaq. Amma Axirətdə isə sizin gələcəyiniz, dünyadakı həyatınızdır. "

- Gənclik qüvvətdir! Unutmayın, günün əvvəlində olan günəşin işığı günün sonunda eyni qədər olmur.


Mustafa Sadiq Abdurrəzzaq Bin Səid ər-Rafii, 1880-ci il Yanvar ayının 1-də Misirdə anadan olmuşdur. Klassik şer banilərindən olmuşdur. Misirin bir çox vilayətlərində şəriət hökmlü məhkəmələrdə qazi vəzifəsində fəaliyyət göstərmiş, ömrünün sonunda da Tanta vilayət, şəriət məhkəməsinin sədri vəzifəsində işləmişdir. Anası əslən Suriyadan idi. Atası isə tacir idi. Karvanları Misir və Şam arasında işləyərdi.
Mustafa Sadiq Ər-Rafii, ibtidai məktəb şəhadətnaməsindən başqa heç bir elmi şəhadətnamə əldə etməmişdir. 24 yaşında ailə qurmuş, 10 övladı olmuşdur.
Ərəb dilini və ərəb şerlərini həmişə tənqid edər və onu qorumaq üçün daim mübarizə aparardı.
Onun müəllifi olduğu kitablar aşağıdakılardı;
1. Ərəb ədəbiyyatının tarixi (3 cild).
2. Quranın ecazkarlığı və nəbəvi bəlağət.
3. Miskinlərin (yoxsulların) kitabı.
4. Qırmızı buludlar.
5. Ayın söhbəti.
6. Rafinin məktubları.
7. Qələmin vəhyi.
8. Qızılgül yarpaqları.
9. Kədərlərin məktubları.
10. Nəbəvi bəlağətdəki böyük ruhun aliliyi və incəsənətin gözəlliyi.
1937-ci il may ayının 14-də 57 yaşında dünyadan köçmüşdür. Sabah namazına qalxır, namazdan sonra Qurani Kərim oxuyur. Mədəsində bir yanğı və sancı odluğunu hiss edir və tez dərmanını qəbul edir. Sonra yenə öz namazgahına (mehrabına) qayıdır. Bir saatdan sonra durub oradan ayrılır və harasa getmək istərkən yıxılır. Evdəkilər yanına gəlir, başına toplanır. Artıq ruhunu tapşırdığını görürlər. Elə Zöhr namazından sonra həmən Tantadakı qəbirstanlıqda, valideynlərinin məzarlarının yanında dəfn olunur. Allah ona rəhmət etsin!



Hazırladı: Şahmar Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:06
GÜNƏŞ06:10
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka