Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QURANIN FİRONA BAXIŞI

[ Müqəddəs quran / 5161 dəfə baxılıb ]   
|
 
“Firon” ismi Quranda tam 74 dəfə keçir.
70-ci illərin mühafizəkar dərgilərinin başlıqları altında keçən ifadəylə: dini, milli, elmi, siyasi, iqtisadi və ictimai bir “kənz” (hər şeyi bir əldə toplamaq) və “təmərküz” (mərkəzləşdirmə) xarakteri olaraq təqdim olunur.
Bütün zamanlara və məkanlara daşına bilmək üçün mümkün qədər yer və məkan isimlərindən uzaq şəkildə nəql edilir.
Kitabın ən populyar, ən yaşayan xarakterlərindən biridir.
Hətta deyə bilərik ki, baş xarakteridir.

****


Geniş yayılmış dini zehniyyətə görə, Firon “iman etməmənin” tipik xarakteridir. Çünki Musa ona həqayiqi-imaniyyəni (iman həqiqətlərini) gətirmiş, fəqət o, imana yaxın gəlməmişdir. Ömrü boyunca imana gəlməmiş, ən axırda boğularkən, “son dədiqə imanı” izhar etsə də qəbul edilməmişdir.
Demək, necə ki, hər binanın bir memarı var və bu kainat möcüzəsinin də bir uca memarı var və Firon onu “qəlb ilə təsdiq” etmir, bunun üzündən də dünyadan imansız gedərək, əzaba layiq olur.
Buradan baxıldığında məsələ “inandın-inanmadın” məsələsi olur.
Əcəba, bu belədirmi?
Quranda keçən Musa Firon dialoqlarına baxdığımız zaman bir “inandın-iananmadın” mübahisəsinin olmadığını görürük. Çünki Firon Musanın gətirdiyi ayətlərin “Göylərin və Yerlərin Rəbbindən gəldiyini çox gözəl “bilməkdədir” ( “İsra”; 102). Üstəlik də xalqı doru yola (səbilür-rəşad) yönəltdiyi iddiasındadır (Mumun; 29). Yəni, Firon üçün məsələ iman etmək deyil, bu işin “ondan izin alınmadan” görülməsinə təşəbbüs edilməsidir (Əraf; 123). O, onsuz da öz tanrısına iman etməkdədir. Eyni zamanda o, “tanrının yer üzündəki kölgəsi / gözü” olduğunu iddia edir. Fironluq, eyni zamanda qədim çağların çox əsaslı bir “dini” qurumu....
Yaxşı, o zaman məsələ nədir?

Məsələ hansı Tanrı, hansı din məsələsidir.
Musanın Tanrısı “Mülk Allahındır” deyir. Fironun tanrısı isə Ra adına “ Misir mülkü mənəm” deyir. Amon məbədinin rahibləri isə, “bəli elədir, əfəndimiz” deyə fitva verir...
Klassik zehniyyət Məkkədə “səlat edən” Əbu Cəhli görə bilmədiyi kimi, “Tanrının Yer üzündəki gözü / oğlu” olan Fironu da görə bilmir.
Yəni ortada “iki din” olduğunu, hər iki tərəfin də Allah, din, iman iddiasında olduğunu, fəqət bir-birinin dinini (yolunu, söyləmini, tələblərini, yaşantısını) rədd etdiklərini, arada şiddətli bir “mülk, kənz” mübahisəsi olduğunu anlaya bilmir.
Bunun, bütün zamanların kənz, mülk, təmərküz xarakteri olaraq səciyyələndirilən Firon üçün də keçərli olduğunu, əslində Fironun Məkkədəki Əbu Cəhl, Əbi Ləhəb və Fərid ibn Müğirəyə çox bənzədiyi üçün tez-tez örnək verildiyinin fərqində olmur.

Bu halda Firon kimdir?
Nələrə sahibdir?
Necə idarə etməkdədir?
Nə şəkildə davranmaqdadır?
Etiraz edəni nə ilə ittiham etməkdədir?
Buradan eyni şeyə sahib olanların, eyni tərzdə idarə edənlərin, eyni şəkildə davrananların və eyni şəkildə ittiham edənlərin də genetik kodunu çıxaracağıq.
Demək ki, Fironluğa etiqad / iman kateqoriyasında deyil, sahib olma, idarə etmə, hökm etmə, iqtisadi-siyasi vəziyyət və siyasal davranış kateqoriyasında yaşayan bir quruluş olaraq yenidən göz gəzdirmək lazımdır.

****

Öncə, Fironun sahib olduğu şeylər nələrdir - onlardan başlayaq.
(Firon qövmünə səslənərək, dedi ki, “Ey qövmüm, Misir mülkü mənim deyilmi?” Bu çaylar da mənim altımdan axır (elə deyilmi?) Hələ də görmürsünüzmü? (Zufruf; 51). “Ey qövmüm, bu gün yer üzünə hakimlik edənlər olaraq, mülk sizindir” (Mumin; 29)
Demək, Firon o kəsdir ki, özünü ölkənin mütləq sahibi olaraq görür. Elə ki, bütün ölkə onun mülküdür. Mülkündə istədiyi kimi təsərrüf edər. İstədiyini dirildər, istədiyini yox edər. Istədiyinə verər, istədiyindən geri alar. Demək ki, Fironluq bir ölkədə mülkün ələ keçirilməsi ilə başlayır.

Yaxşı, bu mülkdən məqsəd nədir?
(Firon “Onları bağçalardan, bulaqlardan, xəzinələrdən və etibarlı məqamlardan uzaqlaşdırdığımız üçün belədirlər” - deyirdi) (Şüəra; 57-58)...
(Musa belə dedi: Ey Rəbbimiz, gerçəkdən Sən Firona və onun irəli gələnlərinə dünya həyatında neçə zinət və mallar verdin.) (Yunus; 88)
Demək ki, Fironun sahib olmaqla öyündüyü Misir mülkü ayədə keçdiyi kimi, çaylar (enhar), bağçalar (cənnət), bulaqlar (uyun), xəzinələr / sərvətlər (kunuz) və etibarlı məqamlar (məqami-kərim) idi.

Bunların bütün zamanlar üçün anlamı bir ölkənin / yer üzünün yerüstü və yeraltı qaynaqlarını, yəni bütün zənginliklərini, ən etibarlı məqamlarını (köşə başlarını, strateji nöqtələrini) ələ keçirmək və geridə qalan hər kəsi bundan məhrum edib, möhtac duruma salaraq, özündə “kənz”“təmərküz” etməkdir.
Fironluğun başlanğıc nöqtəsi budur.
Bunun üçündür ki, güc bir insanda və ya qrupda kənzə (bir əldə toplanmağa) və təmərküzə (mərkəzləşməyə) başladımı, Fironluq iqliminə girilmişdir deməkdir.
Bundan sonra Firon kənzin və təmərküzün təbiətinə uyğun olanı edər, yəni hegemoniyaya tərəf yönələr. Quran buna daşmak / həddi aşmaq (tüğyan), bunu edənə də daşan / həddini aşan (tağut) deyir: (Firona get, çünki o, tüğyan etdi / tağut oldu.) (Naziat; 17)
Bu nöqtədə (Ləhil-mülk) (Mülk Allahındır) ayəsinin nə demək olduğu anlaşılmalıdır…
Mülkü kənz və təmərküz edər və beləcə yoldan çıxar Firon.

(ardı var)

İhsan Eliaçık


Hazırladı: Hüseyn / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka