Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

...Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız.

[Bəqərə, 203]


İki göz vardır ki, cəhənnəm atəşi onlara toxunmaz; Allah qorxusundan ağlayan göz, bir də gecələri Allah yolunda növbətçilik edən göz.

[Tirmizi, Fədailul-Cihad, 12]


Dünyada nəfsini təmizləməyənləri axirətdə cəhənnəm təmizləyər.

[Hikmətli sözlər]

"ALLAHU ƏKBƏR" NƏ DEMƏKDİR?

[ Təfəkkür / 6211 dəfə baxılıb ]   
|
 
















Biz müsəlmanlar sevindikdə, üzüldükdə, təəccüb etdikdə, heyran olduqda, hər zaman təkbir gətiririk: “Allahu Əkbər!”
Çünki, “Allah ən böyükdür!” mənasına gələn Allahu Əkbərin gördüyü iş də anlamı qədər böyükdür.
Sevindiyimiz zaman bu sevincimizi Allahın böyüklüyünə bağlayırıq.
Üzüldüyümüz zaman Allahın ən böyük olduğunu xatırlayıb təsəlli tapırıq. Ondan ayrı bir səadət və fəlakət təsəvvür etmədiyimiz üçün səfa halında da, cəfa halında da “Allahu Əkbər!” deyirik.
Təəccüb etdiyimiz zaman əslində bizi çaşdıran şeyin Allah üçün çox bəsit, adi bir şey olduğunu növbəti dəfə xatırlayırıq. Şok olduğumuz zaman bizi şok edən hadisənin Allah qatında daha böyüklərinin olduğunu dilə gətirmək üçün təkbir gətiririk.
Heyrət etdiyimiz zaman heyrətimizi o əsərə deyil, o əsərin gerçək yaradıcısına, sənətə deyil, əsl sənətkara yönəltdiyimizi təkbirlə ifadə edirik.
Namaza “Allahu Əkbər” lə başlayır və hər rükətdə bunu beş dəfə təkrarlayırıq.
Namaz: o, Allah qarşısında qulun əsas duruşunu təmsil edən ibadətlər məcmusudur. Allahın ən böyük olduğunu etiraf edərək başlamayan ibadət, insanı qula qulluqdan necə qurtara bilər?
“Allahu Əkbər” deməklə qula və əşyaya qulluğumuzu rədd etmiş olur və Ona qulluğumuzu səcdə vasitəsiylə zirvəyə daşıyırıq. Məhz təkbirin insanı gətirdyi son nöqtə bir eşq hərəkəti olan səcdədir.
Allahu Əkbər!
O təkbirlərdən bir təkbir; hesabsız, qərəzsiz, əvəzsiz, təbii, özlüyündən və gəlişi gözəl...
Başqa nə deyə bilərik ki? Hər qarşılaşdığımız hadisəyə bağlı olaraq dodaqlarımızdan bir-birindən fərqli bir “Allahu Əkbər” tökülür.
Allah böyükdür!

Bəs Allah kimdən böyükdür?
Əlbəttə, hər kəsdən və hər şeydən.
Bir müsəlmanın bundan şübhəsi ola bilərmi?
Nə deyirsiniz siz? Baxmayın bir çox insanın namazlarına “Allahu Əkbər”lə başlayıb, onlarca dəfə təkbir təlimiylə davam etdiyinə. Əslində bir çoxumuz təkbir gətirməklə nə dediyimizin fərqində deyilik. Nə böyük bir iqrarı dilə gətirdiyimizin bilincinə varmamışıq.
Məhz belə bir alışqanlıqla təkbir gətirməyimiz tez-tez günah üstündə yaxalandığımızdan bəllidir.
Çalış deyirsən, onlara fikir vermə, bismillah de və yürü!..
Elə şey olarmı deyir, mən onlarla necə bacararam?
Əlavə edir: “Baxsana, necə gücləri var!”.
Əstəğfirullah de, təkbir gətir: Allahu Əkbər! Allahdan da güclüdürlər?
Yürü deyirsən; əgər yürüsən vararsan. Çünki yürüyənlər hər zaman vardılar.
Həqiqətənmi deyir, amma inanmır. Maşınım yoxdur ki, deyir və əlavə edir: Amma onların təyyarələri var: səsdən sürətli gedən, görünməyən, nə bilim saatda neçə mil uçan....
Mən onları necə keçərəm?..
Tövbə de və təkbir gətir: Allahu Əkbər! Sən Allahı “sərmayəmdə var bir” saymadıqdan sonra qiymətin nə olursa olsun, soldakı sıfırsan... solda sıfır olmaqla sağda sıfır olmaq arasındakı fərq olmamaqla olmaq arasındakı fərq qədərdir.
Süni peykləri ilə hər şeyi görürmüşlər?
Hər şeyi görənə nə deyirdilər?
-Bəsir!..
Radarlarıyla hər şeydən xəbərdar olurmuşlar?
Hər şeydən xəbərdar olana nə deyirdilər?
-Xəbir!..
Sevdiyini ucaldır, qururlandırır, dirildir; qəzəbləndiyini alçaldır, zəlil edər, rüsva edər, məhv edərmiş, eləmi?
Bəs bunları edənə nə deyilir?
Muizz və Müzill....
Düşmənini qəhr edər, dünyaya gəldiyinə peşman edər, yer üzünü başına yıxar, ocağına əncir ağacı əkər, qarşısında heç kim dura bilməz, etdiyinə sual soruşulmaz, intiqamı şiddətli, istədiyini sökə-sökə alır, qarşısında durmaq mümkün deyilmiş.....
Yəni Qəhhar, Cəbbar, Müntəqim...

Bu dediyin Allahdır, ey insan, Allah!
Haydı, imanını təzələ və bir təkbir də sən gətir: Allahu Əkbər!
Eşq ilə bir daha...
Get əlini yu, üzünü yu, ağzını yu, gözünü yu, könlünü yu, özünü yu, sözünü yu, gəl və de:
Allahu Əkbər!



Hazırladı: Hüsna / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka