Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GERÇƏYİN SURƏTİ

[ Elm / 8053 dəfə baxılıb ]   
|
 
Yuxuda ikən yuxu görmə, yuxuda olarkən “oyanmaq” - əksər insanın qarşılaşdığı hadisələrdir. Bütün bunlar yuxuda baş verərkən onun gerçək olmadığını necə anlaya bilirik? Sadəcə oyandıqdan sonra... Görəsən, bu vaxt həqiqətən oyandığımıza necə əmin oluruq? Sizcə ətrafımızdakı cisimlər və duyğu orqanlarımız bizim yuxuda olmadığımızı sübut edirmi? Əslində, yox... Çünki, yuxuda olduğumuz müddət ərzində gördüklərimiz bu dünyadakı mövcud cisimlərin inikasıdır.

Elə isə yaşadığımız dünyanın yuxu olmadığını necə sübut edə bilərik? Əslində biz hələ də yuxudayıq, “oyanma” dediyimiz hadisə isə öldükdən sonra baş verəcək. Biz cismlərə toxunur və duyğu orqanlarımızla onları hiss edirik. Bütün bunların hamısı göz yanılqısıdır və sadəcə əslin yansımasıdır. Xaricdə belə bir təcrübə var: insanlara xüsusi əlcək geyindirilir və həmin əlcəyin təsirilə insanlar sanki, pişik sığallayırmış kimi xüsusi bir duyğuya qapılır. Gözə xüsusi hazırlanmış 3D eynək və ələ əlcək taxıldıqda insan eynəkdə göstərilən obyektlərə toxunur, hiss edir və onların yerini dəyişir.

Gözümüz gördüklərini beynin müəyyənləşmiş şöbəsinə ötürür və o cism haqqında təsəvvür formalaşır. Yalnızca cisim yox, insanlar da belədir. Əslində, kobudcasına beynimizin iş mexanizmini belə izah etmək olar: beyində tanıdığımız hər bir insan və obyekt üçün xüsusi “qovluq”lar mövcuddur.Cismin forması, rəngi, insanın isə siması beyin tərəfindən qavranılır və həmin “qovluq”lara əlavə edilir. O insan haqqında formalaşmış təsəvvürlər - xasiyyət, davranış xüsusiyyətlər, cismin isə əlavə xüsusiyyətləri “sənəd” kimi həmin “qovluqda” saxlanılır. Açıqcası biz bir simulatorun içərisindəyik. Gözümüzlə gördüyümüz maddi varlıqlar isə simulatora daxil edilmiş elementlərdir. Bizi bu simulatora daxil edən də şübhəsiz ki, Allahdır.

Gipnozda belə bir üsul var: gipnoz olunmuş şəxsə “əmr” edilir ki, ayıldıqdan sonra hər hansı bir rəngi (məsələn: qara, qırmızı, göy...) görməsin. Sonra gipnoz olunmuş şəxsə, əmrdə deyildiyi rəngdə olan hər hansı bir sərt cisimlə toxunduqda, həmin şəxs cismi hiss edir, lakin görə bilmir. Ta ki, “gör” əmri verilənə qədər... Əslində biz də sadəcə olaraq, Allah tərəfindən görülməsinə izin verilmiş cismləri görə bilirik. Bəzi rənglər, cismlər və “varlıqlar” var ki, beynimiz onları görüb dərk etmək qabiliyyətindən məhrumdur. “Gör!” əmri isə həqiqi “oyanma” baş verdikdə mümkün olacaq...

Var olan varlıqlar içərisində (bura cisimlər də daxildir) sonsuz mövcud deyilsə, yalnızca əslinin yansıması və surətidir. Elə yuxarıda çəkilən yuxu misalı buna sadə sübutdur. Onun gerçək olmadığını, gördüyümüz maddi varlıqlar və insanlar - əslinin surəti olduğunu və ya xəyalımızda formalaşdırdıqlarımızı yalnız oyandıqdan sonra dərk edirik.
Dərketmə qabiliyyətimizin məhrum olduğu anlayışlardan biri də “sonsuz” kainatdır. Kainatda milyardlarla ulduz və qalaktika var. Yer adlanan planetimizdə tarixdə bir çox sivilizasiyalar mövcud olsa da, texniki tərəqqiyə son iki yüz ildə nail olunmuşdur. Mövcud elm isə bizə yalnız kainatın 4 faizini müəyyən qədər görməyə imkan verir. Böyük hissəsi – 96 faizi hələ də “qaranlıq” içərisindədir. Bu isə bizdə kainatın sonsuz olması fikrini oyandırır.

Bəs “sonsuz”luq nədir? Bu da insan beyninin məhdud sərhədi çərçivəsindən kənara çıxmağı bacarmayan anlayışdır. İnsan bu sözdə öz acizliyini çox açıqca bəyan edib: insana yalnızca “son” məlumdu. Sonsuzluğu dərk edə bilmədiyindən sadəcə “son”un axırına “suz” şəkilçisi artırmaqla (əksər xarici dildə də belədir) bu anlayışı qavramağa çalışıb.
Həqiqətən də insan beyninin dərketmədə acizlik çəkdiyi bir çox şey mövcuddur. Yuxarıda gözümüzlə gördüklərimizin hamısının əslinin inikası-yansıması olduğunu yazmışdım. Bəs bunların əsli nədir və harada mövcuddur – sualını verməmək olmur. Allah Qurani-Kərimdə “sizləri yoxdan yaratdım” buyurur. Bəs “yox” nədir? İnsan yalnızca mövcud şeylərdən hər hansı bir cismin yaradılışını dərk edir. Ətrafımızdakı - insan tərəfindən hazırlanan hər bir cismin hazırlanmasında başqa bir elementdən və ya maddədən istifadə olunmuşdur. Təəsüf ki, materiyalizmin kəşfləri də bizim suallarımızı cavablandıra bilmir. “Kəşf” dediyimiz şey də yalnızca mövcud olan bir şeyin üzə çıxarılmasıdı. X.Kolumb Amerikanı “kəşf etdi”, Einşteyn atomu “kəşf etdi” və s. Onların heç biri yoxdan nəyisə var etmədilər, sadəcə mövcud “varlığı” aşkarlayaraq üzə çıxardılar.

Bütün bunların məntiqi izahı ola bilər. Əgər dünya adlanan bu “simulator”a daxil olmuşuqsa, bunun bir səbəbi olmalıdır. Allah insanları yaradarkən onlara “Öz ruhundan” üfürdüyünü buyurur. Heyvanlardan fərqli olaraq insanlarda şüurun olması da bundan qaynaqlanır. Sorğulama qabiliyyəti olmayan beyin əsir olmağa məhkumdur. Məncə, şüur deyilən nemətdən istifadə edib Allahı daha da yaxından tanımaq üçün çalışmaq lazımdır. Bəlkə, o zaman saysız-hesabsız suallarımıza cavab tapa bildik.

Nicat Azər / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:26
ZÖHR [ 4 rükət ]12:55
ƏSR [ 4 rükət ]15:56
MƏĞRİB [ 3 rükət ]18:23
İŞA [ 4 rükət ]19:49
GECƏYARI00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka