Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ORUCUN KƏFFARƏSİ

[ Ramazan ayi / 12980 dəfə baxılıb ]   
|
 
"Küfrə qarşı orucumu pozaramsa,
Kəffarəm cəhənnəm olsun!"


Sanki göylərdən bir əl uzanıb dünyanın ən çox yetimi, ən çox öksüzü olan ailənin başına sığal çəkir, göz yaşını silir, yaralarını bağlayır…
Ramazan ab-havasının bu torpaqlarda əsdirdiyi havanı heç doyunca ciyərlərinizə çəkirsinizmi?!
Yəqin bilirsiniz ki, Ramazanın gəlişi ilə Dünyada bir aylıq da olsa, şeytanlar bağlanacaq, mələklər rahatlaşacaqlar.
Kim bilir, nə qədər qərib var ki, qapıları Ramazandan Ramazana döyülür. Nə qədər fağır-füqəra var ki, qursaqlarından Ramazandan Ramazana doyumlu bir şey keçir. Nə qədər kimsəsizlər var ki, Ramazan onların kimi, kimsəsi olur.

Söyləyin, Ramazan bir insan adı olsa idi nə qədər dua alar, nə qədər sevilərdi? Ona bu dualar və sevgilər cənnətin qapısını açmağa yetməzdimi? O halda bir fürsətdir: Ramazanla bütünləşib xəyalən Ramazan olmaq sizin əlinizdə.
Ağ bir sevdanı içində bir uşaq kimi böyüdənlər üçün Ramazanın ifadə etdiyi məna çox dərindir. Onlar Ramazanın kütlələr üzərindəki təsirinə baxar, Allahın dönüşdürücü gücünü müşahidə edərlər. Min dadlıya əvəz olan acıya bir daha and içərlər.
Eşqin dəbdən düşmədiyini, düşməyəcəyini söyləmək üçün cəsarətləri artar. Bütün aşiqi sadiqlərə səslənərlər: Sevdanız, acınız və eşqiniz mübarək olsun!

Şair o ölümsüz misralarında necə də gözəl deyib:
Sanmam tələbi dövləti cah etməyə gəldik
Biz aləmə bir yar üçün ah etməyə gəldik.
*

Eyvallah ustadım! Biz aləmlərə bir yar üçün ah etməyə gəldik, eyvallah!
Bu aləmə "sahib olmaq" üçün gəldiyini sananlar gücün, pulun, qadının, qızılın, çör-çöpün arxasından bir ömür qaçsınlar. Biz "şahid olmaq" üçün gəldiyimizi unutmayaq. Biz aləmlərə bir yar üçün ah etməyə gəldik, elə deyilmi? Biz ah edərkən görənlər şikayət etdiyimizi sanmasınlar. Bu bizim varlıq səbəbimizdir. Cəfa çəkdiyimizi sananlar da, səfa sürdüyümüzü sananlar da yanılırlar.
Ey dostum! Sən dövrə vuran hər kəsin rəqs etdiyinimi sanırsan? Yanılırsan. Bəziləri kefdən dövrə vururlar. Amma bir yar üçün ah edənlər, yarın yoluna baxıb "ah" etmək üçün dövrə vurarlar.

Bəzi bədbəxtlərə Ramazan heç gəlmədi. Yazıqlar. Bəzilərinin qapısına qədər gəldi, pəncərədən içərinin mənzərəsini görüb, qapını belə döymədən dönüb getdi. Bəzilərinin qapısını döydü, fəqət açmadıqları üçün çıxıb getdi. Bəzilərinin ürək evinə girdi, amma girdiyinə min dəfə peşman oldu. Çünki oranı Ramazan kimi bir göy müsafirini qarşılamaq üçün hazır etməmişdilər. Gedəcəyi günü həsrətlə gözlədi. Bəzilərinə isə bir gəldi, pir gəldi. Gəldi və bir daha heç getmək istəmədi. Getmədi. Bir aylığına gəlmişdi, amma gəldiyi yerdə o qədər izzət, qonaqpərvərlik gördü ki, o qədər sevildi və sevdi ki, nə ev sahibi qonağından ayrıla bildi, nə qonaq ev sahibindən.
Məhz bu sonuncuların Ramazanı mübarək oldu, həyatı Ramazan oldu. Şahid oldular, şahid gördülər. Günah orucunu heç pozmadılar. Harama qarşı bir ömür sürəcək bir oruca niyyət etdilər. "Küfrə və şirkə qarşı tutduğum orucumu pozaramsa, kəffarəm cəhənnəm olsun!" dedilər.
Onlar orucu tutdu, oruc onları tutdu. Sadəcə oruc tutmaqla qalmadılar, özlərini də tutdular. Yəni özlərini və şəxsiyyətlərini itirmədilər, izzət və şərəflərini qorudular. Onlar orucun başını dik tutdular, oruc da onların başını.


*Bizim bu dünyaya dövlətdən bir məqam, bir mövqe, bir rütbə istəməyə gəldiyimizi sanmayın.
Biz bu aləmə bir yarın, bir sevgilinin həsrəti üçün ah edib inləməyə gəldik!

Hazırladı: ƏLİF / AZERİSLAM.COM
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:20
GÜNƏŞ06:57
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:30
MƏĞRİB [ 3 rükət ]20:29
İŞA [ 4 rükət ]22:02
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka