Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

EQOİSTLİK

[ Aktual / 6478 dəfə baxılıb ]   
|
 
Özünü sevmək, özünü üstün tutmaq, eqoist hisslər bütün insanların içində müəyyən nisbətdə vardır. Bu elə bir qüvvə, elə kəskin və köklü hissdir ki, bəziləri istisna olmaqla bütün insanların içində öz sultanlığını qurar. Bu hiss insanların əxlaqını, mədəniyyətini, təbiətini ya formalaşdırar, ya da müəyyən istiqamətə yönləndirər. Məhz eqoistlik üzündən insanlar dünya naz-nemətləri üçün bir-birini qırar, yarışar, mübarizə və mübahisə aparar. Maddiyyətlər uğrunda savaşar və qanlar tökərlər. Haqqları olmayan şeylərə mülkiyyət iddia edər, başqalarının hüquqlarını pozar, tapdalayar və nəyin bahasına olursa olsun, istədikləri şeyi əldə etmək üçün batil və haram yollara əl atarlar. Eqoistlik insanın gözünü belə kor edər və alçaqlıqlara sürükləyər.

Bu od-alovlu mübarizəni nə soyuda bilər, hansı qüvvə bu cür köklü hissləri söndürmək iqtidarındadır? Bir tək iman ünsürü vardır ki, onunla ən qızğln atəşlər belə soyuyar, yandırmaz. Mübarizələri, savaşları qardaşlığa çevirər, incitməz.

Ummu Sələmənin (Allah ondan razı olsun) Peyğəmbərimizdən (Sallallahu aleyhi və səlləm) rəvayət etdiyi bir hadisə vardır:
İki kişi vərəsəyə qalmış mallar barəsində mübahisə aparırlar. Heç birinin açıq-aydın faktı və dəlili yoxdur, sadəcə hər ikisi özünün haqlı olduğunu iddia edir. İkisi də “bu mənim haqqımdır” – deyir. Qarşı tərəfin də haqlı olduğunu inkar edir. Hər biri də, içindəki eqoistliyi, öz fərdi rəğbətiylə Rəsulullaha şikayət edir. Rəsulullah isə onların qulaqlarını və qəlblərini titrədəcək xitabıyla belə müraciət edir; “Mən yalnız bəşərəm (insanam), siz də mənə şikayət edirsiniz. Ola bilsin biriniz öz bəlağəti (danışıq və təqdimatı) ilə o birisindən daha güclü olsun. Mən də ondan dinlədiyimə əsasən hökm verəm. Amma mən hansınıza bir şey versəm, o da o biri qardaşın haqqına aiddirsə, ondan heç nə götürməsin. Çünki götürəcəyi şey cəhənnəm odundan bir parça olacaq. “ Bu tükürpədici sözləri ikisi də eşitdilər. Qəlblərindəki iman telləri birdən əsməyə başladı. Allah qorxusu və Axirət gününün hesabı dəhşəti oyandı daxillərində. İkisi də ağlamağa başladılar və hər ikisi də bir ağızdan; “mənə düşən haqqım da sənindir!” dedilər...
Rəsulullah isə bu mənzərəni müşahidə edib belə dedi; “Əgər indiki belə edirsiniz, o zaman haqqlarınızı tam ortadan qardaş malı kimi ikiyə bölün və hərəniz eyni miqdarda götürün.”

İmanın sözü belə hallarda ortaya çıxır, iman vicdanları bu cür ayıldır, titrədir. Son sözü, haqq söz və ədalət imandan olur. Hətta bu cür hadisələrdə qanun məcəlləsi, qanun maddəsi belə aciz qalır.
Rəsulallah zahidlik, saflıq, doğruluq və ədalətlilik barəsində öz səhabələrinə bir dəfə iki mömin kişinin hekayəsini danışır; “Biri o birindən torpaq (rəvayətə görə ev də ola bilər) alır. Torpaq alan şəxs aldığı yerdən bir küp qızıl tapır. Torpağı ona satan adamla görüşüb deyir ki;” Bu qızıllarını götür, mən səndən yalnız torpaq almışam, qızıl deyil.” Satan adam da deyir ki; “Mən sənə torpağı içində olan hər bir şeyi ilə bir yerdə satmışam.” İkisi də gedib başqa bir adama müraciət edib, hallarını danışırlar. Həmin şəxs də hökm verəsi olur. Deyir ki; “sizin uşağınız varmı?” Biri deyir ki; Mənim bir oğlum var”. O biri də; “Mənim də bir cariyəm (qızım) var.” Hökm verən şəxs də deyir ki; “O oğlanla cariyəni evləndirin, həmin malıda özünüz üçün xərcləyin, sədəqə verin.”
Bu cür haqq və ədalət, doğruluq, saflıq, düzgünlüyü sevmək, yalnız və yalnız imanla əldə edilə bilər.

Allah bizləri nəfsimizdə gizli saxlanan eqoistlik və dünya malı üçün hərislikdən təmizləsin, qorusun, mühafizə etsin! Bizi öz nəfsimizlə baş-başa buraxmasın, yalnız qoymasın, onunla mübarizə aparmağı müvəffəq etsin! Allah bizlərə bir-birimizə yardım etməyi, yaxşılıq və dəstəyi sevməyi nəsib etsin!


Şahmar Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka