Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

EY İMAN EDƏNLƏR [ALİ İMRAN]

[ Oxu! / 5874 dəfə baxılıb ]   
|
 
1. “Siz ey iman edənlər! Kitab verilənlərdən bir firqəyə uysanız, sizi imandan sonra yenidən inkara döndərərlər." (100)

Ali İmran surəsinin bu ayəsi ilə iman edənlərə özəl bir xəbərdarlıq olunur. 100-cü ayə və ondan sonra gələn ayələr iman edənlərin kimlərlə dostluq, kimlərlə qardaşlıq etməli olduğunu müəyyənləşdirir. Ümumiyyətlə Ali-imran surəsinin iman edənlərə xitabları daha çox dost seçimi ilə bağlıdır.
Müsəlmanlar hər fürsətdə öz prinsiplərini, düşüncələrini və əxlaq qanunlarını cəmiyyətin və başqa dinin mənsublarının prinsiplərinin önünə keçirməyi bacarmalıdırlar. Çünki Allah Quranla “sizin üçün dininizi tamamladım” deyir. Deməli Quranın prinsiplərinin önünə heç bir prinsip, heç bir qanun və heç bir düşüncə tərzi keçirilə bilməz. İman edənlər bir bəşərə deyil yalnız və yalnız Allaha uymaq məcburiyyətindədirlər. Əhli-kitaba itaət etmək hansısa bir mövzuda onların fikirlərinə önəm vermək, metodlarını və sistemlərini mənimsəmək Allahın öndər ümmət olaraq seçdiyi və Quranın prinsipləri ilə yaşamalı olan müsəlmanlara (iman etdiyini iddia edənlərə) yasaqdır. Unutmayın ki, əhli kitab mənsubları Allahın hökmlərini təhrif etmişdilər. Bunun son vəhyə qarşı edilməsinin qarşısını almaq üçün də Allah Quranı, - ehtiva etdiyi hökmləri, - qaranti altına almış və müsəlmanların hər hansısa bir mövzuda əhli kitaba uymasını yasaqlamışdır.
Ardınca gələn ayə ilə daha bir xəbərdarlıq verilir: “Allahın ayələri sizə oxunarkən və Onun Peyğəmbəri də aranızda ikən necə kafir ola bilirsiniz? Kim tamamilə Allaha bağlanarsa doğru yola yönələcək.” (101) Bəli, iman üçün lazım olan bütün şərtlər var ikən möminin başqa qaynağa yönəlməsi böyük bir xətadır. Quran hər bir mövzuda necə davranmağı bizə öyrədir, orda tapmadığımız incəlikləri isə sünnətə baş vuraraq öyrənə bilərik. Allahın Rəsulu cismani olaraq sağ olmasa da o bizə örnək olaraq qoyub getdiyi sünnəti ilə aramızdadır. Xilas Allahın ipinə, - Qurana, - sarılmaqdadır.

2. Siz ey iman edənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün! (102)
Ölüm haqdır və hər canlı ölümü dadacaq. Sonunda Ona döndəriləcəyimiz üçün isə ölmədən öncə iman etməyimiz şərtdir. İman etmək isə Allahdan layiqi ilə, yəni haşyətlə qorxmaqdır. Haşyətlə qorxmaq xof deyil, içində ehtiram olan bir qorxudur. Sənə əzab verəcək deyə deyil, səni sevməyəcək, üzünə baxmayacaq və təmizləməyəcək deyə qorxmaqdır. Qorxunun içində Yaradana qarşı bir ehtiram hiss etməkdir. Əməllərinə görə cavab verəcəyini düşünərək orda, o möhtəşəm gündə “Ona nə deyərəm” deyə düşünmək, özünü o cavaba uyğun bir şəkildə tərbiyyə etməkdir. Həqiqi müsəlman olmaq üçün Allahdan Ona layiq olduğu şəkildə qorxmaq lazımdır. Allah Ondan qorxmağımızı istəyir. Deməli bizi pisliklərdən, əyriliklərdən çəkindirən bu qorxudur. Müsəlman biri üçün ölüm deyil, sorğu-sual çətindir.
“Mütləq müsəlman olaraq ölün!”
Ölüm, insanın nə zaman öləcəyini bilmədiyi bir qeyb aləmidir. Müsəlman olaraq ölmək istəyən bu ayəni eşitdiyi andan ona təslim olmalıdır. Bu ayə ilə ilk gələn əmr TƏQVAdır, ikinci əmr isə TƏSLİMİYYƏT.
Bundan sonra “qardaşlıq” şərti açıqlanır ki, bu da İslamın təməl şərtidir.
“Hamılıqla Allahın ipinə möhkəm sarılın və bir-birinizdən ayrılmayın! Və Allahın üzərinizdəki nemətini xatırlayın: Siz bir-birinizə düşmən ikən qəlblərinizin arasını birləşdirdi, Onun lütfü sayəsində qardaş oldunuz; Və siz atəşdən bir çuxurun kənarında idiniz sizi ordan O qurtardı. Allah sizə mesajlarını məhz bu şəkildə açıqlayır ki, doğrunu tapa biləsiniz. Elə isə sizlər xeyirə çağıran, qanuni və yaxşı olanı təklif edən, pis və yanlış olandan da çəkindirən bir ümmət olun! Məhz əbədi səadətə çatacaq olan onlardır. Onlara həqiqətin açıq dəlilləri gəldikdən sonra parçalanıb bir-birinə düşmənçilik edənlər kimi olmayın, onlar üçün qorxunc bir əzab vardır” (103-105)

Bu ayələr camaat anlayışını formalaşdırır. Qardaşlıq şüurunun təqva və təslimiyyətdən qaynaqlanması anladılır. Məhz ona görə ilk təqva, sonra təsllimiyyət tələb olunur və məhz bundan sonra da bir ümmət olmaq tələb olunur. Allahın ipinə sarılanlar qardaşlıq ipinə sarılırlar. Hamılıqla bu ipdən tutaraq xilas ola bilərlər. Allah Rəsulunun hədisini xatırlayın. “İman etmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə isə iman etmiş olmazsınız” Bu dəyişməz bir qanundur. Allahın ipinə sarılmaqdan qaynaqlanan bu qardaşlıq Allahın müsəlman camaata bəxş etdiyi bir nemətdir. Tarix boyu davam edən kinlər, millətçilik davaları, şəxsi mənafelər və irqçi düşüncələr Allah yolundakı qardaşlığın yanında kiçilir və yox olur. Çünki Onun lütfü ilə qardaş olanlar düşmən ola bilməzlər. Bu Allahın bir lütfüdür ki, atəşin kənarından onları çəkib çıxartdı və ümmət etdi.
Bu ümmətin müxalifəti isə haqqa dəvət etmək, pislikdən çəkindirməkdir. İxtilaf edənlər qardaşlarını yalnız və yalnız haqqa dəvət edərək pisliklərdən uzaqlaşdıra bilərlər. Allahın haqq buyurduğuna. Əvvəl haqqa dəvət edəcəksən, sonra pis olanı göstərəcəksən. Əvvəl yaxşını təqdim edib, sonra əlindəkinin pis olduğunu anladacaqsan. Yəni ilk işin xeyiri, yaxşını, gözəli göstərməkdir. Əbədi səadət bundadır. Həqiqətin açıq dəlilləri əlində olaraq düşmənçilik edənlər, parçalananlar, mənim, sənin, onun həqiqəti deyənlər üçün isə əzab qaçınılmazdır.

3. “Siz ey iman edənlər! Sizdən olmayanları sirdaş etməyin! Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər. Sizin əziyyətə düşməyinizi istəyərlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri isə daha böyükdür.” (118)
Yenə eyin xəbərdarlıq. Allah ona təslim olduğunu iddia edən qullarını qoruyur, onları xəbərdar edir və kimdən uzaq durmaları gərəkdiyini açıqlayır. Sizə sizdən olmayanlarla ünsiyyəti tamamən kəsin demir, amma onlarla dostluq etməyin deyir. Səni anlamayan, dində qardaşın olmayan biri sənə doğru məsləhət verə bilməz, istərsə doğma qardaşın olsun.

4. “Siz ey iman edənlər! Sələmi qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (130)
Bu ayənin nüzul səbəbi Uhud savaşında yerlərini tərk edən oxçulardır. Hər bir möminin Bədri olduğu kimi, bir də Uhudu var. Birində qazanırsa, o birində itirir. Qazanmağın sevincini yaşadığı kimi, itirməyin də əzabını yaşayır. Bu ayə bizə qənimətə qaçaraq uduzmağı yasaqlayır. Halala deyil, içində haram olan qənimətə qaçmaqı qadağan edir. Əks halda “Kafirlər üçün hazırlanmış atəşlə qarşılaşacağıq”. Allah bizdən “Ona və elçisinə tabe olmağı tələb edir”. Bu isə əmrlərə tabe olmaqla mümkündür.

5. “Siz ey iman edənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz.” (149) Kafirə itaət ona tabe olmaqdır. Mən müsəlmanlardanam deyən dünya mənifəti üçün kafirə tabe ola bilməz. “Sizin Mövlanız yalnız Allahdır və yardım edənlərin ən xeyirlisi Odur” deyir Allah. Deməli yardım üçün kafirə üz tutmaq bizə yasaqdır. Kafir küfr əhli olduğu üçün onun xeyir dediyi, xeyir bildiyi bizim üçün əslində şərdir. Yardıma ehtiyacınız varsa Allah yetər.

6. “Siz ey iman edənlər! Səfərə və ya müharibəyə gedən qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”,- deyən kafirlər kimi olmayın!...” (106) Allah yolunda ölmək əbədi səadəti əldə etməkdir. Ona görə bu yolda yürüyənlər “bizimlə bərabər olsun, bu günah selində bizlə bərabər boğulsun, nəyimə lazım, mən qarışmıram desin, baş verən bu vəhşətə susun ki, ... sağ qalsın” düşüncəsindən uzaq olmaq tələb olunur. Ölümü də, həyatı da yaradan Allahdır. Allah adına evdən çıxan harada və kimin tərəfindən öldürülməyindən asılı olmayaraq mükafatını alacaq.

7. “Siz ey iman edənlər! Çətinliklərə qarşı dözün, bir-birinizə səbr edin, mövqelərinizi qoruyun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!" (200) Səbr etmək bəlkə də ən çətinidir. Səbr haqsızlığa susmaq deyil, haqda dirənməkdir.
Yəni:
1) İmanınıza yönələn hücumlara qarşı haqqı qoruyun, müdafiə olunun, sözünüzün arxasında durun.
2) Dirənməkdə israr edin və yarışın.
3) Mövqelərinizi qoruyun. Bir növbənçi kimi həmişə oyaq olun. 4) Məsuliyyətli olun və fərarilik etməyin.


Ey iman edənlər əgər səmimisinizsə, o zaman iddianızı isbat edin!


RÜZGAR / AZERİSLAM. COM
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka