Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÜÇÜNCÜ MESAJ

[ Oxu! / 4094 dəfə baxılıb ]   
|
 
“Sən ey ağır yük yüklənən (qul!)”

Rəbbimizin üçüncü mesajı vəhyi anlayaraq yaşamağa çalışan və “vəhyin dağların qaldıra bilməyəcəyi bir yük” olduğunu dərk edən qullarına yönəlib. Bu yükün məsuliyyətini anlayan və onu sevərək daşıyan qullarına. O qullarına ki, birinci (oxu!) və ikinci (qələm!) mesajı anlamış, onu həyatlarına tətbiq etmişlər. Oxu əmrinə təslim olaraq yalnız “Rəbbin adı ilə” oxumağa başlamış, ondan sonra gələn ikinci əmrə də təslim olaraq oxuduqlarını yazmış, onu başqaları ilə paylaşmışlar. Bu iki mərhələni keçərək üçüncü mərhələyə yetişmiş və üçüncü mesajla tanış olmuşdular.

“Qalx. Gecənin irəliləyən bir vaxtında. Gecə yarısı, ondan bir az əvvəl və ondan bir az sonra; və Quranı idrak edərək oxu! Çünki Biz sənə ağır bir söz endirəcəyik” (Müzzəmil, 2-5)

Bu möhtəşəm cümlə Rəbb olan Allahın biz muxatablara Quranla göndərdiyi üçüncü əmridir:
Gecə yarısı qalx!
Niyə?
Oxumaq üçün!
Nə üçün oxumalıyam?
“Ey qulum! Sənu gözləyən o böyük missiya (xəlifəlik) üçün ayağa Qalx! Çalışmaq, yorulmaq, sıxıntı çəkmək, əziyyətlərə səbr etmək, insanlıq və qulluq vəzifəni icra etmək üçün Qalx! Oxu əmrini aldığın gündən bəri istirahət və yuxu terminlərini lüğətindən çıxart. Çünkü sən bu ilahi əmrlərlə “ağır bir yükə yüklənmisən” və bu yük “dağların daşıya bilməyəcəyi bir yükdür”.

Onu yalnız QUL olanlar daşıya bilər.
Yalnız onu daşımaq istəyənlər qul ola bilər.


Gecənin abidi, gündüzün zahidi olmaq üçün ayağa qalx.
Yuxuna söz keçirməyi öyrən ki, sözün başqaları tərəfindən də dinlənsin.
Bu ağır yükü daşıya bilmək üçün gecə oyanışı sənin eliksirin, böyük missiyadan öncəki məşqindir. Qalx və Allahın “oxu” dediklərini təfəkkür edərək, tərtillə (asta-asta) oxu.
Gecə yuxusunu bölərək qalxmağı öyrən ki, iradənə hakim ola biləsən. Namaz, oruc, zəkat ... bütün bunlar həsən əməldir. Yalnız sənin özün üçün xeyirlidir. Onları saleh əmələ çevirmək üçün oxuduqlarını paylaş. Bu ilahi əmrləri həm yaşayaraq təbliğ et, həm də öyrənib, öyrədərək.

Rəbbindən Onun adı ilə oxumaq əmrini almışdın.
Gecə oyandırılmaqla da nə zaman oxumaq lazım olduğunu öyrəndin.


Hər kəs yatarkən, bütün aləm sükunətdə ikən sən təfəkkürünlə gecənin səssizliyini, sükutun səsini poz və ilahi əmrə tabe ol. Çünki sən ağır bir yükün məsuliyyəti altına girməyə könüllü olmusan.
Necə? Nə vaxt?
Oxu əmrinə tabe olaraq oxumağa başladığın andan etibarən.
Artıq geriyə yol yoxdur. Sən bundan sonra əvvəlki həyatına qayıda bilməzsən, daha doğrusu qayıtmaq istəməzsən. İrəli getmək isə ardı-ardına gələn əmrlərə tabe olmaqla mümkündür. Əks halda yerində sayacaqsan. Bu əmrlərə uymaqla yolda yürüyə bilərsən. Ardıcıllığa riayət et. Səni tanıyan sənə yolda işarələr qoyub ki, yolun işıqlansın və yerimək sənə asan olsun. Bu əmrlərə uysan nəticəsi müsbət olan bir tərbiyə proqamını həyatına tətbiq etmiş olarsan. Bu proqramın əsas bölməsi TƏFƏKKÜRDÜR. Gecə yuxusunu bölərək ayağa qalxmaq və təfəkkür etmək. Çünki bir mömin hər halında “ayaq üstə olarkən, oturarkən, yatmaq üçün uzanarkən Allahı anar, göylərin və yerin yaradılışı barəsində təfəkkür edər!” (Ali İmran, 191).
İlahi əmr həm də “gecə yuxusunu bölərək Quran oxu!” deyir.
Niyə?
“Çünki Biz sənə ağır bir söz endirəcəyik”
Nə üçün gecə vaxtı?
“Çünki bu gecə dirilişi çox dərin iz buraxır və oxumaq baxımından da daha təsirlidir”
Onun üçün də nəinki sən özün oyanacaqsan, eləcə də gecəni oyandıracaqsan. Gecəni oyanışınla oyandacaq və Ayı da oyanışına şahid tutacaqsan.
Bundan sonra isə:
“İndi Rəbbinin adını an və bütün varlığını Ona həsr et!
O Şərqin də, qərbin də Rəbbidir; Ondan başqa ilah yoxdur: Elə isə özünü yalnız Ona əmanət et!...”

Bu ilahi bir təlim metodudur. Yalnız bu təlim metoduna uymaqla xilas olmaq mümkündür.
Bu oyanış sadəcə yuxudan oyanış olmamalı, eləcə də qəflətdən oyanış olmalıdır. Gecə dirilişi ilə sən qəflətdən oyanacaq, insan olduğunu anlayacaq və sənin üçün seçilmiş xəlifəlik missiyana başlayacaqsan. Gecənin səssizliyində öyrəndiklərinlə gündüzün qulaq batıran səsini kəsəcək, gecənin nuru ilə gündüzü aydınladacaqsan.

Üçüncü əmri yaşamaq yalnız oyanmaqla, - qiyamul-leyl, - mümkündür. Bu ilahi əmrlə oyanaraq Quranı tərtillə oxuyanlar bir daha yata bilərlərmi?!

"Ya Rəbb! Oyandırılmadan oyananlardan eylə!
Uyuyanları oyandıranlardan eylə!"




"Siz ey iman edənlər! Özünüzü və ailənizi odunu daşlar və insanlar olan atəşdən qoruyun!"


Ardı var...

RÜZGAR / AZERİSLAM. COM
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka