Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

OCAQDA YANDIRILMAYAN ODUN

[ Hekayə / 5699 dəfə baxılıb ]   
|
 
Bir gün altı insanın yolu bir yol ayrıcında kəsişdi. Bir-birlərini əvvəllər heç görməmişdilər. İlk dəfə və məcbur olaraq bir yerdə idilər. Təhlükəli bir səfərin heç gözlənilməz dayanacağında dayanmışdılar. Maşınları qəzaya uğradığı üçün yolda qalmışdılar.
Soyuq və qaranlıq idi. Hamısı bir atəşin ətrafında toplanmış, isinməyə və gecənin qaranlığını aydınlatmağa çalışırdılar. Yandırdıqları ocaq sönmək üzrə idi. Alovlar azaldıqca qaranlıq daha da dərinləşirdi. Üzlərinə çarpan istilik sürətlə azalmağa başladı. Hər kəsi təkləyən, çarəsizləşdirən qaranlığı və soyuğu daha dərindən hiss etdilər. Ocağa yeni odun atmaq lazım idi. Odunları... var idi. Hərəsində cəmi bir odun vardı.

Halqanın ən başında oturan qadın əlindəki odunu arxasında gizlətmişdi. Ocağın ətrafındakı adamlardan birinin zənci olduğunu görmüş və onun üçün heç nə fəda etmək niyyətində deyildi. Qadının yanındakı adam bir-bir hamının üzünə baxdı. Onun mənsub olduğu millətdən kimsə yox idi yanında, ona görə də ocağa atacağı odun başqalarını isidəcəkdi. Bunu düşünərək ürpəndi. Başqalarını isitməkdənsə soyuqda qalmaq daha yaxşı idi. Əlindəki oduna daha möhkəm sarıldı.
Onun lap yanında zəngin bir adam oturmuşdu. İndiyə qədər bir əli yağda, bir əli balda yaşamışdı. "Sıravi" insanların arasına sığınmaq məcburiyyətində olduğuna görə hər kəsi lənətləyirdi. Sahib olduğu malı, mülkü ağlına gəldi; bu vaxta qədər heç kimə heç nə verməmişdi. Yalnız özünü düşünmüş, həmişə o qazanmışdı. İndi əlindəki yeganə sərvəti olan odunu nəyə görə bu miskin insanlar üçün istifadə etməlidir ki? O da əlindəki odunu ocağa atmadı.

Onun yanındakı yoxsul adamın pencəyini oğurlamışdılar. Nifrətlə yanındakı yaxşı geyimli zənginə baxdı və əməyini istismar edib haqqını verməyən eqoist bir zəngin üçün nəyə görə bir odunu fəda etsin ki, deyə düşündü.
Zənci olan isə bütün ağlara nifrət edirdi. Əlindəki odun onu başqalarından qoruyacaq yeganə silah idi. Onu atəşə atıb yandıra bilməzdi. Halqanın sonundakı adam isə indiyə qədər heç kimə əvəzsiz olaraq heç nə verməmişdi. Ana və atası ona yalnız bir şey qarşılığında verməyi öyrətmişdi. Oyunun qaydası belə idi. Əlindəki odunu o da ocağa atmadı.

Səhəri gün sönmüş bir atəşin ətrafında donaraq ölmüş altı insan cəsədi tapıldı. Hər birinin donmuş əllərində möhkəm-möhkəmə sıxılmış altı dənə atəşə atılmamış odun vardı. Sərt idi əlləri: Bir başqası üçün verməyə alışmayan eqoizmləri tutmuşdu əllərini. Donmuşdu ürəkləri: İç dünyalarında "səndən azalan əslində sənə qalar!" həqiqətinin isti günəşi heç doğulmamışdı. Buza dönmüşdü gözləri: Özlərindən başqasını görməyi öyrənməmişdilər. İstisini itirmişdi üzləri: Qabığını qıra bilməyən "mən"likləri "infaq" meyvəsinə çevrilmədən içinə qapanmış, çürümüşdü.
Görünüşə görə hamısı çöldəki soyuqdan ölmüşdü. Halbuki insanı paylaşmaqdan uzaqlaşdıran xəsislik daha soyuq idi. İnsanı təkəbbürün vadilərinə sürüyən qayğıkeşsizlik daha qaranlıq idi. Halbuki "mən!" dedizdirən eqoizmin gedərək böyüyən çuxuru ən amansız ayaz idi.
Halbuki başqalarını görməkdən məhrum edən mənfəətçiliyin korluğu ən soyuq qaranlıqları əmizdirirdi.
Onları çöldəki soyuq deyil, içlərindəki şaxta öldürmüşdü.


Hazırladı: Əlif/Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka