Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BİR SU MİN DAD

[ Təfəkkür / 6135 dəfə baxılıb ]   
|
 

"Yer üzündə bir-birinə qonşu qitələr, bir də üzüm bağları, əkinlər, xurmalıqlar vardır ki, onların hamısı bir suyla sulanır; lakin Biz onlara bir-birindən fərqli dadlar verərik. Ağlını istifadə edən bir toplum üçün bunda ayələr vardır." (Rəd Surəsi, 4)

BİR TƏFƏKKÜR xəzinəsi olan bu ayənin bizə öyrətdiyi üsullardan biri də kainatdakı birlik təcəllilərinə aiddir.
Ayədə üzüm, əkin və xurmalıqlardan danışdığı bölümdə bütün bunların bir su ilə sulandığı halda Uca Allahın onlara ayrı-ayrı dadlar verdiyi bildirilir. Həyatın bu çox şaxəli qanunu ayədə bir neçə konkret örnəklə diqqətimizə çatdırılıb; yalnız müşahidə edərək bu qanunun gündəlik həyatın təbiiliyi içində bizi hər tərəfdən ehtiva etdiyini görə bilərik.

Üzüm və xurma kimi meyvələr hər kəs tərəfindən bilinən və dadıyla, rəngiylə, formasıyla hər kəsin asanca xəyalında canlandıra biləcəyi nümunələrdir. Bu nümunələrdə bir qanunun ucu göstərilmişdir. İnsanlar bildikləri bütün meyvə, tərəvəz və əkinlərdə bu ayənin izah etdiyi xüsusiyyətləri tapa bilərlər: alma, fındıq, şaftalı, ərik, pomidor, kartof, kivi, portağal, qarpız, qovun, qoz, turp, soğan, çiyələk, albalı və s. Yüzlərlə, minlərlə misal çəkmək olar.
Ayə deyir ki: "Bunların hamısına ayrı dadlar verdik."

Bəli, insan yerin bitirdiyi hansı şeyi dadarsa onda bir fərqlilik tapar. Hətta bir almanın fərqli növlərini dadmaqla onun fərqli dadlara malik olduğuna şahid olar.

Ayənin diqqət çəkdiyi ikinci məqam bütün bunların tək bir su ilə sulanmasıdır. Bu da bir nümunədir, bir "birlik" nümunəsi. Eyni həqiqəti onları bağrında bəsləyən torpaq üçün də söyləyə bilərik. Onlar bir su ilə sulandığı kimi, bir torpaqda yetişirlər.
Yenə onlar eyni bir günəşdən enerji alır, bir havanı udur, bir qanunla, bir tərzdə, bir bağçada, bir yerdə becərilirlər.
Bax burada da belə bir "vəhdət", belə bir "birlik" dərsi verilir:
Yer üzünün qitələrində yetişən o meyvələr və əkinlər eyni suyla sulanır. Çünki onları sulayan Birdir. O, yer üzündəki bütün bitkilərin və bütün canlıların ehtiyacına bir su ilə cavab verir.
O meyvələr və əkinlər bir günəşin işığıyla böyüyərlər. Çünki onları yaradıb yaşıllaşdıran və böyüdən Birdir. O, bir günəş işığıyla yer üzündəki bütün canlıların enerji ehtiyacını ödəyir.
O meyvələr və əkinlər bir torpaqda yaşıllaşar. Çünki onları yaşıllaşdıran da bu dünyanı yaradıb üzərinə torpağı sərən də Birdir.
O meyvə və əkinlərin hamısı eyni havanı udarlar. Çünki onları yaradan da bu dünyanı atmosferlə ehtiva edən və bu havanı bütün canlara udduran Birdir.
İndi o yeganə Yaradıcının sənətinə baxın ki, böyük günəşi yer üzünün bütün canlılarının xidmətinə göndərir. Bir torpaqdan yüz minlərlə növ bitki çıxarır. Bir su ilə bütün yer üzünü dirildir, bir hava ilə canlara can qatar. Və bütün bunları axıb gedən bir həyatın təbiiliyi və sadəliyi içində edər. Gün işığını səssizcə göndərər, yağışı yavaşca yağdırar. Torpaq içində işləyən “dəzgah”ların səsini kimsə eşitməz. Yarpaqlardan və ciyərlərdən sızan hava zərrələri kimsəyə bir narahatlıq vermədən öz işlərini görərlər.
Üstəlik bütün bunlar bir-birinə kömək edəcək, bir-birinin işini tamamlayacaq bir şəkildə, qüsursuz bir ahəng içində işləyərlər. Bir su, bir hava, bir günəş, bir torpaq, sanki tək bir varlıq kimidir.
Və insan bu rəngarəng bitkilərlə bəzənmiş olan yerin gözəl üzündə, hər şeyi bir şeyə xidmətçi edən və bir şeydən hər şeyi edən bir tək Yaradıcının möcüzəli sənətini heyranlıqla seyr edər, nemətlərini şükrlə yad edər.

Bütün bunlar bir tək Quran ayəsinin pəncərəsindən kainata baxıldığında görülənlərdən bir qismidir. Ayənin də xatırlatdığı kimi ağlını istifadə edənlər üçün bu pəncərədən baxıldıqda hələ nə qədər birlik dəlilləri oxunar, nə qədər ayələr seyr edilər...


Ümid Şimşək

Hazırladı: ƏLİF/ Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka