Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

O NƏ İSTƏYİR?

[ Aktual / 5709 dəfə baxılıb ]   
|
 
Yalnız və yalnız xoşbəxt olmağımızı istəyir, daimi bir xoşbəxtlik.
Həyatda nəsə bir şey istəyirik və onu əldə etdiyimiz zaman xoşbəxt oldugumuzu düşünürük. Xeyr, o xoşbəxtlik deyil, o, yalnız bir sevincdir. Bir anlıq sevinc yaşayırıq sonra yenə köhnə halımıza dönürük.
Ətrafınıza hec baxdınızmı? Xüsusən də sevgililərə. Gəzərlər... Əl-ələ, göz‐gözə... Aman, nə xoşbəxtdirlər...
Bunun xoşbəxtlik oldugunu düşünürlər, sonra boş şeylər üstündə dalaşar, bir-birlərinə heç xoş olmayan sözlər deyərlər. Sonra ya barışarlar təkrar, ya da ayrılarlar. Bəs siz bir-birinizi cox sevirdiniz. Budurmu SEVGİ? Sevən insan sevdiyi ilə dalaşarmı? Sonra barışmaq üçün ona xoş sözlər deyər, onu necə xoşbəxt etməyi düşünərlər. Bu sevgi deyil, bu yalnız bir EHTİRASdır.

Rəbbimiz bizim üzülməyimizi hec istəməz. O BİZİ HƏR ŞEYDƏN ÇOX SEVİR. Bizim ONU sevdiyimizdən daha çox sevir.
Hər şeyi ‐ Yeri, göyü bizim üçün yaradıb və əmrimizə verdi.
Şübhəsiz ki bunda, təfəkkür edən bir qövm üçün bütün kainatda mütləq işarələr vardır.
Elə isə niyə bizlər bizi bizdən çox sevən Rəbbimizə qaçmırıq?
Sevən sevdiyinə qaçar,
Qorxan qorxduğundan qaçar...
Hər şeyi bizim üçün yaradan Rəbbimiz bizi də özü üçün yaratmışdır. Özünə qulluq vəzifəmizi yerinə yetirmək üçün. Bizdən yalnız xoşbəxt olmağımizi istəyir. Bizdən ONA dost olmağı diləməmizi istəyir. ONDAN daha gözəl dost ola bilərmi?

Hazırladı: Ilkin Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka