Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İKİNCİ MESAJ

[ Aktual / 7768 dəfə baxılıb ]   
|
 
Elm ovlamaq, yazı isə ovu bağlamaqdır.

Allahın bizə ilk əmri “oxu!” əmridir. Necə oxumağı da o əmrin yanında öyrədir: “Rəbbinin adı ilə”
Allah oxumaq qabiliyyəti verdiyi insana qələmlə yazmağı da öyrədib. Və bunu ilk nazil etdiyi əmrləri ilə bəyan edib.

Oxu! Rəbbinin adı ilə.
Yaz! Rəbbinin əmrinə cavab olaraq

Oxu, yaz deyə insanlığa ilk əmrlərini verməklə onları DÜŞÜNMƏYƏ vadar edir.

Allah “Sən bundan əvvəl kitab nədir, iman nədir bilməzdin!” (Şura, 52) dediyi birini seçib ona oxumağı və yazmağı əmr edir. Oxumağı bacarmayan birini ÖZÜNƏ RƏSUL seçir və ona “oxu!” deyir. Oxumaq üçün isə KİTAB daha sonra nazil olur. 23 ilə tamamlanan Quran ilk əmrinə “Oxu” deyə başlayır və "insanlığı, kainatı oxu" deyir. İnsanın yaradılışına diqqət çəkərək ona “özünü, varlığını oxu” deyə bir mesaj verir. Deməli əslində ilk anlamda oxumağın savadla heç bir əlaqəsi yoxdur. Oxumaq təfəkkür etməkdir, oxumaq düşünmək, anlamaq və yaşamaqdır. Doğru oxumağı bilməsən doğru yaşaya da bilməyəcəksən. Oxumağı yaşamaq olaraq anlayan səhabədən Abdullah İbn Ömər də “Mən Bəqərə surəsini 8 ilə oxudum” deyirdi. Yəni onu yaşadım, əmrlərini həyatıma tətbiq etdim, yasaqlarından qaçdım. Biz necə hansısa bir surəni (ayəni demirəm!) tam olaraq yaşamışıqmı? Yəni əslində onu səhabələrin də anladığı kimi oxumuşuqmu?

Rəsulullahın əvvəllər yazıb oxumadığına (bildiyimiz mənada) Qurani Kərim şəhadət edir: “(Ey Məhəmməd!) Qurandan əvvəl sən heç bir kitab oxumamışdın; onu əlinlə də yazmamısan. Əks halda o batilə uyanlar şübhəyə düşərdilər” (Ənkabut, 48) deyir.
Deməli batilə uyanların şübhəyə düşməməsi və gələn mesajın həqiqi qaynağını isbat etmək üçün oxuyub, yazmağı bacarmayan biri seçilmiş, bununla belə ona “oxu!”, “yaz!” deyə əmr də verilmişdir.
Ənkabut surəsinin bu ayəsi ilə niyə məhz oxuyub, yaza bilməyən birinin seçildiyini də anlayırıq. Yəni ki, sən oxuyub yaza bilsəydin İslama düşmən olanlar, Quranı yalanlamaq üçün, onun Allah kəlamı olmadığını irəli sürə bilmək üçün, sənin daha öncə göndərilən kitabları, Tövratı və İncili oxuyub onlardan rəvayətlər söyləmək niyyəti ilə bu Kitabı yazdığını iddia edərdilər. Lakin indi belə bir iddia irəli sürə bilməzlər; çünki sənin oxuyub yaza bilmədiyini onlar da çox gözəl bilirlər.
Doğrudur Peyğəmbər oxuyub, yaza bilmirdi. Lakin ümmətin oxuyub, yazmağı öyrənməsi üçün elmin vacibliyini bir çox hədisində vurğulamış, elmi bizə miras qoymuşdur. İlk məktəb də İslamın gəlişi ilə açılmışdır. Mədinədəki Suffa məktəbi əslində bir Universitet missiyasını daşıyırdı. Bu gün əlimizdə olan Musaf üçün, siyər kitablarımız üçün bu məktəbin məzunlarına borcluyuq.
Biz bizdən əvvəl yazılanları oxuyuruq, bizdən sonra gələnlər də bizim yazdıqlarımızı oxuyacaqlar. Təbii ki, əgər yazsaq...

Qələm Quranın ikinci mesajıdır.
“O insana qələmlə (yazmağı) öyrətdi” (Ələq, 4)
Qələm bir simvoldur. Həm elmin yayılmasını, həm də öyrənilməsini simvollaşdırır. Cahiliyyə ərəblərinin hafizələri dillərə dastandır. Onlar bütün məlumatları, tarixi hadisələri gələcək nəsillərə şifahi olaraq ötürürdülər. Quran nazil olan zaman Məkkədə yalnız 17 nəfər oxuyub, yaza bilirdi. Quran ilk vəhydən şifahi mədəniyyəti yazı mədəniyyətinə çevirdi. Ona görə də ilk ayələrdən etibarən Rəsulullah onları yazdırdı. Quran bu əmri ilə sonuncu vəhyi qarantiya altına aldı. “Hərfinə belə toxunulmayacaq” bir mədəniyyəti insanlığa mesaj qoydu. Quran mesajları Rəsulun zamanında və onun nəzarətində yazılmasaydı o da digər səmavi kitablar kimi təhrif edilə bilərdi. İlk ayələrlə oxu və yaz əmrini alan Nəbi əmrə tabe oldu. 14 əsr sonra biz dinimizi öyrənə bilir, Allahın insanlığa mesajlarını oxuya biliriksə bunu Rəsulun əmrə tabe olmasına borcluyuq.
Amma unutmayaq ki, bu əmrlər yalnız ona verilməyib. Onun vasitəsi ilə bütün insanlığa ünvanlanıb. Biz də əmrə tabe olmalıyıq. Öyrəndiklərimizi yazmalı, paylaşmalıyıq. Təbii ki, “Rəbbimizin adı ilə oxuyuruqsa”...
Əks halda yazdıqlarımız axirətdə bizə ağır bir yük olaraq geri dönər və bu yükü daşımaqda çətinlik çəkərik. Nəyi oxumağı, necə oxumağı bilmiriksə yazmamaq daha yaxşıdır. Çünki, biz ölüb getsək də yazdıqlarımız qalacaq.

Qələm söz ilə yazı arasındakı elçidir. Söz isə Allah adına oxunanda və yazılanda dəyərli olur. Sözə dəyər qatan onun da bizim də Rəbbimiz olan Allahdır.
Çünki, söz insandan öncə yaradıldı. Allah “Ol” dedi hər şey olmağa başladı. Bu fövqəladə hadisəni isə insanlığa “qələm” danışdı. Sözü sahibindən alıb ünvanına çatdıran qələm.
Yazın ki, oxunasınız.
Yazın ki, xatırlanasınız.
Yazın ki, ayəni yaşayasınız.
İnsanlığın xilası bundadır.


"Siz ey iman edənlər! Özünüzü və ailənizi odunu daşlar və insanlar olan atəşdən qoruyun!"


Ardı var...

RÜZGAR / AZERİSLAM. COM
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka