Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DAVUD PEYĞƏMBƏR

[ Oxu! / 9126 dəfə baxılıb ]   
|
 
Həzrəti Davudun adı Qurani Kərimdə 16 yerdə keçir.
Mushaf sıralamasında ilk dəfə Bəqərə surəsində (246-251), nüzul sıralamasında isə ilk dəfə Nəml surəsində Davudun və oğlu Süleymanın qissəsi anladılır, onların timsalında bizə təslimiyyətin, ibadət və itaətin, iqtidar, ədalət və hikmətin möhtəşəm bir simvolu göstərilir.

Bəqərə surəsindəki qissənin xülasəsi belədir ki: İsrailoğulları Caluta qarşı vuruşmaq istəyərək Peyğəmbərlərindən (Quran onun adını bizə bildirmir) bir kral istəmiş Allah da onlara Talutu kral olaraq göndərmişdir. Caluta qarşı savaşmadıqlarının bəhanəsi kimi irəli sürdükləri problem aradan qaldırılınca bu dəfə də döyüşməmək üçün bəhanə axtararaq Allahın onlar üçün seçdiyi kralı - Talutu bəyənməmiş və savaşmaqdan imtina etmişdilər. Talutla bərabər bir ovuc insan isə savaşmaq üçün yola çıxmışdı.
“Və Talut ordusu ilə hərəkət etdiyi zaman dedi ki: “Baxın, Allah bizi bir çayla sınayacaq; kim ondan içərsə məndən deyil, kim də ondan dadmazsa məndəndir; ancaq bir ovuc içən bundan müstəsnadır...”
Ayələrdən anlayırıq ki, döyüşə çıxanlardan bir qrupu o sudan içərək çayı keçə bilməmiş, bir az içən və ya heç içməyənlər isə keçmişdir. Birinci imtahanı verib döyüşə qatılanlar ikinci imtahandan kəsilmişdilər. Keçənlərdən də bəziləri bəhanə gətirərək yorulduqlarını və bunu üçün də Calutla savaşa bilməyəcəklərini söyləyərək döyüşməkdən imtina etmiş, başqa sözlə üçüncü imtahandan kəsilmişdilər.
Nəhayət “Allaha qovuşacaqlarına inananlar da dedilər ki: “Sayca az olan nə qədər topluluq Allahın izni ilə sayca çox olan topluluğa qalib gəlmişdir. Çünki Allah israr edənlərlə bərabərdir. Onlar Calut və ordusu ilə qarşı-qarşıya gəldikləri zaman “Ey Rəbbimiz! Bizə səbr və dizimizə qüvvət ver; və kafir qövmə qarşı bizə yardım et” deyə dua etdilər. Nəhayət Allahın izni ilə onları məğlub etdilər və Davud Calutu öldürdü, bundan sonra Allah da Davuda həm hökmdarlıq, həm də ədalətli hökm verə bilmək qabiliyyəti bəxş etdi və dilədiklərini öyrətdi...”

Bizim bu qissədən alacağımız bir çox mesaj var:
1. Allah yolunda bir “savaşa” çıxmısansa imtahanlara hazır ol! Allah başqa bir ayədə “İman etdik deməklə heç sınanmadan cənnətə girəcəyinizimi sandınız?” deyə bizə bir sual verir və imtahan edəcəyini söyləyir.
2. Nizamlı və cəsur olan az bir topluluğun nizamsız bir orduya Allahın izni ilə necə qalib gəldiklərini və bu halla qarşılaşınca necə dua etmək lazım olduğunu öyrənirik: “Ey Rəbbimiz! Bizə səbr və dizimizə qüvvət ver; və kafir qövmə qarşı bizə yardım et”
3. Davudun seçilməsi onun təslimiyyətinə bağlı idi. Caludu öldürməklə, onunla savaşa qatılmaqla Peyğəmbərlik və iqtidar məqamına yüksəldi. Lakin bütün bunların Allahın ona bir lütfü olduğunu da heç bir zaman unutmadı. Biz ayələrdən onun bütün bunlar üçün necə şükür etdiyini öyrənirik.

Allah Həzrəti Davuda və onun oğlu Süleymana Peyğəmbərliklə yanaşı onlardan başqa heç kimə vermədiyi bəzi nemətlər də vermişdir. Süleyman peyğəmbərdən danışarkən bu barədə daha geniş məlumat verəcəyik. Burda yalnız Davuda verdiyi nemətlərdən danışmaq istəyirik.
“Doğrusu Davuda və Süleymana da elm vermişdik; o ikisi “Bütün həmd, biz qullarını bir çoxundan üstün qılan Allaha məxsusdur!” demişdilər.” (Nəml; 15)
Nüzul sırası ilə baxsaq Nəml surəsindəki bu ayə Süleyman və Davud qissələrinin giriş cümləsidir. Allahın Həzrəti Davud və Həzrəti Süleymana vermiş olduğu ən əhəmiyyətli nemətin dəyərini vurğulayan bir xəbərdir. Bu ən əhəmiyyətli nemət ELMdir. Başqa surələrdə Allahın Həzrəti Davuda verdiyi elm ətraflıca açıqlanır. Zəburun hissələrini yanıq bir səslə oxumağı öyrətməsi, onu əhatə edən kainatın Həzrəti Davudun səsinə səs verməsi (əks-səda) və ona yoldaşlıq etməsi, Rəbbinə bütün varlığı ilə yönəlməsi, dəmirin ona tabe olması ona verilmiş nemətlərdən idi.
“... səbirli və güclü bir şəxsiyyətə sahib olan qulumuz Davudu xatırla! Çünki o hər zaman Allaha yönəlirdi. Məhz buna görə də hər səhər və axşam əmrimizə tabe olan dağlar da onunla birlikdə qüdrət və ehtişamımızı zikr edirdi. Qatar-qatar düzülmüş quşlar da...” (Sad; 17)

Həzrəti Davud yalnız bir sultan və peyğəmbər deyil həm də zikrinə canlı və cansız varlıqların qoşulduğu bir quldur. Onun zikrinə dağlar da, quşlar da qoşulurdu.
Müfəssirlərdən bəzilərinin qənaətinə görə Davuddan öncə dağlarda əks – səda yox idi. Və bu əks-səda dağların da Davudun zikrinə qoşulduğunu təmsil edir.
“... Biz ondakı bütün sərtliyi yumşaltdıq; və dedik ki: “işləri ən gözəl, ən ideal bir şəkildə haqqını verərək et və onlar arasında ölçünü qoru! Və hamınız Allahı razı edəcək işlər görün! Çünki Mən etdiyiniz hər işi görürəm” (Səba, 10-11)
Ayənin orijinalında keçən hədid kəlməsi dəmir deməkdir. Buna görə də müfəssirlərin çoxu “Onun üçün dəmiri yumşaltdıq” deyə tərcümə edir və bunun zireh düzəltmə sənəti olduğunu söyləyirlər. Bizcə isə hədid burada məcaz olaraq istifadə olunub. Hədid kəlməsi Ərəb dilində daha çox “sərt davranış, kəskin qərar” mənalarında da istifadə olunur. Dilimizdəki hiddət eyni mənaya gəlir.
Hədid kəlməsini “dəmir” kimi tərcümə edən müfəssirlər Davudu zireh düzəldən ilk insan olaraq qəbul edir, bu sənəti ilk dəfə ona verildiyini irəli sürürlər. Bizcə bu ayədən sonra gələn “saleh əməl” ifadəsi həyatı tarazlı yaşamağa dəvət edir və əxlaqi davranışla əlaqədar mənəvi bir halı ehtiva edir. Ona görə də onun "zireh düzəldən" kimi anlamaq doğru deyildir.
Allahu alim
Qeyd edək ki, bu ifadə ilk dəfə Katadenin şərhində “zireh” kimi anlaşılmış və şöhrət qazanmışdı. Onun “Həzrəti Davud dəmir zəncirlərindən hörülmüş zireh düzəldən ilk insandır” izahı digər müfəssirlər tərəfindən də qəbul olunmuşdur. Tarixi məlumatlar isə bunu təkzib edir. Ənbiya surəsi 80-cı ayədə keçən ləbus kəlməsi Əraf surəsi 26-dakı libasut-təqva ilə eyni mənadadır. Buna görə ayə Allahın Davuda möminlərin həm bir-birlərinə qarşı duyduqları qorxudan, həm də bilinməyənlərə qarşı duyduqları qorxudan qorunmaq üsulunu öyrətdiyini ifadə edir (Məhəmməd Əsəd) Bizcə doğru olan şərh məhz budur.

Davud Peyğəmbərə verilənlər

1. Dağlar və quşlar onunla birlikdə Allahı zikr edir. (Sad, 17-18; Səbə, 10)
2. Ona və oğluna quşların məntiqi öyrədilib. (Nəml, 16)
3. Hikmət və elm, hökm vermək qabiliyyəti bəxş edilib. (Sad, 20)
4. İlahi kitablardan biri olan Zəbur verilib (Bəqərə, 251; Nisa, 163; İsra, 55)

Zəbur – ağır dəmir plakatlara verilən addır. Həcimcə ağır və daşıdığı mesajlara görə dəyərli, silinməyən özəlliyi olan qeydlər üçün istifadə olunur. Zəbur, müfəssirlərimizdən Rağıb əl-İsfahaninin fikrinə və Tabərinin Ənbiya surəsi 105-ci ayənin təfsirində verdiyi məlumata görə içərisində qanunların deyil, hikmətin olduğu əsərlərə verilən ümumi addır.
Zəbur haqqında bütün təfsilat bizə bildirməsə də Rəbbimiz Zəburda olan bir ayəni Quranda bizə bildirir: “Ərzə yalnız saleh qullarım mirasçı olacaqlar” (ən-Nisa, 163; əl-İsra,55.)

Hökmləri
“Davudu və Süleymanı da xatırla. Onlar ikisi bir topluluğa aid çobansız, dağınıq bir qoyun sürüsünün gecə vaxtı tarlaya verdikləri ziyan barəsində qərar verəcəkdilər; Biz də onların qərarlarına şahid idik; lakin bu qərarda Süleymana daha güclü bir hikmət qabiliyyəti vermişdik. Bununla yanaşı Biz hər birinə mühakimə və seçib ayıra bilmək qabiliyyəti qazandıran bir təsəvvür vermişdik...” (Ənbiya 78)
Quranda və sünnətdə bu ayədə keçən hadisənin incəliklərinə aid heç bir məlumat yoxdur. Fəqət səhabə və tabiindən gələn rəvayətlərdən anlayırıq ki, bu hadisəni o günün Ərəbləri çox yaxşı bilirlərmiş. Bu hadisənin xülasəsi belədir ki: Həzrəti Davudun yanına gələn bir tarla sahibi qonşusunun qoyun sürüsünün onun tarlasını zay etdiyindən şikayət edir. Həzrəti Davud da qoyun sürüsünü alıb o tarla sahibinə verərək mübahisəyə son qoymaq istəyir. Həzrəti Süleyman isə bu cəzanın çox ağır olduğunu söyləyərək qərarı dəyişdirir. Belə ki, sürünü bir illik tarla sahibinə, tarlanı da köhnə hala gətirməsi üçün qoyun sahibinə verir. Beləliklə də daha adil qərar vermiş olur.
Bu vəziyyətdə Davud Peyğəmbər ədalətli davranaraq oğlunun qərarını təsdiq edir. Ədalət hər şeydən üstündür. Bir oğul atadan daha doğru qərar verə bilər. Atanın boynuna düşən ədaləti bərpa etməkdir, öz hökmünü müdafiə etmək yox.

Buna bənzər başqa bir hadisə də Sad surəsi 22-24-cü ayələrdə anladılır.
Burda da 99 qoyunu olan biri başqasının əlində olan bir qoyuna göz dikir. Mübahisələrini kəsmək üçün Davud Peyğəmbərin yanına gələnlərdən yalnız birini (1 quyunu olanı) dinləyən Həzrəti Davud, digərini dinləmədən qərar verir. Qərarı verən an bunun bir imtahan olduğunu anlayır və həmən tövbə edir. Allah isə onun tövbəsini qəbul edir.
Bu qissə Zamahşəriyə görə sadəcə bir misaldır. Bizim isə ondan alacağımız örnək qərar verərkən hər iki tərəfi də dinləməkdir. Əks halda qərarımız yanlış olacaq.

Qövmünü lənətləməsi
İsraioğullarından nankorluqda israr edənlər Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlənmişlər. Bu, onların asi olduqlarına və hədləri aşdıqlarına görə idi. (Maidə 78)
Qurani Kərim peyğəmbərlərin bəzən öz asi qövmünə lənət etdiyini bizə xəbər verir. Xatırlayırsınızsa Həzrəti Nuh, Həzrəti Musa da qövmünə lənət etmişdir.

Bu isə qövmün inkarda həddi aşmasına bir dəlildir. Peyğəmbərlər öz üzərlərinə düşəni layiqi ilə icra edirlər. Qövm israr edincə isə cəza qaçınılmazdır.

HƏDİSLƏR
Həzrəti Davud haqqında siyər kitablarımızda olduqca çox hədis var. Biz bu hədislərdən onun çox ibadət etdiyini, bir gün oruc tutub digər gün tutmadığını, öz əlinin zəhməti ilə keçindiyini öyrənirik. İqtidarda olmasına baxmayaraq heç bir zaman beytül mala göz dikməmiş, yalnız özünün qazandığı ilə keçinmişdir.


İQ'RA/Azerislam.com

Azerislam.com




Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:26
ZÖHR [ 4 rükət ]12:55
ƏSR [ 4 rükət ]15:56
MƏĞRİB [ 3 rükət ]18:23
İŞA [ 4 rükət ]19:49
GECƏYARI00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka