Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏKLİFİM VAR

[ Təfəkkür / 12058 dəfə baxılıb ]   
|
 
(Fa'niyə itfah edirəm)

Bir yolçuyam yol gəlirəm. Mənzilbaşına varmağa çalışıram.
Yola cənnətdən başladım. Yer üzünü səyahətə çıxdım. Cənnətdən gəlib Cənnətə gedirəm. Yüküm əməldir.

Yasaqlar olan cənnətdən yasaqlar olmayan cənnətə gedirəm. Bir ağac qadağasını pozduğum üçün min qadağaları aşmaqla cəzalandırıldım. İndi bütün "ağaclardan" uzaq qaçıram. Bütün yasaqlara o qadağan olunmuş ağaca baxdığım kimi baxır, ona toxunmaqla Cənnətdən çıxarıldığımı xatırlayır, həmən uzaqlaşıram. Yasağa toxunmamağı “kimdən öyrəndin?” sualının cavabını atalarımız verib: “Gözü çıxmış qardaşımdan!”

Adəmin isə gözü çıxmadı, özü çıxdı... Cənnətdən yola çıxıb geri qayıtmağın yolunu tapmaq üçün təvafa başladı. Onun addımının izi ilə mən də gedirəm... Çata biləcəyəmmi, ya qismət...

İtmiş cənnətimi axtarıram. Gedən, tapan, varan... dönüb mən tapdım, bura gəl demir. Sadəcə yolu göstərir. İz qoyur. Dalınca gəlməyimi istəyir. Əlimdən tutub aparmır. Yolu göstərərək bələdçilik edir və missiyasını bitirir...

Uzun bir səyahətə çıxmışam.
Tufanlardan keçdim. Həzrəti Nuhun gəmisinə mindim, xilas oldum. Tüğyan edənlərin aqibətinə şahid oldum, dərs aldım.
Yol yürümək üçündür deyib, yoluma davam etdim. Ad qövmünə rast gəldim, hündür-hündür sütunlardan tikdikləri binalarına baxdım. Nə etmək istədiklərini anlamadım. Yol təvafdır, üzü yuxarı yüksəliş yox. Anlamamışdılar... Özlərindən əvvəlkilərdən dərs almamışdırlar. Nuhun gəmisinə minsələr də Nuhun yol yoldaşları deyildilər.
Onlardan uzaqlaşdım Səmuda tərəf yola çıxdım. Onlar da yolda qalmışdılar. Getmək istəmirdilər. Yerlərini daha da möhkəmləndirməyi düşünürdülər...

Bir yerdə dura bilməzdim. Cənnət mənim üçün darıxmayıb, o mənə tərəf gəlmir. Mən ona tərəf getməliyəm...
Az getdim, düz getdim, dərə təpə yol getdim, nəhayət Həzrəti İbrahimə rast gəldim. Atəşdə yanmasına (daha doğrusu yanmamasına!) şahid oldum. Su tökdüm onu yandırmaq istəyən atəşə. Tərəfimi bəlli etdim. İbrahimin izindən gedirəm. Bu iz burda yansa azaram, çaşaram, yolda qalaram...
Əlimə balta aldım, qırdım azəri mən olan bütlərimi... Məni yoldan saxlayan hər şeyi dağıtdım, tökdüm... Yoluma davam etdim.

Həzrəti İsmayılla qurban olmağı öyrəndim. Başımı bıçağın altına könüllü uzatdım. Bu yolda yürüməyin, bu cür qurban olmaqla mümkünlüyünü anladım...

Həzrəti Harunla susmağın hikmətini, Həzrəti Musa ilə qolumun qüvvətini öyrəndim. Həzrəti İsa mənə kəlamı öyrətdi. Kəlamdakı gücü ondan öyrəndim. Həzrəti Zəkəriyyadan dua etməyi, Həzrəti Yəhyadan fəda olmağı öyrəndim. Davudla Süleymandan sərvətə sahib olub, sərvətə qul olmamağı öyrəndim. Sultanlığın ibadət olduğunu, əsl mülkün isə ədalət olduğunu dərk etdim. Süleymana qalmayan dünyanın heç kimə qlamayacağı gerçəyini anladım.

Aləmlərə rəhmət olan Muhamməddən (s.a.s) isə əxlaqı öyrəndim. Gözəl əxlaq nə deməkdir onu anladım...
Səhabəsi söhbətində yetişdi onun. Söhbətlərini yol xəritəm olaraq əzbərlədim. Sünnətini yolum bildim.

Bu öyrəndiklərimi yol dağarcığımın içinə qoydum, üzü Cənnətə getməyə başladım. Önəmli olan yolda yatmamaq, yoldan azmamaqdır. Bunu bilirdim. Yol azuqəmi ona görə tədarük edirdim. Saleh əməl və savablar nə qədər çox olarsa o qədər çox Cənnətə yaxınlaşmaq şansım var.
Yol azuqəmi topladım.

Azuqəm: Əməl
Bələdçim: Quran
Rəhbərim: Rəsullar
Xəritəm: Rəsulun sünnəti
Hədəfim: Allah Rizası
Varacağım məkan: Cənnət

P.S. Yol yoldaşına ehtiyacım var: büdrəyərkən qolumdan tutan, yıxılarkən qaldıran, taqətim kəsilib yolda qalarkən çiyninə alan.
İddia edən varsa...

Yolumuz Cənnətədir!



RÜZGAR/AZERİSLAM.COM
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:08
GÜNƏŞ06:49
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:29
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka