Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

"DİN GÜNÜ" NƏ DEMƏKDİR? [1]

[ Aktual / 7268 dəfə baxılıb ]   
|
 
Quranda "din günü" (yəvmu'd-din) anlayışı - biri bir ayədə iki dəfə olmaqla on iki yerdə keçir. Onları aşağıda bir-bir sıraladıq.

Sağdan, soldan eşitdiklərinizi unudun.
Quran "din günü" deyərkən nəyi nəzərdə tutduğunu özünüz görün:

1- "Həmd, Aləmlərin Rəbbinədir. O Rəhman və Rəhmdir. DİN GÜNünün Malikidir." (Fatihə; 2-4)

Hamımızın çox yaxşı bildiyi Fatihə surəsində "Din gününün Maliki" (Maliki yəvmu'd din) ifadəsi "din günündə mülkün yeganə sahibi" deməkdir.
Deməli, bir "din günü" var və bu gündə mülkün yeganə sahibi bir malik/məlik olacaq.
Deməli, bu gün, Yunusun "Hanı bunun ilk sahibi?" ifadəsində keçən "İlk sahib"in ortaya çıxdığı və bütün saxta və yalan mülk (sərvət və iqtidar) sahibliyinin sona çatdığı gündür.
Deməli din günü əsas etibarilə "mülk"lə əlaqədardır.

2- "Sizi atəşə aparan nədir? (deyə soruşulunca) ‘Biz salat etməz, yoxsulu doydurmaz, zəlalətə dalanlarla birlikdə biz də zəlalətə dalardıq. DİN GÜNünü yalan sayardıq. Açıq-aşkar həqiqət (yəqin) gələnə qədər beləydik."
(Müddəsssir; 42-47).

Deməli, o gündə yaman bir hesabın və onun cəzası olaraq atəşin/əzabın içinə düşənlər, Yunusun "Mal da yalan mülk də yalan" ifadəsində keçən yalana dalıb gedənlər, bunun arxasında bir ömür bitirənlər, buna görə də "salat" etməyənlər və "yoxsul"u unudanlardır. Salat ilə yoxsulun arasını ayıraraq, salatı sadəcə "namaz qılmaq"dan ibarət sananlardır.

Onların salatı Maun surəsində keçdiyi kimi üzlərinə çarpılacaq. "Heyflər olsun sizin salatınıza!" ifadəsindən də aydın olduğu kimi, içində yetim və yoxsul dərdi olmayan hər salat boşdur (sahun).
Deməli, din günü elə bir gün olacaq ki, o gün içində yetim və yoxsul dərdi olmayan, başda salat olmaq üzrə bütün dindarlıq təzahürlərinin iflas bayrağı qaldırılacaq. Bu halda siz salatınızı, əsla yetim və yoxsuldan ayırmayın. Salatınız sizi yetimə və yoxsula aparsın, əks halda qarşılaşacağınız böyük bir iflasdır.
Deməli, din günü "yoxsulların hesabı" ilə əlaqədardır.

3 "Bir gün Rəbbin mələklərə demişdi ki: "Mən palçıqdan bir insan yaradacağam. Ona son şəklini verib ruhumdan üfləyincə onu salamlayın!" Bunun üzərinə mələklərin hamısı salama dayandılar. Yalnız İblis təkəbbürlük etdi və kafirlərdən oldu. Allah: "Ey iblis, Öz əlimlə yaratdığımı salamlamaqdan səni saxlayan nədir? Təkəbbürlük edib özünü üstün gördünmü?" dedi. İblis: "Mən ondan xeyirliyəm. Məni atəşdən, onu isə palçıqdan yaratdın." Allah: "Dərhal çıx oradan, çünki artıq sən qovuldun. Lənətim DİN GÜNünə qədər sənin üzərindədir." (Sad; 71-78)

Göründüyü kimi, bu ayədə din günü "təkəbürlük etmək", "özünü üstün görmək", "Məni atəşdən onu palçıqdan" yaratdın deyərək bərabərliyi pozmaqla bağlı olaraq zikr edilir.
Din gününə qədər bu növdən olan bütün iddiaların "lənətli" olduğu ifadə edilərək, o böyük din günündə bütün bunların sona çatacağı bildirilir.
Bu halda hər növdən təkəbbürlük etmək, özünü üstün görmək, özündə olan bir şeyin başqasında olmamağını "üstünlük" bilmək Şeytanıdır və o lənətlidir.
Mən ağam, o zənci… Mən qərbliyəm, o şərqli… Mən kişiyəm o kadın... Mən aliməm o cahil… Mən zənginəm o yoxsul… Mən sünniyəm, o şiə və s. bu kimi bütün üstünlük iddialı müqayisələr lənətlənmişdir.
Deməli, din günü bütün bunların sona çatdığı gündür.
Deməli, din günü "bərabərlik"lə əlaqədardır.

4- "Hər şeyi özünə aid hesab edib yığanlar (əsabi şimal)… Görəsən onların qarşılaşacaqları nədir? İçlərinə işləyən bir atəş və qaynar su… Qapqara boğucu bir tüstü… Nə sərinlədər nə rahatlaşdırar… Çünki onlar keçmişdə qövmün zənginlikdən harınlamış öndərləri (mutrefin) idilər. Ən böyük günahda israr edirdilər. Deyirdilər ki; "Biz ölüb toz-torpaq olduqdan sonra, təkrar dirildiləcəyikmi?" Üstəlik əvvəlki atalarımızla birlikdə!" Söylə onlara; "Əvvəlkilərin və sonrakıların hamısı müəyyən bir günün müəyyən bir vaxtında toplanacaqlar." Sonra siz, ey azğın inkarçılar! Mütləq zəqqum ağacından yeyəcəksiniz. Qarınlarınızı onunla dolduracaqsınız. Üstündən də qaynar su içəcəksiniz. Doymaq bilməyən susuz dəvələr kimi içəcəksiniz. Məhz o DİN GÜNündə onların ziyafətidir! (Varika; 41-56).

Görüldüyü kimi ayədə "din günü ziyafətindən" bəhs edilir. Bu gündə "zəqqum ağacından doymaq bilməyən susuz dəvələr kimi içənlərin", "qövmün zənginlikdən harınlamış öndərləri" (mutrəfin) olduğu, onların ən böyük günahda (mülkə şirk) israr etdikləri, onların "asabı şimal" olduqları ifadə edilir.
Asabı şimal… Nədir görəsən Asabı şimal?

Belə məlum olur ki, bu ifadə Quran ədəbiyyatının "Ashabul- cənnə" (Bağça sahibləri) ifadəsinin başqa formasıdır. Çünki Ərəbcədə şimal kəlməsinin kök mənası yığmaq, içinə almaq, özünə aid etmək deməkdir. Dilimizə keçən şamil, teşmil, şumul da bu kökdəndir… Məsələn cahanşumul; dünyanı içinə alan, ehtiva edən…

Bu halda Asabı şimal, hər şeyi özünə aid edənlər, yığanlar, hər şeyi ehtiva etmək istəyənlər şəcərəi huld (son həddinə qədər toplamaq) və mülki la yebla (yıxılmaz bir mülk) arxasınca qaçanlar deməkdir…
Bunun əksi olaraq ayənin əvvəlində Ashabul-yəmin istifadə edilir. Yəmin/and söz, güc və qüvvət mənalarını ehtiva edir. Mal və mülk toplamağın (şimal) yox; sözün/andın güc və qüvvətinə inananlar deməkdir. Mal yığaraq və toplayaraq yox; bir-birinə dəstək olaraq güc tapanlar deməkdir. Bərəkət mənası da buradan gəlir.

Məkkənin o günkü məskunlaşmaq planına baxdığımızda Şimala şimal, Yəminə də cənub (Yəmən tərəfi/sağ tərəf) deyilməsinin də onunla əlaqədar olduğunu görürük Çünki müşriklərin toplandığı Darun-Nedve adlı yığıncaq yeri şəhərin mərkəzi yerində, Müsəlmanların toplandığı Darul-Ərkam da şəhərin kənarında Səfa təpəsinin yanında idi.

Deməli, din günü qövmün zənginlikdən harınlamış öndə gələnləri (asabı şimal) ilə şəhər kənarında yaşayanların (asabı yəmin) arasındakı uçurumun ortadan qalxdığı gündür.
Deməli, din günü ictimai "alt-üst olmaq"la əlaqədardır.


Ardı: http://www.azerislam.com/index.php?lngs=aze&cats=1&ids=1616

İhsan Əliaçıq

Hazırladı: Əlif/Azerislam.com
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka