Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

«YERİYƏN QURAN»

[ Aktual / 6955 dəfə baxılıb ]   
|
 
“(Ey Peyğəmbər!) Biz səni başqa bir səbəblə deyil, bütün insanlığa rəhmət olaraq göndərdik.” [21:107]
«Rahmətən lil`aləmin» nə deməkdir?
«Aləmlər» deməkdə məqsəd nə imiş?
Bu «aləmlər»in əhatə dairəsinə kim və nələr daxildir?
«Rəhmət» dedikdə nə anlayacağıq?
Allah Rəsulu aləmlərə necə rəhmət ola bilib?
Onun rəhmət olmasından bizim payımıza düşənləri necə izah edə bilərik?
Yoxsa biz anlamasaq belə o rəhmət gəlib bizi taparmı?
Əgər elə isə onun çağında yaşayıb peyğəmbəri üzbəüz görən, birbaşa danışan, onunla bir ortamı paylaşan Əbu Cəhl, Əbu Ləhəb, Ümeyyə bin Xələf kimilərinə niyə bir pay düşmədi o rəhmətdən?
***

Öncə «aləmin» sözünün əhatə dairəsindən başlayaq.
«Fatihə»də də keçən bu anlayışı ilk klassik təfsirçilərdən olan Katadə «bütün yaradılanlardır» deyə təfsir edib. İlk nəslin mübahisəsiz ən böyük təfsir alimi İbn Abbas «yalnız idrak və iradə sahibi varlıqlardır» demiş və əlavə etmiş ki, «nəbi heyvanlar və ya mələklərə xəbərdarlıq üçün göndərilmədi.» Buna görə «aləmin» sözündəki məqsəd «insan və cin» kimi xitaba həmsöhbət olan iradə sahibi varlıqlardır.
Əslində «aləmin» kəlməsi Süryanicə vasitəsilə ərəbcəyə girmiş bir kəlmədir. Kəlmənin əsli olan «oləm» - «yüz il, uzun zaman, çağ» mənasına gəlir. Buradan da onun cəm halının «bütün zamanlar, bütün insanlar, nəsillər və çağlar» mənasında qarşılığına çıxarmaq olar.
***
Nəticə budur ki: Həzrəti Peyğəmbər bütün insanlığa göndərilmiş bir peyğəmbərdir. İrq, dil, soy, rəng, coğrafiya, mədəniyyət fərqinə baxmadan onun mesajının müxatabı öz çağında yaşayan və daha sonra gələcək bütün bir insanlıq ailəsidir.
Bu səbəbdəndir ki, bütün insanlıq onun ümmətidir. Dəvətinə «hə» deyənlərə «ümməti- icabət», hələ dəvətinin çatmadıqlarına isə «ümməti-davət», yəni «potensial ümmət» adı verilir.
Yaxşı bəs onun bütün insanlığa rəhmət olmasını necə açıqlaya bilərik?
Əlbəttə «vəhy» ilə. Vəyh Allahın insanlığa olan rəhmət, şəfqət və məhəbbətinin bir əsəridir. Vəyh insanlığın önünə açılmış bir «göy süfrəsi» - «maidə»dir.
Allah insana vəyhlə tənəzzül buyurmuş, vəyh bu tənəzzülün nəticəsi olaraq nüzul etmişdir. Nüzul ərəbcədə «qonağın önünə sərilən təmtəraqlı ziyafət süfrəsinə» verilən addır. Quranda da bu mənada işlənildiyi yerlər vardır.
Demək ki, vəyh insanlığın önünə sərilmiş ilahi bir ziyafət süfrəsidir. Allah Rəsulunun «aləmlərə rəhmət» olaraq göndərilməsinin mənası bu süfrənin bütün bir insanlıq ailəsinin önünə sərilmiş olmasıdır.
***
İnsanlar bu süfrəyə qarşı üç cür münasibət göstərirlər:
1.Vəhy süfrəsinin başında əyləşənlər və ordan elmi, səmimiyyəti, əməyi müqabilində nəsiblənənlər.
2.Vəhy süfrəsinin başında əyləşib, fəqət ondan heç nə yeməyən nəsibsizlər.
3. O süfrənin başında heç əyləşməyən kəslər.

Birincilər, Peyğəmbərimizin rəhmət olmasından ən çox istifadə edənlərdir. Onlar onu vəyhlə, vəyhi də onunla tanımağa çalışarlar. Qurana onun aynası, ona Quranın aynası kimi baxarlar. Onu eynilə Hz. Aişənin dediyi kimi, «Yeriyən Quran» olaraq görərlər və özlərinə də örnək götürərək izini təqib edərlər. Onun örnəkliyini boşuna sərf etməz, artırarlar.
Onlar onun «aləmlərə rəhmət» olmasının yeriyən şahididirlər. Varlıqları bu ayənin feli təfsiridir.
Nə xoş onların halına...

Hazırladı: Fa`ni / Azerislam.com

Mənbə: M. Islamoğlu "Əfəndim" kitabı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:07
GÜNƏŞ06:39
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:16
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:01
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka