Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BÜTÜNÜ QIR, SONRA GƏL!

[ Aktual / 11453 dəfə baxılıb ]   
|
 
İçimdə bir dünya var...
Büt dünyası...
Dünyanı bütləşdirib içimə doldurmuşam. Azər olmuşam. Öz bütümü özüm düzəldirəm. Özüm öz əlimlə yeni tanrılar yaradıram. Yaratdığım ilahlara tapıram...

Mən bir Azərəm. İbrahimi olmayan bir Azər...

İmana dəvət edildim. "Bütünü qır, sonra gəl!" - dedilər. "Bütüm yoxdur ki..." - dedim. "Lə" demədiyin, vaz keçə bilmədiyin hər şey sənin bütündür", dedilər. "Bütün işlər bir “Lə”yəmi bağlıdır? Olsun" - dedim. Hər şeyə "Lə" deyib gəldim.
- Nə söylədiyinin fərqindəsənmi? "Lə" dediklərinə həqiqətən arxa çevirə biləcəksənmi?!
- Çətindirmi?!
- "İman etdinsə çətin deyil", dedilər.
-“Yox” deməli olduqlarımı göstərin mənə, dedim.

1. Yoxdur ilah, var yalnız Allah! Kəlməyi tövhidin nə demək olduğunu bilirsənmi?!
Sənə yalnız Allah yetəcək, yalnız Ondan yardım istəyəcəksən, yalnız Ona yönələcək, Onunla aranda vasitə qoymayacaqsan.

Anlamışdım. Daha doğrusu anladığımı sanmışdım. Başım dərdə girdiyində dost-aşnadan yardım almağa qaçdım. Qapı-qapı gəzib nəzir-niyaz payladım, mənə yardım etsinlər deyə birinə yalvardım, birindən rica etdim. Biri qapısından qovdu, biri lağa qoydu, biri zənglərimə cavab vermədi... Bu dəfə həqiqəti gerçəkdən də anladım: bütün dostlarım bütləşdirdiyim zavallı bütcüklərim imiş... "Dost" bütümü qırdım.

2. Allah Rəzzaqdır. Ruzini yalnız Ondan istəyəcəksən!
Yaxşı, dedim, dediyimə inandım. Ruzimi sadəcə Ondan istədiyimi sanmışdım. Yaxşı bir vəzifə yeri boşalınca rüşvət verib o vəzifəyə keçdim. Daha çox qazanacaqdım. İmkanım yaxşılaşacaq, maddi vəziyyətim düzələcək, istiqbalım güvəndə olacaqdı. İşimi qorumaq, daha çox qazanmaq üçün bütün gücümü, zəkamı, vaxtımı sərf etməyə başladım.
Kreslo bütüm imiş...

3. Allah Vəduddur. Sevər, sevdiyini qoruyar!
Mən də sevirdim. Aşiq idim. Sevildiyimi zənn edirdim. Ən böyük zərbəni sevdiyimdən alanda, sevgi bütümü tanıdım.

4. Bütün yaratdıqlarının şərindən yalnız Allaha sığın!
Elə etdiyimi zənn etmişdim. Bir gün düşmənimə sığındığımı anladım. Allahın hökmü ilə höküm verməyən, Allaha asi olan, Onu inkar edən birindən yardım almaq üçün evinə gedərkən anladım bunu. Düşmən olduğunu bilirdim, amma dost yardımı almaq üçün qapısına getmişdim. Mənə, imanım qarşılığı yardım edəcəyini söz verəndə, içimdəki bu bütümü də tanıdım. Onu gözümdə böyütmüşdüm, güclü sanmışdım. Gücsüzlüyünü imanımdan qorxduğunu hiss edəndə anladım.

5. İstirahət, tətil, rahatlıq sözlərini lüğətindən çıxart!
Gəncəm, gözələm, istirahət etmədən də yaşaya bilərəm. Bu, çox asandır, deyə düşünmüşdüm. Əslində bunu sadəcə fiziki istirahət zənn etmişdim. Sən demə bunu anlamaq üçün Əbu Bəkri tanımalıymışam. Rəsulullahdan ilk dəfə ona vəhy gəldiyini eşidərkən şəhadət gətirdi, iman etdi. İlk sualı "imanımı təsdiq etmək üçün nə etməliyəm, ya Rəsulullah?" - oldu. İman etdiyi ilk 6 gündə 6 səhabənin imanına vəsilə oldu... Mən nə etdim? “İman etdim, rahat oldum” prinsipi ilə yaşamağa başladım. Başqalarından, onların elmlərindən, imanlarından mənə nə dedim, oxusunlar, öyrənsinlər... Elmimin zəkatını vermədim. Mənimdir, zəhmət çəkdim, araşdırdım, öyrəndim... Elm, bütüm oldu.

6. İmanın əsas şərti təqvadır. İman etdiyinə güvənmək, güvəndiyinə iman etmək...
"Olsun. Tanıdım, iman etdim", dedim. Təqva, Allaha sözsüz təslimiyyət imiş. Hər əmrini məntiqimlə anlamaq istədim. Dərk edə bilmədiklərimə, əməl etmədim. "Ağlım qəbul etsin, imanım daha da güclü olacaq" deyə düşündüm...
Bu düşüncə ilə yaşadıqca imanım azalmağa başladı. Ağlımı bütləşdirmişdim.

7. Yalnız Allaha təvəkkül edəcəksən, Onu vəkil biləcəksən!
Bir işə başlamazdan əvvəl tədbir düşündüm. Elə olarsa nə olar, belə olarsa nə olar... Tədbirimə güvəndim, Rəbbimə deyil. Tədbirimi ilahlaşdırdığımı anlayınca bu bütümü də tanıdım...

Of, nə qədər çox bütüm varmış. Nə qədər şeyə “lə” deməliyəmmiş... Bacarmadım, bacara bilmədim.

İbrahim! Gəl, gəl dağıt bütlərimi!
Allahla aramda bir şey qalmasın.
Bu bütləri mən düzəltdim, İbrahim, sən dağıt.
Sən bütləri dağıtmasan, mən dağılıb gedəcəm.
Param-parça oldum, İbrahim!
“Yamadım dünyamı, kəsərək dinimdən”.
Gəl, dağıt bu büt dolu dünyamı.
Qazandır məni dinimə.
Al əlinə baltanı!
Ya məni param-parça et, ya da bütlərimi...
Azəri mən oldum bu bütlərin, İbrahimi də sən ol...

Rüzgar Keskin/ azerislam.com


Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:39
GÜNƏŞ06:31
ZÖHR [ 4 rükət ]13:48
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:03
İŞA [ 4 rükət ]22:48
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka