Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖZÜNÜ İTİRMƏK

[ Aktual / 6383 dəfə baxılıb ]   
|
 
Qəlb kəlməsi Peyğəmbərimizin bir hədisində də deyildiyi kimi, "inqilab edən" "davamlı dəyişən" "bir qərarda dayanmayan" mənasına gəlir.
Yəni "dəyişkən".

O daima hərəkətdə olan bir uşaq kimidir, yerində dayana bilməz. Nəyi görsə ona meyl edər. Bəzən arı olar, bal düzəltmək üçün çiçəkdən çiçəyə qonar. Bəzən ağcaqanad olar, başqalarının istehsal etdiyi bala qonar.

Qəlb var, imana saray olar.
Qəlb var, imana zindan olar.


Qəlb var, güldana bənzəyər. İçində gül yetişdirildiyi üçün gül iyi verər.
Qəlb var, irin çuxuruna bənzəyər. İçi zibilliyə döndüyü üçün zibil iyi verər.

Qəlb bədən ölkəsinin paytaxtıdır. Dil dodaq, göz, qulaq, əl, ayaq hər zaman oradan idarə olunar. Bütün orqanlar bu paytaxtın əyalətləridir. Əmr verən qəlbdir. Orada iman iqtidardadırsa orqanlar üzərində imanın sözü keçər. Şeytan iqtidardadırsa orqanlar üzərində şeytanın sözü keçər.

Sevigili Nəbi, davamlı olaraq muxatablarının diqqətini qəlbə yönəldər. Özü də daima qəlbinə diqqət yetirər. Buna görə də: "Qəlbimdə yüngül bir oynama hiss etdiyimdə həmin gün yüz dəfə Rəbbimdən üzr istəyərəm" demişdi.
Onun ən çox istifadə etdiyi dualarından biri:
"Ey qəlbləri çək-çevir edən ALLAHım! Qəlbimi dinin üzərinə sabit qıl!" duasıdır.

Müşriklərin işgəncə altında bütlərini tərifləməyə məcbur etdikləri Ammar, sonunda dözə bilməyərək onların istədiklərini söyləmiş, buna görə də qəlbi dərdli, gözü yaşlı bir şəkildə Rəsulullahın yanına gəlmişdi. Tamamən ümidsiz idi. Etdiyinin düzəldilməsi qeyri-mümkün olan bir xəta olduğunu düşünür, kaş ki, “ölsəydim” deyir, bundan başqa bir söz söyləmirdi.
Hz. Peyğəmbər, "Qəlbin necə idi?" deyə soruşdu. "İmanla dopdolu" cavabını alınca, "Yenə sənə işgəncə etsələr eyni taktikadan istifadə et" buyuraraq təsəlli etdi.
Çünkü belə bir qəlb Qurana görə "qan nasoslayan" ürəkdən tamamən fərqlənir. Quran belə buyurur: "Bu [vəhydə] bir qəlbə sahib olanlar üçün nəsihət var." [50.37]

Hər kəsin bir qəlbi yoxdurmu?
Var amma, Quran köksündə "qan nasosu" daşıyan hər kəsi "qəlb sahibi" saymır. Ondan heyvanlarda da var. Üstəlik həcmcə daha da böyük. Daha çox qan nasoslaya bilirlər. Lakin Quran onları özünə muxatab qəbul etmir.
Quran "bir qəlbə sahib olan kimsə" deyərkən; axtaran, maraqlanan, soruşan, şübhə edən, iman edən, sevən, darıxan, sızlayan, inləyən, yanan aktiv bir qəlbi nəzərdə tutur. Belə olmayan ürəyi qəlbdən saymır. "Qəlbləri var, lakin onunla düşünməyi bacarmazlar" deyirdi. Yəni Quran qəlb deyərkən; "ağladan, düşünən, təfəkkür edən, təzəkkür edən, tədəbbür edən" bir ürəyi, daha doğrusu bir "daxili dünyanı" nəzərdə tuturdu.
Onun üçün də "Ağlını istifadə etməyənləri ALLAH pisliyə məhkum edər" deyir vəhy.

Daxili dünyasını vəhyə inşa edənlər, ALLAHın nuruyla baxarlar, o nurla görərlər, o nurla gedərlər, o nurla tutarlar.
Daxili dünyasını vəhyə inşa etməyənlərin, yəni qəlbinə sahib ola bilməyənlərin, müəyyən bir müddət sonra əllərinə, dillərinə, ayaqlarına, gözlərinə, qulaqlarına da sahib ola bilməyəcəkləri aşkardır. Ən sonunda özlərinə sahib ola bilməyəcəklər.
Özünə sahib ola bilməyənlər, özünü itirməyə məhkumdur.
Deyə bilərsinizmi; insan özünü itirdikdən sonra, dünyanı qazansa nə olar?


Hazırladı: ƏLİF /AZƏRİSLAM. COM

Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka