Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SUSMAQ SƏNƏTİ

[ Aktual / 11429 dəfə baxılıb ]   
|
 
Cəlaləddin Rumi bir şeirində deyir ki:

...Hər sözə veriləcək bir cavabım var.
Lakin bir sözə baxaram sözmü deyə,
Bir də söyləyənə baxaram adammı deyə…


Rəbbim biz insanlara ağıl verib, fikir verib, danışmaq üçün dil, susmaq üçün də iki dodaq verib.

Heyvanlar aləminin sakinlari də öz aralarında bir-birləri ilə danışır, anlaşırlar.
Xoruzlar səhər vaxtı gəlməyincə ötməyə başlamazlar. Buna görədir ki, vaxtsız ötən xoruzun başı kəsilər.
Səhər vaxtı gəlməzdən öncə zikrə başlamazlar. Vaxt sona çatınca da zikri kəsərlər.
Hər şey bir nizam içində davam edər.
Çox vaxt bu nizamı pozan insanoğlu olar. Yerli yersiz danışar, danışılacaq zaman susar, susacaq zaman danışar.
Haqsızlıq qarşısında susar, dilsiz şeytan olar...

Elmdə üstün olanlar gündəlik həyatda az danışıb çox dinləyərlər. Onların zehni düşünməklə məşğul olar.
Bu onların nəyisə bilmədiklərindən və ya danışmağı bacarmadıqlarından deyil, müdrikliklərindən qaynaqlanır.

"Susmaq, özünü dinləməkdir."

Çoxumuz özümüzü dinləməyə, təfəkkür etməyə vaxt tapa bilmirik. Vaxtımızı boş şeylərlə keçiririk.

Bir alim "İnsan nə qədər az düşünsə, o qədər çox danışar" deyib.
Düşünmədən danışdığımızda, sözümüzün nəticəsində hara varacağımızı hardan bilə bilərik?
Söz ağızımızdan çıxmazdan əvvəl bizim əsirimiz ikən, söylədikdən sonra biz sözümüzün əsiri oluruq. Artıq sözümüzü geri almaq şansımız yoxdur.

"Söz var kəsdirər başı, söz var bitirər işi" deyib Yunus Əmrə.

Çox vaxt "susmaq danışmaqdan daha çətin olur." Susmağın çətinliyi də bundan anlaşılır.
Buna görə atalarımız deyib ki: "Çox bilənlər danışmaz, çox danışanlar bilməz" və ya "Ağıllı insan min düşünüb bir söz söyləyən insandır."


Bir alimə - "Bir insanın ağıl səviyyəsini necə anlaya bilərsən?" deyə sual verirlər, o da "danışmağından" deyə cavab verir.
Sual bununla bitməmiş, yenə soruşmuşlar: - "Bu insan heç danışmazsa?"
Alim gülümsəyərək bu cavabı vermiş: "O qədər ağıllı insan varmı?"

Alimlər susmaq sənəti haqqında çox söz deyiblər. Az danışmağı təşviq etmiş, çox düşünməyi nəsihət etmişlər.

Gözəl danışmanın sirri az və mükəmməl danışmaqdadır.
Susmağı bir acizlik olaraq görənlər, çox danışmağı kamillik hesab edərlər.

Gözəl danışa bilmək sənətdir.
Susmaq ayrı bir sənətdir. Danışan çox amma yerində danışan azdır.
Danışmaq üçün danışmaq. Nəfsi arzu etdiyi üçün danışmaq. Bir şey bildiyini sansınlar deyə danışmaq!
Bunlar danışmaq deyil yalnız boşboğazlıq etməkdir. Çünki lazımsız danışılan şeylərin kimsəyə faydası olmaz.

Bilən insan təvazö sahibidir. Bar verən ağac kimi başını yerə əyər.
Boş insanların başı yüksəklərdədir. Elə bil ki, yüksək dağları onlar yaradıb. Ədasından yanlarına yaxınlaşmaq da mümkün olmur...
Belə insanların nə özünə, nə də cəmiyyətə heç bir faydası olmaz.

Susmaq, yorulmadan edilən ibadət, xərc ödəmədən əldə edilən bir zinət, hökmdarlığa möhtac olmadan ələ keçən bir dövlətdir.
Susanlar bəxtiyar olar, susmayanlar yolda qalar.

Sənə səndən olar, hər nə bəla olsa,
Başın salamat qalar, dilin dayansa...


Mustafa Yolçu

Hazırladı: Əlif / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka