Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İNFAQ NİFAQIN PADZƏHƏRİDİR

[ əqidə / 8128 dəfə baxılıb ]   
|
 
Sərvət mülkiyyət deyil əmanətdir.

Quranda yalnız üç şey "Allah yolunda" [fi səbilillah] qeydi ilə əmr edilir: Cihad, hicrət, infaq. İnfaq bununla bir tərəfi ilə maddi cihadkən, digər tərəfi ilə də metadan naimə hicrət olur. Meta - daimi, sabit və kamil olmayandır. Naim isə metanın tamamilə əksinə daimi, sabit və kamil olan nemətdir, yəni cənnətdir. İnfaqın törədildiyi nəfəka kökü "əldən çıxdı, bitdi, tükəndi" mənalarına gəlir. İnfaq termin olaraq "fayda verən bir şeyi ona möhtac olan biriylə qarşılıqsız paylaşmaq" mənasını verir. İnfaq feli bir ‘başqası' olmadan ibadət kimi reallaşa bilməz.

İnfaqın fərz olanına zəkat deyilir. Zəkatın ilk mənası "artmaq və çoxalmaq", ikinci mənası “təmizləmək”dir. Zəkatın Qurani izahı "artmaq və təmizlənmək üçün ödənməsi lazım olan bədəli ödəmək" deməkdir. Rasional riyaziyyata görə 40 dan 1 çıxarıqsa 39, iman riyaziyyatına görə 40 dan 1 çıxarıqsa 400 qalar. Zəkatı verilən malın artımı, budanılan tingin üzümündəki artıma bənzəyir. Bu artım meyvənin artımıdır və buna "bərəkət" adı verilir. İnfaqın nafilə olanına fiqhdə sədəqə adı verilər. Sədəqə, "düzgünlük, dürüstlük, sədaqət" deməkdir. Zatən sədəqəyə də, insan Allahın verdiyi sərvət əmanətinə "mülkiyyət" olaraq deyil "əmanət" olaraq baxıb onu paylaşdığı üçün "sədəqə" adı verilmişdir. Çünki sərvəti paylaşmaq, əmanətə sədaqət, onu yığmaq və xəsislik etmək, əmanətə xəyanətdir. İnfaqın Ramazan ayına xas olanına fıtr deyilir. Fitrət sədəqəsi, zəngin olub olmamağından asılı olmayaraq bütün insanların "var olmaq" infaqı olduğu üçün bu adı alıb. İnfaqın sırf maldan ediləninə xeyir deyilir. Quran sərvəti "xeyir" adlandırar. Bu, qədim mistik nəzəriyyələrin və Hind fəlsəfəsinin ziddi olaraq Quranın sərvətə şər deyil tamamilə əksinə "xeyir" olaraq baxdığını göstərir.

İnfaqı anlamanın və qəbul etmənin yolu, vəhyin inşa etdiyi “sərvət təsəvvürünə” sahib olmaqla mümkündür. Bu təsəvvürün istinad edəcəyi əqidə də, tövhid əqidəsidir. "Mülk kimindir?" sualına Quranın dəfələrlə verdiyi cavab bəllidir: Mülk Allahındır. Yaxşı, bəs o zaman mülkdən insanın payına düşən nədir? Bu bir həqiqətdir ki, bu pay insana əmanət olaraq verilib. Çünki insan bu dünyaya sahib olmaq üçün deyil şahid olmaq üçün gəlib. Sərvəti imana şahid etmək lazımdır. Bu isə, sərvətə mülkiyyət deyil əmanət gözü ilə baxmaqla mümkündür.

Quran sərvət haqqında danışarkən ifrat olan iki ucu da tənqid edər. Bunlardan birini Qərbin "mütləq mülkiyyət" anlayışına istinad edən Kapitalizmi, o birini isə Şərqin dünyanı bir günah sayan kasıbçılığı təmsil edər. Sərvəti fərdin deyil cəmiyyətin mülkü olaraq görən Kommunizm mahiyyət etibarıyla Kapitalizm ilə sərvətə baxışda eyni nöqtədədirlər. Burdakı eynilik sərvətin əmanət deyil mülkiyyət olduğu qənaətidir. Sərvət fərdə, yoxsa cəmiyyətə məxsus olmalıdır fikri mübahisə obyekti olmamalıdır. Vəhyin sahibi, sərvətin müəyyən əllərdə yığılaraq mülkə çevrilməsinə razı deyil [Həşr 7]. Yığmaq arzusu, insanı "sərvətə sahib" deyil, "sərvətə aid" edib. Sərvətə aid olanın sərvəti ola bilməz. Çünki ortada "sahib" deyiləcək bir obyekt yoxdur. Bunun ən bariz nümunəsi Qarundur. Quran Qarun tipi ilə sərvəti əmanət deyil mülkiyyət görən adamın aqibətini zikr edər [Qəsəs, 76-84].

Quran bəzi nəzəriyyələrin və Hind fəlsəfəsinin əsiri olan dünyanı və dünyalığı günah və ya pislik kimi görməyi rədd edir və sərvətdə tarazlıq yolunu göstərən bu duanı bizə öyrədir: "Ey Rəbbimiz! Bizə bu dünyada da yaxşılıq, gözəllik ver, axirətdə də!" [Bəqərə 201].
Sərvət mövzusunda bu tarazlı rəftarı, "əl malda könül yarda" atalar sözləri gözəl şəkildə açıqlayır. Buna görə işin sirrinə varanlar: "Ey Rəbbimiz! Əlimizdə çox et, könlümüzdən yox et!" deyə dua edərlərmiş. Buna Əfəndimizin "Fəqr fəxrimdir" hədisi də misal ola bilər. "Quran ağıldır, ağıl Qurandır" deyən Həris əl-Muhasibinin böyük tələbəsi Cüneydə [eləcə də başqalarına] aid edilən bu “faqr” kəlməsinin tərifi məsələyə aydınlıq gətirir: "Fəqr sənin heç bir şeyə sahib olmamağın deyil, dünyalara sahib olsan da, heç bir şeyin sənə sahib olmasına icazə verməməyindir." Dünyalıq, sanki insanın cövhərini cürufundan ayıran bir közdür. Fitnə də məhz odur.

Qulluqda ucalmanın [mirac] iki qanadı var: Biri quldan Allaha uzananı təmsil edən namaz, digəri quldan qullara uzananı təmsil edən infaq. Bu cüt qanadın ən gözəl ifadəsi Maun Surəsindədir. Ondan başqa bu ayə də o həqiqəti ifadə edər: "Namazı haqqını verərək qılarlar və onlara verdiyimiz ruzidən infaq edərlər" [Həcc 35].


(Ardı var)


Hazırladı: ƏLİF/AZERİSLAM.COM
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:51
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka