Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ADƏM OLMAQ

[ Müxtəlif / 13881 dəfə baxılıb ]   
|
 
SINAQ
Adəmoğulları, mayası bir damla su, xəmiri bir ovuc torpaq; sudan gəlib torpağa axan əbədi mühacir...
Ərzin torpağına insan əkilir! Bu göy əkininin təkamül yolçuluğunda nəfis əsrlərdir yanır…
Və insan ÖZÜ ilə əlaqə yaradınca, nəyi önə keçirdiyini, nəyi isə təxirə saldığını fərqinə varır.
Sevgidən parçalarını birləşdirərək, kəsrətdən vəhdətə; bir tək nəfsdən keçərək… palçıqdan iradəyə, mənlik qayğısından əmanət şüuruna yönələrkən narahatlığı səbrə, ağrını sevincə çevirir.
***
Söz verilir; imtahan...Və surətlərə ilahi nəfəs üflənir… İnsan bu meh ilə dirilir…
Adəm, məlakut aləmini çaşdıran, təlaşa salan; qan axıtmış, fəsad çıxarmış…
Dünya evində qadağan ağacların arasından keçən bir yolun zəiflik və cəsarət seçimi arasında əbədiyyət həvəsi…
Amma Adəm səhvini anlayır və tövbəyə sarılır.
Mələklərin səcdəyə məcbur qılındığı insan kəlməsindən Rəbbin hikməti təzahür edir.
***
Və indi hər birimiz yer üzünün ruhuyuq, kəlmələr diyarında cümləmizi qururuq.
Yarımızla bir hubut [1] ertəsi Ərafatda qarşılaşırıq.
Səririk yer üzünə səhifəmizi…
Bir cütçü ədasıyla öz Mədinəmizi yaradırıq…
Bəli, Adəm, bir ömür içimizdə davam edən bir savaşdır …
Zaman keçir… Bəşər, insan idrakına çatınca tarixin qəlbi döyünməyə başlayır.
Zikr ünsiyyətin müqabili, küfr nisyana rəğbət…
Ardınca hər bir bəşərin və hər bir qövmün necə bir nümunə nəslindən keçdiyini anlamaq çox da çətin olmamalıdır.
Tanış olmaq üçün, tanımaq üçün hər bir ayəni…
Bir ipə yapışmaq, bir rəngə rənglənilmək, nəhayət bir ustanın Əsma rəhləsinə oturmaq…
Bu ürpərti ilə varıq; daxili səsimizin qışqırığıyla can torpağa verilənə qədər…
Bəli, əlimizdəki vəsaitlə ya bir inşa məsuliyyəti, ya da dağıdıcı bir üsul meydana qoya bilərik.
***
Səbrin kölgəsində ruziləndiyimiz iradə qədər azadlığın da bir hüdudu var. Yaradandan üz döndərməməliyik; Onun hüzurundan qovulan qürur, həsəd, ehtirasdır.
Və həyatın axışı içində hər doğan uşaq bunu yaşayır. Şəfqət mənbəsindən doğan Habil çayı hikmət okeanına axarkən, Qabil çayı hüsran səhrasına doğru sürüklənməyə başlayır.
Rəbbimiz! Bizi Habilin səmimiyyətinə yönləndir, Qabilin asabiyyətindən uzaqlaşdır...
Ey xeyirə möhtac bəşər! Ey bilmədiyini bilən insan! Adəm olmaq istəyirsənsə əvvəl özünə qarşı ədalətli ol. İtirdiyin cənnətini əllərinlə inşa et...
Nəfsindən sıyrıl ki, nəfəssiz qalma. Qəlbini rəhmətdən olan paya aç, içini dua ilə bəzə...
***
Bəli, Adəm əbədi mühacir; ilk səhnə, mələklər adəmə səcdədə, nəfəs alır;
son səhnə Adəm Rəbbinə səcdədə, nəfəs verir…
İnsan, nöqsanlı bir dünyada kamala doğru yürüyür; həqiqətin ahənginə varmaq üçün...
Adəm! Kosmik cazibə təsbihinin göz bəbəyi; zikrə həsrət qalınca Beytə yönəl ki, miracın hubutunun qaytarması olsun. Və ölüm vəfa, insanın özünə gəlməsi, tamamlanması... İnsan bu idraka yalnız hikmət axtarışı ilə çata bilər; hikməti idrak edərək…


[1]Eniş

Ali Koçak
Hazırladı: ƏLİF / AZERİSLAM.COM
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:57
GÜNƏŞ07:30
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:21
İŞA [ 4 rükət ]18:50
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka