Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

EŞQ

[ Təfəkkür / 16966 dəfə baxılıb ]   
|
 
Əgər aşiq isən yara
Sakın aldırma əğyara
Düş İbrahim kimi nara
Bu gülşəndə yanan olmaz...


“Eşq!” dedi özünü dərk edən hər insan. Aşiq olmalı, bu atəşdə yanmalı dedi hər yanan. Yananlar bir daha, bir daha yanmaq istədi. Yananlar yandıqlarını dilə gətirmədən, üsyan etmədən, bezmədən, usanmadan yandılar. Yana-yana da eşq pərvanəsinə çevrildilər.

“Eşqin hekayəsini, durmadan fəryad edən bülbüllər deyil, səssiz, sədasıs atəşlərdə can verən pərvanələr” anlada bilər. Bir atəşdə yanmaq üçün ona doğru uçan, bu uçuşun son uçuş olduğunu bildiyi halda yenə də gedən, dayanmayan PƏRVANƏLƏR anlaya bilər və yalnız onlar ANLADA bilər eşqin nə demək olduğunu. Atəş yandırmağın nə demək olduğunu bilər, aşiq isə yana-yana sevmənin nə demək olduğunu...

Atəş eşqin məhək daşıdır. Aşiqin eşqində səmimiliyini sınayan yeganə məhək daşı...
Aşiqsənsə demək yanırsan. Yanırsansa atəş sənə ziyan verməz. Əksinə sənə “sərin və salamat” olar.
Odsuz, ocaqsız, tüstüsüz yanana atəş nə edə bilər ki?
Atəş onun üçün sadəcə əyləncədir. O, onsuz da yanır.
Eşq pərvanəsi olmaq atəşə könüllü getməkdir. Nura doğru gedən İbrahimə, nar (atəş) nə edə bildiki? Onun arzusu NURa qovuşmaq idi. Ona gərə də Nemrudun atəşi onu bu yoldan saxlamağa qadir deyildi. O aşiq olduğuna eşqini sübut etdi. Onun aşiq Olduğu da qəbul etdi onun eşqini. O da sevdi Onu sevən qulunu. Amma bir də atəşlə sınadı, atəşin məhək daşı olduğunu bilən aşiqini. Pərvanə olmağı seçdi İbrahim. Atəş utandı ondan. Utandığı üçün qızardı, saraldı. Amma onsuz da YANAN İbrahimi yandırmağa gücü çatmadı. Zəiflədi onun eşqdən yanmağının qarşısında. Zəiflədi...zəiflədi... elə zəiflədi ki, sərin və salamat oldu. Atəş belə eşqə təslim oldu.
Atəş qorxdu. Daha yandıra bilməyəcəyindən, yaxa bilməyəcəyindən qorxdu. Ona görə bir də aşiqlərə yaxın durmadı. Eşqi gördüyü, aşiq gördüyü yerdən uzaqlaşdı. Gücsüzlüyünü anladı. Gücsüz olduğunu anlayınca da qorxdu. Qorxdu ki, əbədilik sərinləşər...

Aşiq Nura talib olur. Nur eşqin hədəfidir. Aşiq hədəfə doğru yola çıxar. Çatdımı ilk işi təvaf olar. Sevdiyini təvaf edər. Sevgisinə qovuşmağını bayram edər. Təvaf etdikcə yanğısı xəfifləyər. Daha uzaqdan-uzağa yanmaz. Özü bir atəşə çevrilər. Özü bir eşq atəşi olar. Yanar, yanar və hər kəsi bu eşq atəşində yanmağa dəvət edər. Xilasın bunda olduğunu bilər.
Eşqin əbədi düşməni yanmağı bacarmamaqdır. Nə qəribdir ki, Adəm bir aşiq, İblis bir eşq düşmənidir. İblis ağıllı idi, ibadət edirdi. Rəbbini tanıyır, Ona səcdədə qüsur etmirdi. Amma aşiq deyildi. Ağlı və məntiqi yaradıldığını qəbul edirdi. Ağlının və məntiqinin qəbul etdiyinə əyilir, səcdə edirdi. Amma sevə bilmirdi. Eşqin nə olduğunu bilmək üçün atəş olmaq azdır. Bu atəşdə yanmağı bacarmaq lazım idi. Başqasını yandırmaqla yanmanın nə demək olduğu ANLAŞILMIRDI. Anlaşılsaydı ən böyük atəş olan İbliş bunu anlaya bilərdi. Axı o özü də tüstüsüz atəşdən yaradılmışdır. Xammalı atəş idi. Amma əfsuz ki, bu hiss təcrübə ilə əldə edilmir. Bu hiss eşqlə ANLAŞILIR. Bunu atəş anlada bilməkdə acizdir. Bunu ancaq pərvanə anlada bilər. O isə atəşə atılmadan bunu anlada bilmir. Atəşə atılarkən son nəfəsini dərərək anlatmaq istəyir. Yalnız bir dəfə “cızzzzzz” deyə bilir... Bu bir və son cızz digər pərvanələr üçün kifayət olur ki, başqa sözə ehtiyac duymadan atəşə atılsınlar...

"Yanar duraram,
Dönər duraram,
Qalmaz qürurum.
Pərvanəyəmmi?"

Rüzgar Keskin / Azerislam.com

Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka