Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏFƏKKÜR 2

[ Aktual / 6029 dəfə baxılıb ]   
|
 
+ Cənnətə gedən yol Allahın razılığını qazanmaqdan; razılığı da saleh əməldən; saleh əməl də nemətləri görüb təfəkkür etməkdən keçər.

+ Bəzi ibadətlərə nafilə deyərək içini boşaltmaq yerinə, Allahın sevdiyi əməllərdən deyib dəyərini artırmaq lazımdır.

+ Diqqət... Diqqət!!! Allah təala; "gücü, böyüklüyü, mərhəməti və yaradıcılığındakı sənəti ilə dərk edilmək istəyir."

+ Nə zaman qəbirstanlığa getsəm; ölənlərin məndən fatihə "istədikərinə" şahid olur; "sizə nə faydası olacaq?" deyə soruşuram.
Bağışlanmaları üçün dua edər, uzaqlaşıram.

+ Sünnəti müdafiə etmək, dində dəlil olduğuna inanmaq demək deyil. Sünnət: yalnız yaşanaraq müdafiə olunar...

+ Süfrəyə əyləşdiyim zaman: "İnsan yediyinə bir baxsın" "Əbəsə-24" ayəsinin nazil olduğunu hiss edir, süfrəmdəki nemətləri təfəkkür edirəm.

+ Qarmağa keçən hər balıq "Nəhl-14" ayəsinin xəbərçisidir. Nə vaxt balıq görsəm bu ayənin mənə nazil olduğunu düşünürəm.

+ Cənnət yolu müxtəlif tikanlarla doludur. Güllərlə dolu olan bütün tikansız yollar cəhənnəmə aparır.

+ Xəritəyə baxdığım zaman dünyaya kosmosdan baxdığımı zənn edir, dünyanın bir top qədər kiçik, bir kağız qədər dəyərsiz olduğunu görürəm.

+ Günahın ərazisinə girən, günah işləyərək çıxar.

+ İmtahanımız; "İman, səbir və şükr" üçbucağında keçir. Üçbucağın tərəflərinin cəmi Allah qatındakı dəyərimizi göstərir.

+ Boş oturduğum zamanlarda sağımda olan Mələyin qələmi ilə məni dümsükləyərək; "Allah, boş oturanları sevməz" dediyini eşidir, hərəkətə keçirəm.

+ Ölümdən qaçıb sığındığınız dəlik, Əzraila (ə.s) görüş verdiyiniz yerdir.

+ Qapınıza gələn dilənçilərə, "Allah versin!" deyənlərə bir sualım var: Sizə kim verir?

+ Fincanımdakı südün arxasında inəyi, İnəyin önündə yaşıl otu və möhtəşəm bir sənəti görüb; "Ey yaşıl otu ağ südə çevirən Allahım, Sən nə qədər güclüsən!" deyirəm.

+ Küfrə və şirkə düşən insan Cəhənnəm çuxurundan yalnız tövbə ilə çıxar.

+ "Meyvə verən ağaca daş atılar" deyib atalarımız. Əgər başımız yarılmayıbsa, deməli ondan yaxşı "təbil" çıxar.

+ Zamanında edilməyən ibadətlər "cəzaya qala bilər".

+ Eşitdiyi hökümləri əvvəlcə ağlının mehvər daşına vuranlar o biri dünyada "dizlərinə" vurarlar.

+ Dünyanın hər tərəfindən "Cəhənnəmə" pulsuz maşınlar gedir. Biletlər: "Şeytan"ın hədiyyəsidir.

+ Əməl dəftərinin sağdan verilməsi üçün sağ tərəfdəki Mələyi "məşğul!" edəcək əməllər işləmək lazımdır.


ARDI VAR

FEYZULLAH BİRİŞİK

Hazırladı: ƏLİF/AZERİSLAM.COM
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka