Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏFƏKKÜR!

[ Aktual / 6723 dəfə baxılıb ]   
|
 
+ Olduğunuz hər yerdə sizdən başqa "biri" də var. Buna [+1 düsturu] deyirik. O sizi görür, eşidir və əməllərinizi qeyd etdirir.

+ Nə vaxt "kölgəmə" baxsam, kölgəmin "Rad-15"i yaşadığını görür, təslimiyyətinə qibtə edirəm; "Ya Rəbbim, kölgəmin səmimiyyətini mənə nəsib et" deyə dua edirəm...

+ Müjdə! Müjdə! Müjdə! Etdiyiniz "günahları" "savaba" çevirə bilərsiniz. Səhv oxumadınız. Bunun üçün [Furqan-70]i oxuyub yaşamağınız kifayətdir. O zaman bismilləh...

+ İnfaq edərkən könlümüzdən qopan parçanın böyüklüyü "Cənnətdəki bağçamıza yeni fidanlar əkilməsini təmin edər" Əgər verdiklərimiz də "sevdiklərimizdəndirsə..."

+ İmanın təsdiqlədiyi "bilik", əmələ əks olunar. Bilik çox "əməl" az olarsa deməli imanda problem var. İmanı problemli olan da atəşdə "zəbanilərlə rəqs edər."

+ Ailə üzvlərimdən kimsə "cənnətlə arama girmək istədiyi" zaman ona "Məaric-11-14"ü xatırladaraq "aramızdan çəkilməsini" tələb edər, "islah olması üçün" dua edərəm.

+ Ömürümüz üç qutu içində keçir "ev, avtomobil və iş yeri" Qaranlıq, buz kimi və dar olan 4-cü qutuda sona çatır. Bu qutunu ya Hurilər açar, ya da Zəbanilər...

+ Nə vaxt "günah" etsəm şeytanın 1-0 önə keçdiyini bilər, qolu "tövbə və saleh bir əməl ilə" ləğv etməyə çalışaram.

+ İnsanın ömrü "saat batareyası" kimidir. Nə vaxt, harada bitəcəyi əvvəldən bilinməz.

+ Hər yer ölümə "eyni uzaqlıqdadır." Ömür, savaşa qatılmaqla "qısalmaz", savaşdan qaçmaqla da "uzanmaz". İnsan "əcəli" ilə ölər.

+ Nə vaxt "yatağıma" uzansam "Ali İmran-191"in mənə "nazil" olduğunu hiss edər, Allahı zikr edərək dilimi "İbadətdə" tutmağa çalışıram.

+ Nə vaxt "yatmağa" çalışsam [Zumər-42] ağlıma gəlir. "Oyanmasam?!" "deyə düşünər" "günahlarımın əfvi üçün tövbə edərək", yorğanımı başıma çəkərəm.

+ Nə vaxt hərəkətdə olan "bulud" görsəm "Əraf 57"nin mənə "göz vurduğunu" hiss edər; Allahın hər an fəaliyyətdə olduğunu düşünürəm.

+ Dünya həyatı "teatr" səhnəsindən ibarətdir. Sən də hər kəs kimi "baş rol"u oynayırsan. Rolun bitincə də səhnədən ayrılıb "gəldiyin yerə" geri dönəcəksən.

+ Əzrailin önünüzü kəsib, saatına baxaraq; [hələ bir az da vaxtın var. İstəsən əylənməyə davam et. İstəsən də "o biri tərəf" üçün hazırlaş - deyən səsini eşitməyə çalışın.

+ Saymaq mümkün olmayan nemətlər qarşısında asanca hesab verə bilməyin yolu, "nemətləri təfəkkür etmək, təfəkkürü ibadətlə bəzəyib nemətləri anlatmaqdan" keçər.

+ Tabe olduğumuz imtahan "Ali məktəb" imtahanına bənzəyər. Hər iki imtahanda "zamanla yarış" var. Hər ikisində də "daha çox suala cavab verən" qazanar. Ali mətkəb imtahanları "ixtisas" verər, Rəbbimiz "cənnət"

+ Səhabələrin imanlarını artırıb bayram etdiyi saatları "yuxu ilə öldürməyimiz" bizə günah olaraq yetər.

+ Axirətdə, ailə üzvlərinizdən savab istəyərkən; sizlərə "heç nə" verməyəcəklərini bilirsinizmi?

+ Nə zaman "günaha yaxınlaşsam"sol tərəfimdən "Çəkin, etmə!! qələmin mürəkkəbini cəhənnəmdən doldurmuşam. Yazsam yanarsan!" deyə bir səs eşidir, ayağımı geri atıram.

+ Nə zaman "zənci" birini görsəm, qaya altında yükümü yüngülləşdirən "Bilal" ağlıma gəlir. Ya Rəbbi!! "Sən, ƏHƏD!, ƏHƏD! - deyən şəhidə verdiyin imanı mənə də ver" deyə dua edirəm.

+ Nə vaxt "dağ"a baxsam, mənə baxıb; "Nə yaxşı iş gördünüz [Əhzab-72]nin muxatabı oldunuz." dediyini eşidər; bu yükü kürəyimdən götürsəydin, mən də sənin üçün çiçək açardım, deyirəm.

+ Başıma bir müsibət gəldiyində "Rahatlamanın" reseptini "Təğabun-11" də tapıram. Həm səbr edərək "Əcr" alıram, həm də günahlarımın "azaldığını" hiss edirəm.

+ Dünya, cənnət və cəhənnəm... Üç ayrı həyat, üç fərqli restoran...

+ Nə zaman "iki ayaqli Quran" görsəm, özümü "tozu silinmiş" ayna qarşısında hiss edər, qüsurlarımı görüb, düzəltməyə çalışaram.

+ Xoşuna gəlməyən bir şey olduğunda "Qaddərullahi və maaşaə fəalə" "Allahın təqdiridir, nə dilədisə onu etdi." deyər; hər şeyin Onun nəzarətində "cərəyan" edildiyini düşünərəm.

+ Ayələr tablosu" olan səmaya baxdığımda "Mülk-3"ü istifadə edərək Rəbbim ilə "dialoq"a girir, gücünü zikr edərək, "səcdə" edirəm.

+ Səcdədə qalmağımızın müddəti "Rəbblə" olan dialoqumuzun göstəricisidir.

+ Allahın "əzabına" qovuşdu deyilən heç bir cənazə namazına şahid olmadım. Kimsə onlara Allahın "əzabı"nın da olduğunu xatırlatsın.

+ Siqaret çəkən bir müsəlman gördüyümdə; "Yandırarkən bismilləh, söndürərkən də əl-həmdulillah deyərsənmi?"deyə sual verirəm.

+ Qeybət etmək istədiyimdə; həşəratlar süfrəsinə qonaq olmuş; qardaşımın cəsədini yeməklə məşğul olub "qurdların çörəyi ilə" oynamağım ağlıma gəlir; susuram.

+ "Kafir" gördüyümdə "əqidəmin burnuna" cəhənnəm qoxusu gəlir. Onu əqidəmə qardaş etmək istədiyimdə; ya cəhənnəm klubuna üzv olduğunu söyləyər ya da "transfer" üçün hazırlanar.

+ Nə vaxt mübahisə etmək istəsəm hakimin və qazanan tərəfin "şeytan" olduğunu düşünər, mübahisəyə son verənin "savab aldığına" inanaram.

+ Əməl dəftərinin sağdan verilməsini istəyənlər sağa yanaşmaq məcburiyyətindədirlər. Sağa gedən yol da Məhəmmədi bir yoldan keçər.

+ Yedirib içirdiklərimiz "dəftərimizə" əcr olaraq yazılar, yediklərimiz və içdiklərimiz "tualetə" "nəcis" olaraq düşər.

+ Günəşin batışından sonra "Furqan-47" ayəsini həm şəhərə, həm də insan fitrətinə, bir yorğan kimi örtüldüyünü görürəm. Hər axşam "nazil" olar yer üzü sakinlərinə...

+ Oturub istirahət etmək istədiyimdə "qalx və xəbərdar et" ayəsinin o an mənə nazil olduğunu hiss edirəm. Ya [Müddəsir-2]ni yaşamağa çalışaram, ya da oturduğum yerdə düşüb qalaram.

+ Ailə üzvülərim və qohumlarım, nə vaxt məni fi'səbilillahda "qınamağa" başlasalar; "Maidə-54"ün mənə gülümsədiyini hiss edər; həm mənəvi rahatlıq duyaram həm də imanımı artıraram.

+ Bilmədiyim mövzu ilə qarşılaşdığımda içimdəki şeytanım oyanar. Çörəyinə yağ sürtməyim üçün danışmağımı istəyər... O an "İsra-36" nazil olar.


ARDI VAR...

FEYZULLAH BİRİŞİK

Hazırladı: ƏLİF/AZERİSLAM.COM
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka