Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HAQQIN RƏHMƏTİNDƏN ƏMİN OLANLARIN MÜNACATI

[ Aktual / 5904 dəfə baxılıb ]   
|
 


























Allahım! Axirət Yolu üçün tədarük etdiyim azuqəm azdır amma Sənə olan təvəkkülüm böyükdür. Günahlarımın böyüklüyünü düşünəndə əzabının qorxusundan tir-tir titrəyirəm, amma digər tərəfdən də ümüd duyğusu düşüncə üfüqümü bürüyüncə içimə əmin-amanlıq dolur.

Günahlarım məni cəzaya layiqli hala gətirsə də, amma əfvinə olan etimadım qulağıma həmişə mükafatının böyüklüyündən pıçıldayır.

Ah bu Qəflət... Hüzuruna gələcəyim gün üçün Sənə layiqli əməl hazırlamama icazə verməmiş olsa da, kərəminin genişliyini, hüdudsuzluğu və müjdələrlə verəcəyin ehsanların düşündükdə gözlərimdən sevinc və ümid yaşları damcılayıb yerə qətrə-qətrə düşür.
Min bir üsyana, tüğyana alışmış ruhum içimə vəhşilik duygusunu üflədiyinə baxmayaraq, layiq olmasam da belə Ğafir, Ğafur, Razi isimlərin təcəllilərini bir hədiyyə olaraq önümdə canlanacağını düşünürəm... Bax o zaman könlüm məhəbbət və eşq əsintiləri ilə coşub-daşır.

Rəbbim! Zatından gələcək ziya tufanlarını, nur sel-daşqınını, rəhmət və ucalıq mehinin əsintilərini səbirsizliklə gözləyirəm...
Bol-bol ehsanlarından, bir-birindən gözəl nemətlərindən istifadə etmək, Səninlə möhkəm yaxınlıq əldə etmək fürsətini nəsib etməni diləyirəm.

Ya Rəbb!
Bax bir gör, necə də hüzurunda dayanmışam.
Sənin rəhmət və şəfqətinlə isinmək istəyirəm...
Qəzəblənəcəyin əməllərdən qaçır, məmnun qalacağın işlərə sığınıram...
Səndən elə Sənin özünə sığınıram.
Səndən hədiyyə alacağıma olan inamım bir məşəl kimi gecə-gündüz yanır. Bunları görəcəyim günə nə qədər möhtac olduğumu Sən daha yaxşı bilirsən...

Ey yaxşılığı, kərəmi, həlimliyi və əfvi bizim xəyallarımıza sığmayacaq qədər zəngin və dərin olan Uca Sultanım!
Verməyinlə sevinc göz yaşlarına səbəb olacaq bütün maddi və mənəvi nemətləri tamama çatdırılmasını diləyirik…
Bu zavallı, biçarəyə comərdcəsinə davrandıqdan sonra bu comərdlik qapısını bir daha bağlama... Həlimliyinlə rəftar edib örtdüyün günahların örtüyünü yenidən qaldırma!

İlahi! Diləklərimin uca dərgahında qəbulu üçün yenə Sənin şəfaət qapında utanclı əllərimlə döyürəm. Əzabından qorunmaq üçün isə Sənin hüdudu olmayan mərhəmətinə sığınıram.
Lütflərinə möhkəm-möhkəm sarılacam, inayət buludlarının altında kölgələnəcəyim an üçün səbrim tükənib, yorulmadan qapını döyürəm, dərgahına üz tutmuşam, lütf və inayətinə sığınıram, uca qatından bəxş edəcəyin gözqamaşdıran lütfləri ovlamağa çalışıram…
Camalına tərəf qaçaraq, əzəmətin və cəlalın qarşısında gücümü bir yerə toplayaraq üca səslə bunu deyirəm: Ancaq Sənin razılığını istəyirəm.
Ey mərhəmətlilərin ən mərhəmətlisi və müqayisəsi olmayan Allahım!
Bu gözəl anda məni bu gözəlliklərdən məhrum etməməyi, vüsalıma çatmağımı arzu edirəm.

Sənin şənin Uca, Böyuk və Alidir.

Hazırladı: Rəxşan / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka