Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BAYRAM TƏTILİ

[ Müxtəlif / 6467 dəfə baxılıb ]   
|
 
Yol…
Yolçu…
Qürbət…
Vətən…
Bu dünyada hər kəs yolçudur. Dünya özü bir yoldur. Bu dünya qürbətdir. Axirət vətəndir.
Sən dünyaya göndərilmiş müsafirsən. Bu dünyanın iki yolu var. İkisi də axirətə gedir. Nəticə getdiyin, seçdiyin yoldan asılı olaraq dəyişir.
Sənin Əbədi qalacağın vətəni seçmək şansın var. Bu dünyada qürbəti yaşasan, o dünyada vətən həsrətin sona çatacaq.

Həyatınızda heç tək səyyahətə çıxmısınızmı? Həm də bayram günlərində. Hər kəs tətil üçün gedərkən siz də sadəcə uzaqlaşmaq, harasa baş götürüb getmək üçün gedirsiniz…
Nə yola salanınız var, nə qarşılayanınız. Kim yola salacaqdır ki? Ailə üzvüləriniz, qohumlar, dostlar… Kim qarşılayacaqdır ki? Yenə də deyəcəksiniz qohumlar, dostlar… Yanılırsınız.
Niyə?

Bir gün var ki, o gündə heç kəs heç kimi tanımır. Ana körpə balasını atır, qardaş qardaşdan qaçır... Sən o günü anlamaq üçün onu bu dünyada bir dəfə məşq et. Bir gün hər kəsdən qaçaraq qiyamətin qaçışını anlamağa çalış...

Doğrudur siz hələ dünyadasınız və onlar da hələ sizin qohumlarınız və dostlarınızdır. Amma o bir gün mütləq gələcək… Bir bayram günü onlar sizi heç tanımayacaqlar da… Niyə məhz bayram günü? Çünki kimlər üçünsə o gün məhz bayram günü olacaq. Vüsal olduğu üçün. İçində qovuşmaq olduğu üçün. Və kimlərsə həyat yolçuluğunu bitirərək axirət yolçülüğüna üzü ağ gedəcək.

Bayram günü.
Hər kəs əzizləri ilə tətilə gedir.
Sən də burdasan. Ama tək. Yola salanın, səninlə bu yolçuluğu,-bəlkə də sənin son yolçuluğunu,- paylaşanın yoxdur.
Ətrafındakı insanlar gülür, əylənir, sevinir. Axı başqa bir şəhərə istirahətə, gəzməyə gedirlər. Ola bilsin ki, aralarında bəziləri də sənin kimi dərdlərini götürüb qaçırlar... Sən sadəcə sevincli simaları müşahidə edirsən. Baxır və düşünürsən bu son yolçuluq ola bilərmi? Əslində hara getdiyini bilməyən bu insanlar bəlkə də əcələ qovuşmaq üçün bu bayram gününü seçiblər, bunu üçün pul verib hələ bir bilet də alıblar.
Kimsə əcəlin harda onu yaxalayacağını bilmir ki...
Sən də...

Nəhayət bütün texniki işləri bitirib təyyarəyə əyləşirsən.
Təyyarə yuxarıya doğru yüksəldikcə yerdə qoyub getdiklərin kiçilir. Sən yuxarı qalxdıqca onlara “yuxarıdan aşağı” baxmağa başlayırsan. Və beləcə də özünün də yuxarıdan necə göründüyünü anlayırsan. Dünya üzündə olanlar, böyük-böyük imarətlər hamısı kiçilir. Binaların hündürlüyü nə qədər çox olursa olsun, yuxarıdan hamısı eyni görünür. Kiçik və dəyərsiz.
Yuxarı qalxdıqca boşluğa “düşürsən.” Və beləcə də dəyərsiz olduğunu anlayırsan. Nə qədər ki, yerdə idin, ayağını torpağa möhkəm basırdın, özünü BÖYÜK biri hesab edirdin. İndi isə boşluqdasan və özünü bu təyyarəni idarə edən pilotun ixtiyarına verirsən. Ona tabesən. Bu təyyarənin “sahibi” odur. Səni getmək istədiyin istiqamətə də apara bilər, özünün getmək istədiyi istiqamətə də... Və ya əcəlin diqtə etdiyi istiqamətə...
Göydən yeri seyr edirsən. Həmişə başını göyə qaldırb baxanda ilk gördüyün mavi səma və buludlar olurdu. İndi buludlara da yuxarıdan baxırsan. İndi onlar səndən aşağıdadır. Düşünürsən. Hər şey beləcə bir gün yer dəyişdirəcək. Yuxarıda olanlar aşağı, aşağıda olanlar da yuxarı çıxacaq...
Sən də yer dəyişdirəcəksən... Bu yerdəyişmədən sonra harda olacağını bilmək istəyirsənsə indi harda olduğuna bax. Anlayacaqsan.
Bir neçə saatlıq yolçuluq bitdi. Sən yenə də yerdəsən. Yenə də nələrsə səndən hündür, nələrsə səndən böyükdür. Bu yolçuluqda sən özünü anlamağı öyrəndinsə onların hündürlüyü və böyüklüyü artıq sənə əvvəlki kimi cazibəli gəlmir.
Tanımadığın bir şəhərdəsən. Ətrafdakı insanlar sənə məhəl qoymadan yanından o yan bu yana gedirlər. Sən təyyarəyə minməmişdən öncə düşündüklərini yenə düşünməyə başlayırsan. Heç kim heç kimi tanımır, heç kəs heç kəsə məhəl qoymur. Bəlkə artıq qiyamaət qopub. Bəlkə sənin heç xəbərin yoxdur. Bəlkə indi, bu saat səni sorğu suala çağıracaqlar. Yaşadığın həyatı necə yaşamısan, nə edib, nələri etməmisən...
Hazırsanmı?


RÜZGAR

Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka