Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

"ÜÇÜNCÜ" CİNS?!

[ Aktual / 13429 dəfə baxılıb ]   
|
 
İnsanlıq mədəniyyətinin əsasını qadın və kişinin sosial həyatdakı münasibətləri təşkil edir. Buna görə də tarixin ilk dövrlərindən bu günə qədər filosofları, elm adamlarını hər zaman bir sual narahat edir: "Mədəniyyət kişiyə hər dövrdə dəyər verərkən nəyə görə qadını bundan məhrum buraxmışdı? Onun günahı nədir? Nəyə görə qadın hər zaman cəmiyyət tərəfindən təhqir olunmuşdur?..."

Qadının bu halı Ərəbistanda İslam dininin bir günəş kimi doğuluşu ilə sona çatmışdır. O vaxta qədər hürriyət və mülkiyyət hüququndan məhrum edilən, kölə səviyyəsində olan, bir əşya kimi alınıb-satılan, günah və pisliklərin qaynağı olaraq görülüb, varlığına önəm verilməyən bir durumda ikən, İslam dininin gəlişi ilə haqqı olan üstün dəyərini tapmış, sosial həyatda yerini almışdır.
Belə ki, İslam, toplumun fərdləri ilə [kişi, qadın və uşaqlar] maraqlanan və onları ən gözəl şəkildə tərbiyə edən bir qanundur.
İslam, verdiyi tərbiyə ilə insanları cəhalətdən doğan azğınlıqlardan, dolayısı ilə iztirablardan, bədbəxtlik və yanlışlardan xilas edir.
İslam, insanlıq vəzifələrini hər şeydən əvvəl kişi ilə qadın arasında ədalətli şəkildə bölür və nizamlayır. Bu bölgüdə qadın və kişinin fitri istedadları göz önündə tutulmuşdur. İnsanın yaradılışının tələb etdiyi vəzifələrindən başqa digər istiqamətlərdəki fəaliyyətinin nəticəsi hər zaman acınacaqlı olur.
Çünki fitrət, "zaman inkişaf edib və ya yaxud da geri qalıb, buna görə də zamanla ayaqlaşmaq lazımdır" deyə bir qanun tanımır. Fitrətin, zamanla heç bir əlaqəsi yoxdur.
Belə ki, günümüzdə zamana uyan modern həyatı hər birimiz görürük; tarazlığı pozularaq sürətlə irəliyə atılmış, ardından da yalnız qadınları deyil, kişi və uşaqları da sürüyərək iztirab və acılarla boğmuş, pisliklərin qolları arasına ataraq məhv etmişdir.
Günümüzün cahiliyyəsi, qadını “üçüncü bir cins” halına gətirmiş, Allahın yaratdığı fitrəti dəyişdirmişdi. Qadını evdən, ailədən uzaqlaşdıraraq “sərhədsiz azadlıq” nağılları ilə aldatmışdır ki, bu da cəmiyyətin ümumi bir bədbəxtliyinə səbəb olmuşdu. Nə ailə, nə ev, nə də ki, gələcək deyə bir şey qalmamışdı.
Bunu nəticəsi olaraq da qadın, qadın olmaqdan çıxdığı kimi, kişi olmaq arzusuna da qovuşa bilməmişdir. Ortaya qarışıqlıqla birlikdə tükürpədici bir şey çıxmışdır: Qadınla kişi arasında olan bir üçüncü cins doğulmuşdur. Bu, qadınlığının dəyərini bilməyən qadına bir cəza olduğu kimi, onu bu hala salan cəmiyyətə də bir cəzadır. Günümüzün sözdə mədəni, həqiqətdə isə cahil olan insanları nə bunu, nə də ki, qadına həqiqi yerini, dəyərini İslamdan başqa heç bir sistemin verə bilməyəcəyini anlaya bilərlər.

Hazırladı: Əlif
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka