Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İQTİSADİ ZÜLM

[ Aktual / 5879 dəfə baxılıb ]   
|
 
İnsanlar bilərək və ya bilməyərək bir-birlərinə hər cür zülmü edirlər. İstədiklərini nəyin bahasına olursa olsun əldə etmək naminə, haqq-hüquq bilmədən başqalarının azadlıq çərçivələrini qırıb, haqlarını tapdalayırlar. Nə vicdan qalmış, nə insaf...
Bütün hədəflər və məqsədlər sonunda, ən qısa müddətdə ən çox mənfəət əldə etməkdir. Fikirlər və zehinlər yalnız maddiyyata bağlanıb. Bu məqamda Rəbbimizin bir ayəsi yada düşür; “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.” (Rum, 41).
Yayılan fitnə-fəsadların əsas səbəblərindən biri də iqtisadi zülmdür.

Müasir dövrdə bu zülm müxtəlif formalarda yayılmış və çoxalmışdır. Sələmçilikdən tutmuş, faizlə pulun alınıb verilməsi, insanların gündəlik tələbatı və ehtiyacı olan ərzaq, qida, geyim və sairə kimi malların saxlanıb qiymətlərin süni qaldırılması, monopoliya yaratmaq, rüşvət, korrupsiya, oğurluq, zorakılıq, soyğunçuluq, çəkidə aldatmaq, yalançı alıcılar vasitəsilə yalançı satışların qurulması, uzun müddətli alqı-satqı edib vaxtında borcları qaytarmamaq, sahibkarları aldadaraq hesabları qarışdırmaq və ya əsl qiymətləri gizlətmək və sairə kimi min cür oyunlar gündən-günə artmaqdadır. Hələ maaşların vaxtında verilməməsi, yaxud kəsilməsi, təqaüdlərin sahiblərinə deyil, başqalarına verilməsi, təqaüdə ehtiyacı olmayanların təqaüd alması, zəkatların verilməməsi, bir sözlə ehtiyaclı olanların boğazlarından kəsilməsi də iqtisadi zülmün bir başqa qoludur.
İqtisadi zülm qısaca insanların bir-birlərinin haqqlarını tapdalaması və bir-birlərinin malını haqsız yemələridir. Rəbbimiz də bizi bundan çəkindirərək belə buyurub; “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə verməyin!” (Bəqərə, 188).

Bu yöndə bütün dünya ölkələrində nə qədər islahatlar aparılsa da, iqtisadi zülm heç azalmır. Zorakılıq, haram pul yemək və insanların haqqlarının tapdalanması getdikcə daha da artır. Çünki Allahın qoyduğu qanun və şərtlər qəbul olunmazsa, Onun Peyğəmbəri vasitəsilə göndərdiyi hidayət yolu əsas götürülməzsə insanların yaşayışı əlbəttə ağırlaşar və çətinləşər. Allah təala buyurur ki; “Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Hər kəs Mənim öyüd-nəsihətimdən (Zikrimdən) üz döndərsə, güzəranı daralar (sıxıntılı olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”(Taha, 123-124).
Ümumən bir şeyi heç unutmamalıyıq ki, ümmətlər, millətlər, xalqlar, dövlətlər və hökümətlər küfrlə deyil, zülmlə dağılar. Şüeyb qövmünün hekayəsini Qurani Kərimdən bir xatırlayaq. Allah onları “yer üzündə fəsad törədənlər” adlandırır. Çünki onlar çəki və tərəzidə xalqı aldadardılar. Qaruna baxın, o da öz malı ilə zülmkar idi. Mal-dövləti qat-qat yığar, toplayar və deyərdi ki, bütün bunları mən biliyim, elmimlə əldə etmişəm. Xalqı ona; “Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”- dedilər. (Qasas, 77).

Bu zülmün əsas səbəbləri

İstər iqtisadi zülm olsun, istərsə başqa bütün zülmlərin bir başlıca səbəbi var ki, o da, Uca Allahın buyurduqlarını saymamaq, tanımamaq, tətbiq etməmək, başqa qanunlar icad etməkdir.
Bundan başqa bir çox səbəblər də vardır, onlardan;
- İmanın, Allaha inamın zəif olması və ya heç olmaması. O cür insanlarda nə Allah qorxusu, nə Allahdan çəkinmə, nə də bir gün soruşulacaqlarını dərk etmə vardır. Onlar üçün bircə bu dünya vardır, sonrası isə ya heç olmayacaq, ya da “Allah Kərimdir”.
- Onlar arasında əxlaqsızlıq baş alıb gedib. Əxlaqsızlıq deyərkən, yalnız bir şeyi təsəvvür etməyin. Yalan danışmaq, aldatmaq, haqqı gizlətmək, doğrunu söyləməmək, riyakarlıq, yaltaqlıq, vəfasızlıq, alçaqlıq, sui-zənn, əmanətə xəyanət, rüşvət, bütün bunlar əxlaqa zidd olan xüsusiyyətlərdir. Təbiidir ki, bu xüsusiyyətlərin hətta biri də varsa, həmin insanda əxlaqsızlıq vardır.
- Onların hissiyatı, duyğuları, vicdanları ya sönmək üzrədir, ya da artıq sönmüşdür. Cəmiyyəti, insanları, zəifləri, ehtiyaclı və yoxsulları heç xatırlamırlarsa, yaxud görüb düşünmürlərsə bu bir vicdan məsələsidir. Qəlbdəki hissiyatlar ölmüş, eqoistlik, nifrət, kin, pul-mal sevgisi, şöhrətpərəstlik ürəyin bütün boşluqlarını doldurmuşdur.

Zülmün azalması üçün hər bir şəxs üzərinə düşəni etməlidir. Məsuliyyətdən boyun qaçırmamalı, himayəsində olanlara imkanından əsirgəməməlidir. Hər bir şəxs ən yaxınından başlayaraq, valideynləri, ailəsi, xanımı və uşaqları, qohum-əqrabası, qonşuları, dostları və iş yoldaşları ilə doğru-dürüst davranarsan problemlər tədricən azalar. Məhz iqtisadi zülm baxımından, yuxarıda qeyd olunan əzizlər və yaxınlara haqqları olanları verib, imkansız olanlara da hər cür yardım və dəstək göstərilərsə zülm də azalar.

Hazırladı: Şahmar Kərimov / Azerislam.com
Mənbə: www.onislam.net
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka