Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏVVƏLİ SU SONU TORPAQ

[ Təfəkkür / 6672 dəfə baxılıb ]   
|
 
Peyğəmbər Əfəndimiz "Yer üzü mənə məscid qılındı" buyurur. Məsciddə heç kəs heç kimin cibinə girməz, qanını içməz, başqasını əzərək yüksəlməz. Siz də yer üzü məscidində gəzərkən Rəbbimizin verdiyi ayaqla Rəbbimizin yurdunda gəzdiyinizi idrak edin. Əfəndimiz: "Bütün qullar Allahın, bütün ellər Allahındır" buyurar. [Əhməd. Müsnəd 1/166]

Səmadan tavanı, günəş, ay və ulduzlardan çilçırağı, dənizlərdən hovuzu olan bu dünya məktəbində Rəbbimizin yaratdığı təbiəti fizika, kimya, biologiya, astronomiya, riyaziyyat və s. elmləri öyrənərək fiziki ehtiyaclarımızı ödədiyimiz kimi Rəbbimizin nazil etdiyi kitabı Qurani Kərimi də oxuyaraq psixoloji, sosial, hüquqi və s. ehtiyaclarımızı ödəcəyik.

Təbiət elmlərini öyrənərkən də şəriət elmlərini öyrənərkən də təbiəti yaradan və şəriəti endirən Allahın adını unutmayacağıq.
Xalqın pulunu mənimsəyən və yediyi haram tikələrlə kökələn birinə ətrafındakılar öz kinlərini dişləri ilə sıxaraq məcburi ehtiramlarını bildirirlər. Müsəlmanlardan biri ilə rastlaşdıqda isə onun reaksiya vermədiyini görərək sual verir: "Məni tanımadınmı?" Müsəlman: "Tanıdım. Əvvəlin bir damla su, sonun bir ovuc torpaq." İstismar edən: "İndiki halıma bax!" Müsəlman: "Qarınına bıçaq vursam gübrə tökülər. Gübrənin çoxluğuyla öyünülməz ki! Əynindəki kürkə gəlincə isə o yunu hansısa heyvan illər uzunu bədənində gəzdirdi, lakin heyvanlıqdan xilas ola bilmədi!" deyir.

Arxeoloji qazıntılar zamanı tarixi əsərləri qırmadığımız, ipək kimi fırçalarla təmizləyib, muzeylərdə qoyub saxladığımız kimi insanı da elmlə nurlandırıb təmizləyəcəyik. Rəbbimiz ilk enən beş ayədə iki dəfə "Oxu!" əmrini verir və bir dəfə qələmdən bəhs edir. Əsas əməldir. Əməl isə elmlə olar. O elm qələmlə yazılar. Amma yazacağınızı dönə-dönə oxuyun. Ən doğrusunu yazmağa çalışın. Ağızdan çıxan söz silahdan çıxan güllə kimidir. Yox, misalımız uğursuz oldu. Silah, mərmi, güllə...
Daha doğrusu isə, ağızdan çıxan söz baharda açan çiçək kimidir. Köklər və budaqlar altı aylıq bir hazırlıqdan sonra ilıq bir yaz səhərində günəşlə birlikdə gülümsəyər. Məhz biz də uzun bir oxumanın və hazırlanmanın sonunda qələmin ucunda çiçək açdıraq.
Nemətləri qarşılıqsız verən, Əkrəm olan Rəbbin adıyla yürü. Malı ilə öyünən, Allaha qul olmaq istəyənin namazına mane olan, dini yalanlayan tağutlara itaət etmə.
Hər cür çətinlikdən, ümidsizlikdən, stressdən xilas olmaq üçün sən səcdəyə qapan. Rəbbinə yaxınlaş.

Mahmud Toptaş
Hazırladı: Əlif /Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka