Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QƏLƏMIN UCUNDAKI ÜMİD

[ Təfəkkür / 11810 dəfə baxılıb ]   
|
 
Felin şəxs əvəzliyinə görə dəyişməsini məktəb illərində öyrənmişdim. Təbii ki, hərdənbir yenə də ağlıma gəlir və bəzən bunu edirəm. Mənə şeir kimi olan bir yanıltmacı xatırladır.
“Şeir” deyincə xatırladım!
Abidin Torpaq adlı bir şairin bu barədə gözəl bir şeiri vardı. Belə deyirdi:

“Mən işləyirəm, sən işləyirsən, o işləyir...
Biz işləyirik, siz işləyirsiniz, onlar yeyirlər!”


“Onlar kimdir?” deyərək şairə mənasız bir sual vermirik.
Bəli, biz felin şəxs əvəzliyinə görə dəyişməsindən bəhs edirdik. Hər hansısa bir feli şəxs əvəzliyinə görə dəyişərkən təbii olaraq o felin mənasını da düşünürəm. Məsələn, “yaşamaq” feli, məndə ümumiyyətlə İslamı yaşamaq fikrini formalaşdırdığı üçün,
"Yaşayıram/Yaşayırsan/Yaşayır... Yaşayırıq/Yaşayırsınız/Yaşayırlar" deyərkən bunu könül rahatlığı ilə söyləyə bilmirəm. Ürəyim sıxılır, sanki özümü yalan söyləyirəmmiş kimi hiss edirəm! Təbii ki, hər bir fel üçün bu narahatlığı keçirmirəm. Məsələn, "Oturmaq" və ya "Gözləmək" və ya "Ümidlənmək" fellərini rahatlıqla söyləyə bilirəm,

Otururam/Oturursan/Oturur... Otururuq/Oturursunuz/Otururlar... “Yazmaq” felini isə çox rahatlıqla söyləyirəm. Bunu edərkən sanki açıq-aşkar bir həqiqəti, açıq-aşkar ifadələrlə anladıram,
"Yazıram/Yazırsan/Yazır... Yazırıq/Yazırsınız/Yazırlar... Yaxşı bu qədər yazılanlar nə olur? Yazılanların nə olduğunu da başqa bir fellə izah edim,
Bəlkə oxuyuram/Bəlkə oxuyursan/Bəlkə oxuyur... Bəlkə oxuyuruq/Bəlkə oxuyursunuz/Bəlkə oxuyurlar...
Oxuduqdan sonra nə olur? Bunu da digər bir fellə öyrənək,
Bəlkə anlayıram/Bəlkə anlayırsan/Bəlkə anlayır... Bəlkə anlayırıq/Bəlkə anlayırsınız/Bəlkə anlayırlar. Anladıqdan sonra nə olacaq?
Bəlkə yaşayaram/Bəlkə yaşayarsan/Bəlkə yaşayar.. Bəlkə yaşayarıq/Bəlkə yaşayarsınız/Bəlkə yaşayarlar.

Yaşasaq nə olacaq?
Yazılanlar, oxunanlar, aydın olanlar doğrudursa, yəni əgər doğrudursa,
Xilas olacağam/Xilas olacaqsan/Xilas olacaq... Xilas olacağıq/Xilas olacaqsınız/Xilas olacaqlar... Allaha şükr,
nəhayət ki, yazmaqla xilas olmaq arasında bir əlaqə qura bildik!
Hərçənd bir az uzun oldu amma olsun, nə olar ki?!

Bundan sonra bizə "Niyə yazırsınız?" deyənlərə, öyünə-öyünə "Xilas olmaq və xilas etmək üçün" deyə bilərik.
"Elə şey olar?" deməyin, bu ümid dünyasıdır, niyə də olmasın ki!

Yazdığımız və yazmağa çalışdığımız İslamın həqiqətləri olduğuna görə, bu yazdıqlarımız bəlkə oxunacaq, yazdıqlarımızı bəlkə oxuyanlar arasında, bəlkə anlayanlar olacaq, yazdıqlarımızı bəlkə oxuyub, bəlkə anlayanlar arasında, bəlkə yaşayanlar olacaq və məhz onlar,- bu üç “bəlkə” əngəlini aşan bilən igidlər,- xilas olacaq, xilas ola biləcəklər elə deyilmi?
Artıq sözü uzatmağa ehtiyac yoxdur!
Bu sətirləri bəlkə oxuyub, bəlkə anlayanlar, bəlkə qələmimizin ucundakı o kiçik ümidi də görüblər!


Mehmet Alaqaş

Hazırladı: Əlif / Azerislam
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:58
GÜNƏŞ07:31
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:18
MƏĞRİB [ 3 rükət ]20:01
İŞA [ 4 rükət ]21:28
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka