Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BƏS SİZ KİMİ SEVİRSİNİZ?

[ Aktual / 6013 dəfə baxılıb ]   
|
 
Deyilənlərə görə sevgi, insanın ayaqlarını yerdən kəsən, içində şiddətli həyəcanlar yaşamasına vəsilə olan bir duyğuymuş. Belə bir vəziyyətdə insanın səhər yataqdan qalxdığı anda ilk ağlına gələn, sevdiyi insan olarmış. Gecə yatmamışdan əvvəl onu düşünər, hər yerdə ondan danışmaq istəyərmiş. Bütün planlarını, sevdiyi insanı düşünərək və onu da daxil edərək planlarmış. O adam üçün bir çox şeydən, hətta sevdiklərindən də imtina edərmiş.

Bütün bu məlumatlardan sonra Allaha duyduğunuz sevgini düşünün:
Yuxarıda sayılanların hamısını Allaha qarşı həqiqətən hiss edirsinizmi?

Səhər qalxdığınız anda ağılınıza ilk gələn Allahdırmı?

Gün içində davamlı olaraq Onu düşünürsünüzmü?

Hər girdiyiniz mühitdə Ondan bəhs etmək istəyirsinizmi?

Etdiyiniz bütün planları Allahın xoşlanacağı şəkildə edirsinizmi?

Onun razı olmayacağı, xoşlanmadığı rəftarlardan çəkinirsinizmi?

Gecə yatmazdan əvvəl Onu düşünür və xatırlayırsınızmı?

Allaha duyduğunuz sevgi üçün bir çox şeydən və hətta sizinlə bu mövzuda mübahisə edən insanlardan qopub uzaqlaşa bilirsinizmi?


" Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz (bütləri) tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım.” (Məryəm Surəsi, 48)
Əlbəttə bütün bunları hiss edən insan, deməli Allah sevgisini yaşayır. Allahdan başqa bütün yaradılanlara duyulan sevgi və məhəbbət də Allahın bir təcəllisi olduğu üçün reallaşmalıdır. Allahdan müstəqil bir şəkildə bir bəşərə sevgi duymaq və o adamı Allahdan daha çox düşünüb daha öndə tutmaq açıqca şirk qoşmaqdır. Belə ki, "Allah, Özünə şirk qoşanları bağışlamaz." (Nisa Surəsi, 116).

Belə insanlar ölüm mələkləri ilə qarşılaşdıqlarında çətin vəziyyətdə qalmamaq üçün, yaradılan hər şeyi Yaradandan müstəqil olaraq deyil, Onun təcəllisi olduğu üçün sevməlidirlər.
"Nəhayət, elçilərimiz onların canını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa tapndıqlarınız haradadır?”– deyəcəklər. Onlar: “Bizi qoyub qaçıblar!”– deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər. “ (Ə'raf Surəsi, 37)

Heç tükənmədən, adama acı vermədən, daimi bir xoşbəxtliklə yaşanacaq yeganə sevgi Allah sevgisidir. Allahdan başqa yaşanan bütün sevgilər isə insanı bir müddət sonra problemlərə aparır. Bu vəziyyətdəki adam yalnız qarşısındakının istəkləri istiqamətində həyat sürərək bir növ kölələşir. Halbuki Allah sevgisi, insanı bütün dünyəvi asılılıqlardan uzaqlaşdırır və azad edir.
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini misal çəkir. Onlar eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu (bunu) bilmir. (Zumər Surəsi, 29)
Yalnız Allaha qul olaraq zəncirləri qıra bilmək arzusuyla…
Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Ra' d Surəsi, 28)

Hazırladı: İlkin Kərimov
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka