Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QUŞ LƏLƏYİ ÖYÜDLƏR…

[ Aktual / 6934 dəfə baxılıb ]   
|
 
Gözünü bu sətirlərdən bir an qaldır və quş lələyinin yüksəkdən aşağıya doğru endiyini xəyal et. Həm havadan asılı qalır, həm də sanki enər. Çox uzaqdan düşürmüş təəsüratı yaradar, amma eyni zamanda çox yaxın kimi görünər.
Quş lələyi göydən yerə düşdüyü halda belə düşdüyünü sənə hiss etdirməz… Bəlkə də heç düşməz quş lələyi… Yox, yox, düşməz, süzər, sanki yerə qonar…
Yağış kimi - düşməz endirilər.
Elə süzər ki, bir quş lələyinin enişini seyr edərkən göylərdən saysız-hesabsız lələklərin töküldüyünü hiss edərsən.
Bunlar da beləcə eynilə quş lələyi qədər xəfifliklə düşüncələrinə toxunan öyüdlərdir. İstəsən, qoy, düşsün yerə, istəsən havada asılı qalsın. Sən bilən məsləhətdir.

Sevməyi öyrən:
Sevdikcə varlığının kainatla bütünləşdiyini görəcəksən. Sevərkən böyüyəcəksən, artacaqsan, çoxalacaqsan. Sevərkən qəlbinə yeni və sonsuz qanadlar taxacaqsan. Sevərkən qəlbin mavi bir dəniz olar və heç tanımadığın, heç vaxt görmədiyin sahillərə vararsan.

Bağışlamağı öyrən:
Bağışladıqca dostlarının sayını 10‐a vurmuş olarsan. Bağışlamaq qəlbinin yükünü azaldar. Bağışlasan qəlbinə batan tikanlar gülə dönər. Bağışlayarkən əvvəl özünü bağışlayar, nifrətin və kinin yükünü çiyinlərindən atarsan.

Peşman olmaqdan qorxma:
Peşmanlığını etiraf etdikcə xətalarının kiçik, anlaşılan və bağışlana biləcək olduğunu dərk edərsən. Peşmanlıq sancısını gözə aldığın zaman xətadan dönməyin ləzzətini də yaşamağa başlayarsan. Peşmanlıq həssasiyyətin sınanmasıdır. Həssas olmayanlar peşman da ola bilməzlər. Peşman olmayanlar həssaslıq qazana bilməzlər.

Xatırlamağı öyrən:

Xatırladıqca sevgilərinin “sətiraltını” tapıb onlardan kədəri cıxardığını fərq edərsən. Hələ uşaqlığını çox xatırla ki, tam xoşbəxt olduğun o anları yenidən yaşayasan. Xoşbəxt olmağı bacarmayan biz böyüklərə içimizdəki uşaq xoşbəxtliyin sadəlik və ehtirassızlıqla bağlı olduğunu pıçıldayar. Dayan və qulaq ver içindəki uşağa…

Dəyər verməyi öyrən:
Dəyər verdikcə sevgilərin kökünü tapacaqsan. Dəyər vermədən keçirdiyin günün günəşi heç doğmamış kimidir. Dəyərini bilmədiyin əşyaya heç sahib olmamış kimisən. Dəyərini bilmədiyin dostların sənə görə heç yaşamamış kimidirlər. Dəyər verməyi öyrəndikdə həyatının səhihləşdiyini hiss edərsən. Əvvəlkindən ləng yeriyərsən, ancaq addımlarını yerə basa‐basa yeriməyi öyrənərsən.

İltifat etməyi öyrən:
Etiraf etdikcə insanlarla arandakı ən qısa məsafənin bir təbəssümün rəsmləşdiyi əyri cizgi olduğunu görərsən. İltifat etmək yalan danışmaq demək deyildir. İltifat müxatibini görmək istədiyin yerə çatması və oradan da irəliyə keçməsi üçün təmənna etməkdir.

Üzr istəməyi öyrən:
Üzr istədikcə nifrətin və hirsin sonsuzluğa doğru axdığını və parça-parça olub bölündüyünü görərsən. Və beləliklə nifrətinin yox olduğunun şahidi olarsan.

Eşqdən qorxma:
Bu öyüdə əməl etsən, bir üçbucağın iç bucaqlarının cəmi 180 dərəcəni aşıb bütün əyriləri, yanlışları öz üçündə himayəyə götürdüyünə şahid olarsan. Eşq kaprizləri yox edər, tikanları gülə, ağrıları həzzə çevirər.

Aradabir hüzünlən:
Hüznün qəlbinə toxunmasına izn ver. Beləcə bütün sevinclərin və zövqlərin sonunda ayrılıq sərhədinə gəlib dayandığını görərsən. Hamımız ayrılıqların əhatə etdiyi bir adada müvəqqəti yaşayan fanilərik. Hüzün faniliyin incə sızıltısını qəlbinə hiss etdirdiyi üçün səni əbədiyyətə qonşu edər. Hüznünü öldürsən ölümü anlamadığın kimi, həyatı da anlaya bilməzsən.

Bir gün öləcəyini bil:
Əlbəttə öləcəksən! Və öldüyün gün anlayacaqsan ki, yaşadığın həyat məxrəci sonsuzluq olan bəsit bir kəsirdən ibarətmiş. Kəsrin məxrəcində nə olursa olsun, nə qədər çox şey yığıb toplamış olursansa olsun, hamısı son anda sıfıra bərabər olur. Kəsrin üzərinə - yəni bu dünyaya sonsuzluğu təmsil edən bir şeylər qoymaq lazımdır ki, əlində nəsə qalsın. Yoxsa sərmayən sıfıra bərabər olar.

Hər gün yenidən oyan:
Oyanmağı sadəcə gözünü açmaq kimi anlayan üçün bir şəfəq vaxtı nə qədər sıradandır… Heyranlıq duyğusu hər gecə iki göz qapağının altında gizlənən gözlər kimi yuxulu biri üçün günəşin doğuşu “səhərin gözü açılmamış” qaranlığıdır. Qulluq həyəcanını ovcunda saxlaya bilməyən kor kimi səhəri hələ erkən kimi tanıyar.
Haydı aç gözlərini, aç könlünü! İndi burada var olduğunun fərqində ol! Buraya - bu sabaha insan olaraq göndərildiyini bil! Bu sabahın sənin üçün, sənə özəl, sənə xas olaraq yaradıdığını öyrən!
Oyan!
Günəş sənin üçün doğur!

Hazırladı: Fa`ni / Azerislam.com
Mənbə: "Genc beyin" dergisi, Senai Demirçi
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka