Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏN HEÇ DÜŞÜNMƏYİ DÜŞÜNMÜSƏN?

[ Aktual / 7032 dəfə baxılıb ]   
|
 
Düşünmək yeganə və ən insani bir nemətdir. İnsanın digər yaradılışlardan üstünlüyü də bu özəlliyində gizlidir. Bu seçilmiş vəsfi ilə insan mükəlləfiyyət və ixtiyar sahibidir. O, bu vəsfinin dərinliyi və dinamikliyi ilə uyğunlaşaraq keyfiyyət qazanır. İslam düşüncəsi isə sərhədləri Əziz Quran və səhih sünnətlə təyin edilən bəşəri bir fəaliyyətdir.
İnsanın ən azad dünyası düşüncə dünyasıdır. Çünki bu dünyanın sərhədləri yoxdur. İnsanın beynində sonsuz zehni fəaliyyət imkanı mövcuddur. O, düşüncə sahəsində dərinləşdikcə həqiqətə bir az daha yaxınlaşar. Bu isə öz növbəsində ona öz sərhədlərini anlamağa və mənəvi qapılarını açmağa yardımçı olar. Çünki bu ixracın gücü və qabiliyyəti insanı sərhədli olan dünyanın və ağlın üzərinə çıxarar.

Bu aspektdən baxdıqda düşünmək bir vəzifədir. Zehni fəaliyyətin məqsədi bu vəzifəni dəqiqləşdirərək nəticə olan düşüncəyə çata bilməkdir. Parçaları anlamlı bir sistem içərisində bir yerə toplayaraq tərkibi,-bütünü,-əmələ gətirmək düşüncə adlanan nəticəni əldə etməkdir.
Oxucuya düşən isə onun üçün üfüq olan düşüncələrin arxasında dayanan düşünmək fəaliyyətini aktivləşdirmək və səbəblər zəncirini qavramaq olmalıdır. Bir sözlə desək, düşüncə bir meyvədir, yəni son nəticə. Önəmli olan onun əmələgəlmə prosesi, düşünmək fəaliyyətinin hansı formada olmasıdır. Şübhəsiz ki, hər təfəkkür halı birbaşa düşünənin anlama tərzi və üfüqünə görə formalaşır. Düşüncənin rəngini isə düşünənin anlayışı və potensialı təyin edir. Daha dəqiq desək, düşünənin “elmi”, “qəbul və rədd etdikləri” düşüncəsinin sərhədlərini təyin edir.
Əlbəttə ki, bilgi məsum deyildir. Hər bilgi aid olduğu iqlimin qəbul etdiyi kodları daşıyır. Ya da hər bilgi ideoloji bir soy ağacına söykənir. Bilginin tərzi və dərketmə şəkli ən təməl qəbulolunanlara uyğun olmalıdır.

Dünyəvi təsirlərə təslim olan bir bilgi və dərketmə tərzinin İslam düşüncə çərçivəsində qəbul olunması mümkün deyildir. Çünki bilgi tərzinin quru rasionalizmə söykənərək yaşaması onun davamiyyətli olmasına problem yaradacaqdır. Hər bilginin qaynağı onun qanuniliyini təyin edən ana ünsürdür. Oxunan hər hansı mətndə marağa və diqqətə layiq düşüncələr yer ala bilər. Əsasən bu düşüncələr haqqında danışılır, onlar müzakirə olunur və bir çox sahələrdə maraq oyada bilir. Ancaq elə buradaca diqqət edilməli olan ən önəmli xüsusiyyət yuxarıda da qeyd etdiyimiz kimi bizə təqdim olunan düşüncə deyil, bu düşüncənin əmələgəlmə prosesidir. Bir nəticə olaraq gəlinən düşüncəyə düşünənin hansı vasitələr, yollar, araşdırmalar və çıxarışlarla gəldiyi önəmlidir. Yazıçının hansı metod, üsul və istiqamətdən istifadə edərək bu nəticəyə gəldiyi öyrənilməlidir. O zaman oxucu yazıçının düşüncə tərzi ilə yaxından tanış olmaq üçün vasitə tapa bilər. Beləliklə də bənzər düşüncələri yaratmaq gücünə də qovuşmuş olar.

Beynini yeniləməyən və bu insani üfüqü hədəf almayan oxucu, yazıçı və düçüncə sahibi yalnız bir təqlidçi olmaq məcburiyyətində qalar ki, bu iki hal da arzuolunmazdır. İmmanuel Kant mövzu ilə bağlı tələbələrinə xitabən “Məndən hazır düşüncələri deyil, düşünməyi öyrənəcəksiniz” deyərkən, M. A. Ferricre “Yalnız elm verən universitetlər bağlanmalıdır!” fikri ilə oxucunu da, tələbəni də içi doldurulması lazım olan bir qab deyil, alovlanması lazım olan atəş kimi görməkdədir.
Həssas bir düşüncə adamı düşünmək üçün çabalayanları özünə inandırmaq yerinə onlara beyinlərini işlətmək üçün doğru yolu göstərəndir. Eynilə balıq tutmağı öyrətmək kimi. Heç şübhəsizdir ki, düşüncə axan su kimidir. O su ki, o, cəmiyyətin ruhunda, idrak tərzində və davranışlarında yeni arayışlar tapa bildiyi qədər öz canlılığını qoruyacaqdır.

Həyatın gerçəklikləri arasında yerini tapmayan və tətbiq olunmayan hər düşüncə durğun suyun üzləşdiyi aqibətdən canını qurtara bilməz – bataqlığa dönər və üzərində həşəratların inkişafı qaçınılmaz olar. Fəqət yalnız əsrləri aşaraq passivliyə meydan oxuyan, dinamik bir inkişafda olan, ən əsası isə müqəddəs bir qüdrətdən (vəyhdən) əmələ gələn düşüncələr əbədi bir məna qazanacaq. Bu şəkildə yaranan düşüncə öz sahibinə Alim və Hakim (hikmət əhli) sifətlərini qazandıracaq.

Nəticə olaraq elm özəyini səhih qaynaqdan (vəhy), düşünmək fəailiyyətinin seçimini düşünənin rədd və qəbul etdiklərindən (Allahın təyin etdiyi halal və haram çərçivəsi), düşüncə isə tərkibini bütün bunlarla birlikdə düşünmənin forma və şəklindən, üsul və yönündən almaqdadır. Çünki vəhy ağlın və hər növ bilginin üzərindədir.

Hazırladı: Fa`ni / Azerislam.com
Mənbə: "Bilge adam" dergisi, Adnan İnanc
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka