Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ŞƏFQƏTİN İLIQ ATMOSFERİ

[ əxlaq / 8680 dəfə baxılıb ]   
|
 
Şəfqət hər gözəl xislətdə olduğu kimi Allah Rəsulunun xislətində də var idi. Ancaq ondakı şəfqət hissi başqalarında olana bənzəməzdi, ondakı şəfqət hissi hisslərinin zirvəsində idi. O, böyük dəvətini şəfqət kimi önəmli olan insanı münasibətlər üzərinə oturtmuş və təbliğini hər an şəfqətin ilıq atmosferi altında icra etmişdir. Zatən “Mən sizə atanın övladlarına olduğu kimiyəm” (Əbu Davud Təharət. 4 / Nəsai Təharət 35) deyən birinin başqa cür olması da düşünüləməz. Bu son dərəcə şəfqətli bir atanın “ övladım “ deyərək könül meyvəsini və ciyərparasını bağrına basması kimi bir şeydir. Yaqubun bir tək Yusifi vardı. Ancaq ümmətinin hər fərdi Onun (s.ə.s) üçün bir Yusifdir.

Bəli, O, bir atanın övladına olan şəfqəti ilə bütün ümmətinin hər fərdinə tək-tək bağrını açır, ümmətinin hər fərdi də Onu öz ana‐atasından və həm də öz varlığından çox sevirdi. Elə isə şəfqətdən doğan məhəbbət və hörmətlə tərbiyə görən bir davranış, təbliğ adamının ayrılmaz bir xasiyyəti olmalıdır. Çünki şəfqətin olmadığı bir yerdə sevgidən də, hörmətdən də söz edilə bilməz. İnsanları məcburi şəkildə bəlli bir şeyə itaət etdirmək mümkündür. Ancaq onlara təbliğ etdiyiniz həqiqətləri zor işlədərək sevdirmək mümkün deyildir. Halbuki, şəfqətin açmadığı heç bir kilitli qapı yoxdur. Şəfqətlə əriməyən buz heç bir şeylə əriyə bilməz. O halda insanları bir-birinə qarşı isti bir sevgi ilə bağlamaq istəyirsinizsə, onlara şəfqətlə yaxınlaşmanız lazımdır.

Əfəndimiz Məhəmməd (s.a.s.) ümmətinin xətaları qarşısında öz durumunu bizə bu təmsil və bənzətmə ilə anlatmaqdadır. “Mənim ilə sizin misalınız, ocaq qalayan bir adamın misalı kimidir ki, pərvanələr odun içinə düşməyə başlayarlar. O, bunları qovar. Mən də oddan qorumaq üçün sizin ətəyinizdən tuturam. Halbuki siz əlimdən qaçırsınız."
(Buxari rikak 26, Müslüm fədail:17, 19)

Əgər bizlər günümüz insanının qəlbinə şəfqətlə əyilə bilsək, hamının üzüntülü qəlbini dinləmiş olarıq. Heç kimsə günahlar içində ola-ola səfalət içində yaşarkən xoşbəxt ola bilməz. Belə bir insana sizin şəfqət əliniz aradığı bir çıxış yolunu göstərəcəkdir.
Bir insana şəfqətli və ölçülü olaraq dəvət etsəniz, sizin söylədiklərinizi o anda qəbul etməsə belə, həm sizə, həm də dəvət etdiyiniz məsələlərə həmişə yumşaq baxacaqdır. Heç gözlənilməyən bir zamanda, heç ümüd edilməyən insanların hidayətə gəlmələri bu günə qədər yüzlərcə, minlərcə rastlanan bir həqiqətdir. Zatən o insanlar sizin vəsilənizlə hidayətə gəldiyi üçün, bütün bir ömür boyu sizə təşəkkür hissləri dolub daşacaq və onun etdiyi bütün saleh əməllərin bir misli də sizin savab dəftərinizə yazılacaqdır.

Örnək insan hər şeydən əvvəl bir şəfqət qəhramanı olmalıdır. O güc-qüvvət işlədərək haqqı qəbul etdirmə kimi yalnış yola meyl etməməlidir. Allaha imanın qəlbdə yerləşməsi belə bir yolla əsla mümkün deyildir. Dəvətdə şəfqət qəlb və könülləri əridir. Dəvət edilənin könlünü Allah və Rəsulunu qəbul etmək üçün hazır hala gətirir.

Mehdi Paşayev / Azərislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:01
GÜNƏŞ06:44
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:33
İŞA [ 4 rükət ]22:10
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka