Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İTİRDİKLƏRİMİZİN DƏYƏRİ

[ Aktual / 5963 dəfə baxılıb ]   
|
 
Örnək insanın könlü Qurana görə istiqamət almalıdır. Quran bu anlamı ifadə edərkən belə buyurur :
"Həqiqətən, bunda (həssas) qəlbi olan, hazır durub (diqqətlə) qulaq asan kimsə üçün ibrət vardır." (Qaf 37) Bəli, Quran bir nəsihət, bir xatırlatma, bir zikr və bir xəbərdarlıqdır. Quranın bu keyfiyyətlərindən istifadə etmək üçün, könüllərin ona qarşı açıq olması şərtdir. Könlün açıq ola bilməsi üçün də insan qəlbini Qurana verməlidir. Çünki davranışını bu istiqamətdə düzəltməyən insanın bir baxışı Quranın o nurlu möcüzə yönünü qətiyyən görə bilməz. Görməyincə də onun nəzərində Allah kəlamıyla hər hansı bir bəşər kəlamı arasında fərq olmaz. Artıq düşüncə səviyyəsi itmiş bir insanın Quran adına görəcəyi heç bir şey yoxdur.

Onun üçündür ki, “Bu, qətiyyən şübhə doğurmayan” deyildikdən sonra “müttəqilərə doğru yol göstərən bir Kitabdır” (Bəqərə 2) buyurulur. Quran Allahın kəlamıdır, bunda şüphə yox. Fəqət Qurandan ancaq müttəqilər istifadə edə bilərlər. Müttəqi (məsuliyyətli) insan şəriəti ən yaxşı bilən insandır. Məsuliyyətsiz insanın (yəni şəriəti bilməyən insanın) müttəqi olmayacağı kimi onun Qurandan istifadəsi də düşünülməz. Çünki onun qəlbi ölmüşdür. Bir ayədə bu tip insanların Allah Rəsuluna (səs) qarşı davranışları belə ifadə edilir. “ Onların sənə ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən “ (Muhamməd 20)

Baxışı bu olan insan nə anlaya bilər ki? - Heç bir şey. Halbuki qəlbini Qurana görə kökləyən bir insan kainatın nəbzi kimi atan hadisələri öz qəlbinin atışları içində duyar. Niyə? Çünki kainat ilə özü arasında bir birlik qurmuşdur. Bəli, hadisələrin nəbzini öz əlində tutmayan insanların təbliğ adına bir şeylər edəcəkləri gözlənilməz. Etdikləri şeylər isə dinimizə əlavə edilən uydurma, yalan, əfsanə olan şeylər olacaq. Allah belələrində qorusun. Belələrinə dəlil olaraq Quran göstəriləndə bunlar əfsanələrə, yalana, qeybdən xəbər vermələrə uyurlar ki, bunlar hamısı bizim dinimizə israiliyyat qaynaqlarından yamaq edilmişdir. Biz haqqı, yəni Quranı tərk edib, uydurma şeylərə tabe olduqca məğlub oluruq, itiririk. Vicdanımızı, abrımızı, həya və təsəttür əxlaqımızı itiririk.

Və bu günkü kimi qərbin tələsinə düşürük. Bəlkə də islam düşmənlərinin dünyada dəyişik sahələrdə qazandıqları qalibiyyətlərinin altında onların mömünlərə aid sifətə sahib olmaları yatmaqdadır. Bizim məğlubiyyətimizin səbəbi isə mömin sifətlərindən məhrum olmamızdır. Halbuki, mömünlüyə aid hər sifətə önəm verilməlidir. Məsələn: Mömün nəzakət insanıdır, şəfqət abidəsidir. Onun həyatı bütünlükdə istiqamət üzərindədir. Onun hər anı nurlu və aydın keçər. O bunları Qurandan alır, insanları qaranlıqdan aydınlığa çıxardan nurlu Qurandan. Mömün bilgi və irfan insanıdır. Gəlişi gözəl hərəkətlərdən yəni tez yanan tez də sönən işlərdən çox uzaqdır, daimi bir plan proqram adamıdır. Yuxarıda bəyan etdiyimiz kimi bu gün qərb dünyası müsəlmanlara aid bu sifətləri aldıqlardından ötrü zirvələrdə dolaşmaqdadırlar.

Demək olar ki, bu gün qalib gələn qərbin özü deyil, onlardaki müsəlman sifətləridir. Gəlin, bütün əfsanələrdən, xurafatlardan, uydurmadan, qeybdən xəbər verməkdən, axirzaman əlamətləri deyib bir-birimizi üzməkdən, əlimizdə Quran ola-ola qurtarıcı deyib kimisə gözləməkdən qurtulub həqiqətə dönək. Heç vaxt yadımızdan çıxarmayaq və qulağımızda sırğa edək ki, qurtuluşumuz bütünlüklə Qurana sarılmağımıza bağlıdır.

Mehdi Paşayev / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka