Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AİLƏ QƏFƏSİ, YOXSA BOŞANMA?

[ Ailə / 13232 dəfə baxılıb ]   
|
 
Ailə qurmaq iki fərqli nəslin birləşməsi, tanış olması, qohumluq bağlarla bir‐birinə bağlanması deməkdir. Hətta bəzən ailə qurmaq iki fərqli irqin, millətin və dilin qarışmasına da səbəb olur. Ailə qurmaq cəmiyyət binasını sıx və möhkəm halda davam etdirmək deməkdir, binadan əlavə bir balkon çıxarmaq deyil. Yeni ailə, o binadakı alt mərtəbələrin üzərində durduğu kimi, özündən sonrakı üst mərtəbələrə də təhəmmül etməlidir. Ailə qurmaq, bağçada yeni ağacın əkilməsidir, o bağçadan bir ağacı çıxarıb başqa yerə aparmaq deyil.

Ailə təsəvvürünü tam qavraya bilməyən insan, boşanma hüququnu da tam dərk edə bilməz. Ailənin müqəddəsliyi, aliliyi və məsuliyyətini başa düşən insan eyni zamanda boşanma hadisəsini cəmiyyətə vurulan zərbə kimi anlamalıdır. Bir boşanma hadisəsilə bir neçə nəfər zərər çəkir, çox sayda mənfi və xoşagəlməz nəticələr baş verir. Boşanma, ailə problemləri və çətinlikləri çərçivəsində ən son atılan addım olmalıdır. Təəssüf ki, çox zaman ən birinci atılan addım olur. Bütün gənclər də özlərinə bəraət qazandırmaqda mahirdirlər. Əksər hallarda boşanma hüququnun yalnız kişiyə aid olduğunu düşünürlər. Kişi də bu hüququ əlində Musanın əsası kimi elə saxlayır ki, elə bil Allah tərəfindən eksklüziv olaraq ona göndərilmişdir. Bu hala hətta islami don geyindirməyə də çalışırlar. Sanki islam şəriətinə görə, ailədə problemlər baş verərsə, kişi narazı qalarsa, xanımını boşaya bilər. Bəs yaxşı qadın narazı qalarsa və kişisinin zülmü altında tükənərsə, yaxud onunla artıq yaşamaq istəmədiyinə qərar verərsə, nə etsin? Yəni Allah qadını belə bir sual qarşısında aciz qoyub, “əsa”nı yalnız kişiyəmi göndərdi?

Əslində mövzu, boşanmanın kim tərəfindən həyata keçirilməsi gərəkdiyi barədə deyil, boşanma probleminin həlli yolları olub ola bilməyəcəyi məsələlərə toxunmaqdır.
Günlərlə, həftələrlə, hətta aylarla olan toy nişan hazırlıqları necə tez unudulur? Qovuşma həsrətilə keçən günlər, qovuşma anının xoş dəqiqələri, sevinc, fərəh və bütün bunlar necə dəyərsizləşir?! Yeni övlad səadəti ailənin bağlarını daha da möhkəmləndirməkdənsə, niyə bağların zəifləməsi, boşalması və qopması halları çoxalır?! Niyə boşanma hadisələrini tez-tez, hər həftə, bəzən hər gün eşidirik, amma evlilik (10 illik, 20 illik və sairə kimi) yubileylərinin keçirilməsini çox nadir hallarda eşidir, eşidəndə də təəccüblənirik?!

"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (Rum, 21).


Amma...
Yeni ailə qurulan gündən bir müddət sonra şikayətlər, problemlər və sairə kimi xoşa gəlməz halların biruzə verdiyini eşidirik. Hansı ki, o problemlərin çoxu o qədər ciddi və əhəmiyyətli də deyil. Yəni evlilik sadəcə bir adət çevrilib, yoxsa evdə qalmamaq üçün bir çıxış yoludur? Yoxsa valideynlərin yalnız nəvələrə sahib olma həvəsədirmi? Ailə üzvləri arasında doğmalıq və yaxınlıq hissləri sanki oyana bilmir. Aylarla, illərlə bir yerdə yaşamaqlarına baxmayaraq sanki yad insanlar kimi, yaxud da bir məktəbin şagirdləri kimi davranırlar. Necə də olsa təhsil bitəndən sonra hərə öz həyatı ilə davam edəcək.

Yeni evliliklər, yeni doğulan uşaqlar və boşanma halları haqqında statistikaları çox vaxt eşidirik və təxmini olaraq məlumatımız da var. Bilirik ki, boşanma halları yeni qurulan ailələrdən nisbətdə çoxdur və bu nisbət də getdikcə artmaqdadır. Qərb dünyası və qərb ölkələrindəki ailə və boşanma hallarını eşitdikdə öz halımıza şükr edirik. Ordakı əlaqələrin hansı yönə əyildiyi, nə vəziyyətə düşdüyü, gənclərin necə pozulduğu, yeni doğumların nə qədər azaldığından yaxşı xəbərimiz var. Amma bizdəki boşanma halları qərb aləmindən çox da az deyil. Məsələ də burasındadır ki, qərb ölkələrində ailə zəminində problemlər daha çoxdur və cəmiyyətdə olan qadın kişi əlaqələrində çox fəsadlar vardır. Bizim cəmiyyətdə isə o problemlərin bəlkə də heç yarısı yoxdur, bəz niyə boşanma hadisələri bu qədər çoxalır?

Təbii ki, ölkədə, ailə məsələləri ilə məşğul olan məsul şəxslər bütün vəziyyəti dərindən öyrənməli, lazımi şərtləri, qaydaları və həll yollarını müəyyənləşdirməlidirlər. Yeni ailənin qurulmasına lazım olan şərtlər, əsaslar, vaciblər, hüquqlar və sairə kimi amillər aydın olmalıdır. Valideynlik, yoldaşlıq, təlim-tərbiyə, ictimai məsluyyət, mədəniyyət və sairə kimi önəmli məsələlərə çox önəm verilməli, gündəmə gətirilməli və gəncləri ciddi şəkildə bu məsələlər üzərindən marifləndirmək gərəkdir. Bu da bir əmanətdir. Bu əmanətə xəyanət isə təbii ki, sonunda cəmiyyətin zəifləməsinə və çöküşünə gətirib çıxarır.

Eyni zamanda boşanmanın hansı hallarda ola biləcəyi, son addım kimi düzgün atılması və necə həyata keçirilməsi məsələləri ilə də gənclərimiz dərindən tanış olmalıdır. Bütün evlənən gənclər qabaqcadan bilməlidirlər ki, boşanma nəticəsində ailəyə hansı ziyan dəyir, uşaqların tərbiyəsi necə bərbadlaşır, onların psixologiyası necə ağırlaşır, cəmiyyətin gələcəyi necə sınıq vəziyyətə düşür. Cəmiyyətdə elə sosial xəstəliklər yaranır ki, onu sonradan müalicə etmək imkansız dərəcəyə çatır.

(Ardı var)

Şahmar Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:54
GÜNƏŞ07:24
ZÖHR [ 4 rükət ]13:35
ƏSR [ 4 rükət ]17:03
MƏĞRİB [ 3 rükət ]19:44
İŞA [ 4 rükət ]21:10
GECƏYARI00:49
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka