Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

"BULANIQLIQ NƏZƏRİYYƏSİ"

[ Aktual / 10886 dəfə baxılıb ]   
|
 
Bulanıq bir gün…
Göy üzü nə gecə kimidir, nə də gündüz.
Yağış yağmaq üzrəykən Günəş doğur.
Günün günorta çağı Ay hələ asılı qalıb göyün üzündən.
Ulduzlar ölüvay bir iz buraxaraq axıb gediblər qaranlıq dəhlizlərə…

Sanki özbaşına buraxılıb dünya. Sanki hər şey bir xaos öncəsini xatırladır. Küçələr çirkli, köşələr sanki ət yığını…
Sevgiyə dair hər şey kapitala qurban edilmiş halda…
Allahsızlıq və əxlaqsızlıq boğazımda qəhərə dönür. Beynimdə qan laxtalanır.

Deyəsən, dünya qocalıb, deyirəm…
Deyəsən Qiyamətə lap az qalıb, lap üç‐dörd şəfəq…
Ey dünya, səndəki bu kiri təmizləyəcək qədər suyum yox. Suyumla mən sadəcə “öz”ümü arındıra bilərəm özümdən. Bir qurtum içməyə belə qıymaram su qabımdan. Heç zaman yığa bilmədim mənə aid olmayanı. İki daşım olmadı üst‐üstə qoymaq üçün. Tikəmi böldüm yedim. Və nəğmələrimi bölüşdürdüm insanlıq üçün. Qalalar ucaldıb tanrıya nərdivanla çatmağa niyyətlənənlərə güldüm sadəcə. Min qat yuxarı çıxsanız da girəcəyiniz yer kiçik bir məzar deyilmi? – dedim.

Ekrana və monitora indekslədiyimiz həyatımızın hansı tərəfi mərhəmət, hansı tərəfi sevgidir? Və mubarizə dediyimiz şey klavyaturada yeni təhqir simvolları icad etməkmidir? Eyni binada bir qonşusu olmayanla “Facebook”da 3 min dostu olanı necə muqayisə etmək olar…

Əlinə gül tikanı batmayan bir nəsil yetişməkdədir. Südü içib inəyi yalnız “Farmville” (virtual internet oyunu) də görən uşaqlar böyüyür evlərimizdə. Bülbülü tanımayan, məktuba yaşlayıb marka yapışdırmayan bir nəsil…

Hiss etdirmədən sevgiyə və insana aid olan hər nə varsa əlimizdən alırlar. Hamımız modern çağın kompüter icadına şərtlənmiş bir "androidə" çevrilirik. Bir tapınma şəkli formalaşdırırıq özümüzə, özümüzdən xəbərsiz.
Kütləyə istədiyin şeyi qəbul etdirməyin ən asan yolu imiş internet. Sevgilisinə “facebook”dan çiçəklər yollayan gənclik sevgini də "PC" (personal kompyuter) romantizmi sanaraq, sədaqəti başqa qızları dost listəsinə salmamaqda görəcəklər.

Bölüşməyi internet dostlarının səhifəsinə başqalarının da baxmasına məsləhət görməklə, ədaləti heç kimin səhifəsindən plagiat etməməklə anlayacaqlar.

Ağaca çıxmamış, eşşək minməmiş, inəkdən süd sağmamış, “qaloş”ları palçığa batmamış, başqasının bağçasından alma oğrulayıb sonra halallıq istəməmiş yeniyetmələrdir ətrafımızdakılar. Sərçədən qorxan, qaranlıqda yata bilməyən uşaqlar.

… Toplumsal bir böhranın eşiyindəyik hamımız. “Yer üzü müharibəsi”ndə məğlub olmuşuq, lakin bu məğlubiyyətimizdən belə xəbərsizik. Dünyanın gedişatı xeyirə görsənmir…
Mən bunu “Bulanıqlıq nəzəriyyəsi” adlandırıram. Ən geci iyirmi il sonra nəzəriyyə olmaqdan çıxacaq bu da… Kimlərsə dünyanın ucuz çirkabı ilə zehinlərimizi bulandırır, insanlığımızı oğrulayır.
Göy üzü nə aydınlıqdır, nə də qaranlıq… Eynilə sabahlarımız kimi…


Adem Tuzcu
www.ademtuzcu.com.tr

Hazırladı: Fa`ni / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:16
GÜNƏŞ06:14
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:36
MƏĞRİB [ 3 rükət ]21:02
İŞA [ 4 rükət ]22:52
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka