Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏZHƏBLƏRARASI YAXINLAŞMA VƏ DİALOQA DAİR ON PRİNSİP [1]

[ Oxu! / 13767 dəfə baxılıb ]   
|
 
Mən bu prinsipləri müsəlman tədqiqatçılar, insaflı oxucular... üçün nəzərdə tutmuşam. Ümmətinin xeyrini güdüb qara günlərini arzulamayan və onun bütövlüyü uğrunda çalışan hər bir tədqiqatçıya, oxucuyadır sözüm. Bəli, belə tədqiqatçı və oxucu çalışar ki, ümməti məhv etmək istəyən düşmənlərə mane olsun. Mən eyni ümmətin övladları arasnda yaxınlaşmağa dair bu 10 prinsipi məhz belə insanlara təqdim edirəm. Özü də burada məni ancaq və ancaq Allahın razılğını qazanmaq və Onun dininə yardım etmək maraqlandırır:

“Həqiqətən, əməllər niyyətə görədir. Hər bir kəsə etdiyi niyyət qalar.”” [1]
Dininə səmimiyyətlə bağlanan, Rəbbini razı salmaq üçün dəridən-qabıqdan çıxan və ümmətinin xeyri naminə əlləşən hər bir müsəlmandan bu kitabçanı oxumağı xahiş edirəm. Qoy hər bir müsəlman şəxsi istək və təəssübkeşliyini bir kənara qoyaraq bu kitabçanı oxusun. Ümidvaram ki, o, bu kitabın İslam ümmətinin övladları üçün faydalı olduğunu yəqin edəcək, onlarn arasrndakı məzhəb fərqlərinə əhəmiyyət verməyəcəkdir. Axı İslam, məzhəblərin, ümmət də qruplarn fövqündədir!

Birinci prinsip “QƏTİ AGAHLIQ”

Sünni-şiə dialoqunun mehvərlərinin hər şeydən əvvəl əsaslanacağı prinsip məhz budur. Həqiqətən, bir şeyə dərindən agahlıq tələb edən məsələdir. Çünki hər hansı bir işə başlamazdan əvvəl ona dərindən bələd olmaq lazımdır. Doğru-dürüst və sağlam təsəvvür əməli fəaliyyətin zəruri şərtidir. Elə bu səbəbdən, İslama görə, bilmək [elm] işdən [əməldən] əvvəl gəlir. İmam Buxarinin məşhur “Came əs-Səhih” hədis toplusunun birinci fəsli “Elm” adlanır. Kitabın fəsillərini belə bir ardıcıllıqla tərtib edərkən Buxari aşağıdakı ayəyə əsaslanmışdı:
“"[Ya Rəsulum!] Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. [Ondan] həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə...”” [Muhəmməd, 19].

Ayədən görünür ki, Allah təala peyğəmbərinə əvvəlcə bağışlanmağı diləməni deyil, bilməyi [ərəbcə: elmi] əmr edir.
Habelə, məlumdur ki, Quranın nazil edilmiş ilk ayəsi “Oxu!” ilə başlanır. Nazil olmuş ikinci surənin ayələri isə belədir:
“Ey [libasna] bürünüb sarnan [Peyğəmbər]! Qalx [qövmünü Allahın əzabı ilə] xəbərdar et! Öz Rəbbini uca tut! Libasını təmizlə!” [əl-Müddəssir, 1-4].

Bir daha aydın olur ki, biliyin [bilmənin] və dərketmənin açarı sayılan oxumaq tələblər və fəaliyyətdən qabaq gəlir.
Biz “qəti agahlıq” dedikdə qarşı tərəfin mövqeyi ilə hərtərəfli tanşlığı nəzərdə tuturuq. Bunun üçün mötəbər mənbələrə, görkəmli alimlərə müraciət etmək lazımdır. Adi insanlara, şayiələrə, dedi-qodu və mövcud mühit reallığna əsaslanmaqla qarşı tərəf barəsində obyektiv və sağlam məlumata sahib olmaq qeyri-mümkündür. Mövcud mühit reallığı isə çox vaxt şəriətin mövqeyi ilə üst-üstə düşmür.

Həmçinin, biz əsas [üsul] və törəmə [füru`], vacib olan [fərz] və vacib olmayan [nafilə], ortaq [razılaşdırılmış, yekdilliklə qəbul edilmiş] və ixtilaflı məsələlər, dedi-qodu və həqiqət, fiqhin əmrləri və insanların özbaşnalıqları arasnda fərq qoymağı bacarmalıyıq.

Misal olaraq “Quranın təhrifi” məsələsini götürək. Bəzi şiə alimləri bildiriblər ki, Qurani-Kərim təhrif edilmişdir. Çünki o, tam olmayıb naqisdir. Bu mövzuda kitablar yazılmış və dəlil olaraq “əl-Kafi” və digər mötəbər şiə mənbələrindən bəzi rəvayətlər nəql olunmuşdur.
Ancaq bu görüşdə yekdillik yoxdur. Çünki əksər şiə alimləri məlum görüşü təkzib etmiş, bu barədə olan şübhələri puça çıxarmışlar. Biz məhz belə alimlərin dediklərini mötəbər saymalıyıq.
Quranın təhrif edilməsi görüşünün əleyhdarları olan alimlərin rəyinə etimad göstərməyimiz isə aşağıdakılarla əlaqədardır:
1. Bu alimlər hamılıqda həmrəydirlər ki, Quran bütövlükdə Allahın kəlamıdır və ona batil qarışmamışdır;
2. Bu gün bütün dünya şiələrinin oxuduqları Quran sünnilərin oxuduqları Qurandan heç nəyi ilə fərqlənmir və onun eynisidir. İranda çap olunan Quran Səudiyyə Ərəbistanında, Misirdə, Pakistanda, Mərakeşdə və digər müsəlman ölkələrində nəşr edilən Qurandır;
3. Hal-hazırda istifadə etdiyimiz və təhrif olunduğu bəzi şiələr tərəfindən iddia edilən Quran nüsxəsi qədimdən bəri onlarn öz müfəssirlərinin müraciət etdiyi Qurandır. Təfsir zamanı şiə alimləri bundan qeyri ikinci bir nüsxəyə istinad etməmişlər. Onlar qədimdən bəri məhz əlimizdə olan bu Quran nüsxəsini təfsir etmiş, onun bəlağət və ecazkarlığından danışmışlar;
4. Şiələr özlərinin əqidə [etiqada dair yazılmış] kitablarnda məhz hal-hazırda mövcud olan Qurandan sitat gətirirlər. Fiqhə dair əsərlərdə isə şəriət hökmlərini yenə də bu kitaba istinadən tərtib edirlər;
5. Onlar dini-hökumət məktəblərində, televiziya kanallarnda... məhz əlimizdə olan bu Quranı öyrədir, övladlarına da onu tədris edirlər.

Biz yuxarıda deyilənlərə əsaslanaraq, yekdilliklə qəbul edilmişi ixtilaflı olandan fərqləndirməli, razılaşdırılmış fikrə tərəfdar çıxmalıyıq.
Şiələrin “möhür” məsələsinə toxunaq. Bizlərdə - sünnilərdə yayılmış fikrə görə, onlar möhürü “müqəddəs” hesab etdikləri üçün onun üzərinə səcdə edirlər. Çünki möhürlər Həzrəti Hüseynin [Allah ondan razı olsun!] şəhid edilib dəfn olunduğu Kərbəlanın torpağrndan hazırlanır.
Mən özüm də əvvəllər belə düşünürdüm. Keçən əsrin 60-c illərində məşhur şiə alimi, Livan Ali Şiə Şurasının sədri İmam Musa əs-Sədr Qətərin paytaxtı Dohada tez-tez qonağımız olurdu. Birlikdə bir çox məsələni, o cümlədən “möhür” məsələsini müzakirə edirdik. Mən bu gözəl insandan öyrəndim ki, cəfəriyyə şiələri səcdənin yalnız torpaq tipindən olan şeylərin üzərinə edilməsini şərt qoyur, xalçaya, paltara və sairə səcdə etməyi şəriət baxımından doğru saymırlar. Əksər məscidlərin döşəməsi xalça və bu qəbildən olan materiallarla örtüldüyündən və belə döşəmələrdə səcdəyə icazə verilmədiyindən hər bir məsciddə möhür vardır. Burada məqsəd torpaqsayağı şey üzərinə səcdə etməkdir və bu möhürlərin Kərbəla torpağndan hazırlanması zəruri deyildir.

Habelə, mən bir çox cəfəri mənbəyini araşdırdıqdan sonra buna əmin oldum. Qeyd edim ki, kitabxanamda “əl-Müxtəsər ən-Nafə”dən [Müxtəsər faydalı [kitab] tutmuş “Cəvahir əl-Kəlam”adək [İnci kəlamlar] cəfəri ədəbiyyatının əsas inciləri mövcuddur.
1998-ci ildə İrana səfərim zaman bütün bunların əyani şahidi oldum. Qaldığım mehmanxanada mənə bir çox alim baş çəkdi. Otağımda namaz qıldılar. Heç birinin möhürü yox idi; möhür əvəzinə “salfet”” götürdülər və onun üzərinə səcdə etdilər. Onlara görə, “salfet””torpaq qəbilindən bir şeydir. Çünki səccadə və xalça kimi salfet də toxunma məhsullarından fərqlənir.
Ən mühümü budur ki, düşüncəmə hakim kəsilmiş “müqəddəs möhür” təsəvvüründən xilas oldum. Özü də mən bu təsəvvürü mötəbər alimlərdən soruşub-öyrənməklə, etibarlı elmi ədəbiyyatı mütaliə etməklə zehnimdən silib-atdım. Adi insanlarn zehninə dəlilsiz-sübutsuz hakim kəsilmiş dedi-qodulara heç əhəmiyyət vermədim.

Ayətullah Şeyx Cəfər Sübhani özünün “İxtilaflı məsələlərə dair insaflı [kitab]””[əl-İnsaf fi məsail damə fiha əl-Xilaf] əsərində yazır: “Şiələrə görə bəyəniləndir ki, təmiz, xoş torpaq götürülsün. Çünki bu, torpağn təmizliyindən əmin olmaq üçündür. Dünyanın hər hansı bir yerindən torpağın götürülməsində qəbahət yoxdur.” [2]

Mən sünnilərə münasibətdə şiələrdən, şiələrə münasibətdə də sünnilərdən “qəti agahlıq” prinsipini gözləmələrini tələb edirəm. Habelə, hər iki tərəfə bildirirəm ki, əsas [üsul] və törəmə [füru`], vacib [fərz] və vacib olmayan [nafilə], ortaq [razılaşdırılmış, yekdilliklə qəbul edilmiş] və ixtilaflı məsələlər, dedi-qodu və həqiqət, fiqhin əmrləri və insanlarn özbaşnalıqları arasnda fərq qoymağı bacarmaq onlar üçün olduqca vacibdir.


[1]
Hədisi Ömər ibn əl-Xəttaba [Allah ondan razı olsun!] istinadən Buxari [“Came əs-Səhih” kitabı, “Vəhyin başlanması” fəsli, 1], Müslim [“Came əs-Səhih” kitabı, “Əmirlik” fəsli, 1907], Əbu Davud [“əs-Sünən” kitabı, “Boşa[n]ma” fəsli, 2201], Tirmizi [“əs-Sünən” kitabı, “Cihadrn məqamı” fəsli, 1647], Nəsai [“əs-Sünən” kitabı, “Təmizlənmə” fəsli] və İbn Macə [“əs-Sünən” kitabı, “Zöhd” fəsli, 4227] rəvayət etmişlər.
[2]Ayətullah Şeyx Cəfər Sübhani. İxtilaflı məsələlərə dair insaflı [kitab], Qum: İmam Sadiq” müəssisəsi. I cild, səh., 264.



Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:14
GÜNƏŞ06:53
ZÖHR [ 4 rükət ]13:45
ƏSR [ 4 rükət ]17:33
MƏĞRİB [ 3 rükət ]20:35
İŞA [ 4 rükət ]22:09
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka