Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KEÇMİŞDƏN BU GÜNƏ UŞAQ QƏTLLƏRİ

[ Aktual / 6344 dəfə baxılıb ]   
|
 
Tolstoy həm əsərləri, həm də yaşam dramı ilə gəlib keçmiş yazarların ən böyüklərindən biridir. Dostoyevskinin dediyi kimi, "heç bir təxəyyül reallıqda başa gələndən daha qüvvətli bir şey yarada bilməz." Gənclik illərində Volteri oxumaqla başlamış inancsız və iztirab dolu bir həyat Tolstoyun bütün varlığını sarsmış və sonralar yazdığı bir əsərində aşağıdakı etiraflara gəritib çıxarmışdı:
“Məni əlli yaşımda intiharın bir addımlığına gətirən sual hər kəsin soruşa biləcəyi ən bəsit bir sual idi və dərrakəsiz bir uşaqdan tutmuş savadlı bir yaşlıya qədər hər kəsin ruhunda yatan bir şey idi. Heç kimin cavabını bilmədiyi halda yaşaya bilməyəcəyi bir sual idi, mən bunu təcrübələrimdən öyrənmişdim. Sual bu idi: Bu gün etdiklərimin və sabah edəcəklərimin sonunda nə olacaq? Həyatım bitdikdən sonra nə baş verəcək? Bir başqa cür yazsam sual belə idi. Nə üçün yaşayım, niyə hər hansı bir şeyə qarşı istək yaradım və nə üçün nə isə edim? Sual belə də ifadə edilə bilər: “Həyatımın məni gözləyən qaçınılmaz sonu olan ölümün məhv etmədiyi bir şey varmı?”
Tolstoy uzun illər içini parçalayan suallardan və onu addım addım izləyən intihardan Tanrı inancı ilə qurtulmuşdu. Bəs inanmasaydı?

Əslində elə bu yazının mövzusu qurtulanlar yox, qurtula bilməyənlərdir.
Peyğəmbərin gəlişindən öncəki Ərəblər arasında çoxlu müharibələr olmuşdur . İstər qəbilə, istərsə də torpaq və şöhrət uğrunda gedən mübarizələrdə minlərlə günahsız insan həlak olmuşdu. Ancaq İslam onların hamısının üstündən unutdurmaqla xətt çəkdi. O müharibədə ölmüş insanların heç birinin haqq‐hesabı Quranda və o dövr müsəlmanlarının müzakirələrində əsas mövzu olmadı. Ancaq Allah insanlara bir mövzunu unutdurmadı: Günahsız öldürülən körpələri. Və bu mövzu hətta müsəlmanların ən ağır durumda ac‐susuz qaldıqları, hər şeyin unudulduğu bir zamanda belə ən önəmli mövzu oldu. Allah o hadisələri Quranda və Peyğəmbərin hədislərində əbədiləşdirdi. Müşrik ərəblərin uşaqları qətl etmək və ya diri‐diri öldürmələri niyə Allah üçün bu qədər önəmli idi? Bu mövzunu bir az da uzaqdan seyr etmək üçün azacıq indiki zamana dönək.

Bir neçə il əvvəl Nyusvik jurnalı ABŞ və Kanadada artan uşaq qətlləri ilə bağlı Kriminalist-psixoloqlarla bu mövzunun araşdırmasına başlamışdı. Eyni ilə dünya başda dörd övladını qətlə yetirən qadının əməli olaraq daha bir neçə kütləvi uşaq qətlinin şahidi oldu. Araşdırmalar uşaq qətllərinin ən çox yaşandığı və ən aktual olan ölkələrindən ikisində, ABŞ və Kanadada aparılmışdı. Bütün kriminalistlərin və onlarla birlikdə araşdırma aparan psixoloqların son rəylərinə əsasən uşaq qətllərinin üç əsas səbəbindən biri Alturistik Filisiddir, yəni varlı və kasıb olmasından asılı olmayaraq Tolstoyun dediyi kimi, heç kimin cavab tapmadan yaşaya bilmədyi bir sual beyinləri qurcalamağa başlayır. Aldığı hər bir nəfəsin qarşısında beynini alt-üst edən suallar cavabsız qaldıqda insanı yeganə çıxış yolu saydığı intiharın bir addımlığına gətirir. Freydin tərifiylə insandakı dağıdıcı güc içəri vurur və onu intihara sürükləyir. Ancaq hər şey bitmir. Dünyada niyə çəkdiyini və niyə dözməli olduğu iztirabları göz önünə alan valideyn övladını niyə bu iztiarblı mənasız saydığı dünyada buraxmalıdır ki? Heç bir səbəb yoxdur. Və bütün bu düşüncələrin sonunda övladlarını iztirablı və mənasız dünyadan xilas etmək qərarına gəlir. Ümumdünya Psixiatriya Assosasiyasının (WPA) dərc etdiyi Vorld Saykəytri (World Psychiatry) jurnalının apardığı araşdırmalara görə intihar edən qadınların böyük bir qismi intihar etməzdən əvvəl ən az bir uşağını öldürür. Övladını qətlə yetirmiş qadınlardan biri həyatını anladarkən demişdir ki, uzun illər həyatımı qaraldan suallardan sonra bir dəfə qədim şairlərdən birinin şeirində oxudum “Mənim valideyinlərim mənə zülm edərək bu məşəqqətli dünyanın içinə atıblar, mənsə sənə bu zülmü etmərəm, ey doğulmamış övladım”. Ondan sonra hər dəfə qızlarımı yatırdandan sonra onların başları üstündə durub düşünürdüm ki bunların hələ heç nədən xəbəri yoxdur. Böyüyəndə bütün insanlar kimi əzablı günlər görəcəklər. Axı niyə bunlara qatlanmalıyıq ki? Əgər ölüm hər şeyi bitirirsə, torpaq hər şeyin üstünü örtürsə niyə bütün bunlara dözməliyik? Beynimi parçalayan fikirlərdən sonra ərim evdə olmayan axşam dörd övladımı zəhərləyib öldürdüm. Uşaqlarımın xırıltısı hələ də qulaqlarımdadır. Sonra özümü də öldürmək planım var idi ancaq edə bilmədim...

Və 14 əsr bundan əvvəlin bir əhvalatı. Sünnəni Darimi kitabında keçən bir rəvayətdə deyilir ki, bir nəfər Peyğəmbərin yanına gəldi və İslamdan öncəki dönəmində etdiklərini anlatdı:
“Mənim kiçik bir qızım var idi və məni çox sevirdi. Mən onu çağıranda qaçıb yanıma gəlirdi. Bir gün yenə mən onu çağırdım və qaçaraq yanıma gəldi. Sonra onu özümlə apararaq yolda əlindən tutaraq bir quyuya atdım. Qulaqlarımda qalan son sözləri “Atacan, atacan” qışqırtısı idi.” Bunları eşitdikdə Peyğəmbərin gözlərindən yaşlar süzüldü və buna görə orda olanlardan biri dedi: “Sən Peyğəmbəri kədərləndirdin” Peyğəmbər “Mane olmayın, nələr çəkdiklərini anlatsın” deyərək o adama “Bu əhvalatı yenidən danış” dedi. O da bu əhvalatı yenidən danışınca Peyğəmbər saqqalı islanınadək qədər ağladı. Daha sonra “Cahiliyyə dönəmində etdiklərinə görə Allah səni bağışladı, Həyatını yenidən başla” ‐ dedi.

Ərəblərin uşaqlarını (xüsusilə qız uşaqlarını) qətlə yetirmələri və yaşadığımız dövrdə geniş yayılmış uşaq qətllərinin səbəbləri müxtəlif ola bilər ancaq bütün bu qətllərin ortaq bir nöqtəsi var. Allah müşrik ərəblərin İslamdan öncə hərislik və əsl nəcabət üstündə etdiklərini bizə unutdurub uşaq qətllərini qiyamətə qədər gözümüzün önünə sərməsinin ən böyük səbəblərindən biri də bu məsələnin bir qətl, bir cinayətdən daha fərqli bir kökə dayanması idi. Çünki o qətllər, hirs və mənfəət üçün edilmiş qətllər deyildi, böyük bir əqidə pozğunluğu idi, Yüzlərlə bütə inanan ancaq tam bir materialist olan ərəb toplumu insanı ət və qandan ibarət bir varlıqdan başqa heç nə görmürdü. Öldürdükləri qızlar onların beyinlərinə hakim kəsilən materialist yanaşmanın qaçınılmaz sonu idi. Yeni doğulmuş bir qıza 14 əsr bundan öncəki təxmini yanaşmalardan biri belə idi bu qızı böyüdəcəm, əziyyətlə qazandığım süfrəmdən yeyəcək, sonra bir başqasına ərə gedəcək onun üçün övlad dünyaya gətirəcək, öləcək və bitəcək. Və 21‐ci əsrdəki təqribi yanaşma belədir mən övladımı böyüdəcəm, yaxşı təhsil alacaq, sonra bir yerdə işləyəcək, evlənəcək, qocalacaq və öləcək, bütün bu illər ərzində yaxınların itkisi, xəstəliklər, çətinliklər görəcək.

Öldürmə üsulları və bəhanələri fərqli də olsa kökləri bir mənbəyə dayanan qatillərin Allahı necə qəzəbləndirdiklərini Quranın bir ayəsi gözlər önünə sərir.
“Qız uşağından hansı günahına görə öldürüldüyü soruşulduğu zaman...” (Təkvir, 8‐9) Diqqət etsək, öldürən orada, öldürülən orada ancaq Allah öldürənə deyil, öldürülənə xitab edir. Öldürəni xitab olunmağa belə layıq görmür. Bu Allahın əməl sahibinə nə qədər qəzəbləndiyini açıq‐aşkar ortaya qoyur. Səni niyə öldürdülər deyə soruşulduğu zaman, günahsız körpələr nə cavab verəcəklər? Bunu Allah bilər ancaq, bəlkə də cavabları belə olacaq:
“Allahım Səni unutduqları üçün...”

Seymur Bədirxanlı / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka