Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ŞÜKÜRDƏN LƏZZƏT ALANLARIN MÜNACATI - 1

[ Zikrin fəziləti / 6302 dəfə baxılıb ]   
|
 
Allahım! Ard-ardına gələn lütflərinə necə şükr edəcəyim barədə düşünəndə ağlımı tamami ilə itirib çaşqınlığa düşdüm. Sənə sonsuz dəfələrcə həmd və sənalar olsun!
Fəzlin sel kimi coşub gəlincə Səni həmd-səna etməkdə tamamilə aciz və biçarə vəziyyətə düşdüm.
Layiq olduğumdan o qədər artıq çox nemətlər verdin ki, başım havalandı - necə həmd edəcəyimi bilmədim.
İnayətinlə ard-arda elə təcəllilərdə göründün ki, onlara hamısına şükrlə cavablandırdıqda taqətsiz vəziyyətə saldı.

Rəbbim!
Bütün bu etiraflar, Sən nazını çəkdiyin, hər bir sözünə ləbbeyk dediyin amma buna da rəğmən bunlara nankor olan, qədir-qiymətini bilməyən bir biçarə və zavallının iniltisidir.
Amma Sən, buna baxmayaraq, Ey Rəbbim, yeganə Sənsən qullarına və yaratdıqlarına qarşı çox şəfqət sahibi - Rauf,
maddi və mənəvi ruziləri verməkdən yorulmayan - Rəhim,
maddi və mənəvi gözəllikləri, yaxşılıqlar çox olan - Bərr,
Yaxşılığı bol olan, bağışı tükənməyən, hər növ şərəf və fəzilətləri Özündə cəm edən, qullarına bəlli miqdarda olmayan alicənablıq edən - Kərim!

Sənə üz tutanları peşman etməzsən!
Sənə sığınanları da qovub uzaqlaşdırmazsan!
Bütün arzu-diləkləri olanların karvanları həmişə Sənin qapında dayanar... Köməyə ehtiyacı olanlar Sənin dərgahını yeganə pənah yer bilər.
Nə olar Allahım, bizi arzu etdiklərimizdə xar və xəcalətli etmə, bizləri ümidsizliyə salma!
Eyy... Bütün varlıqların yaradanı və yaşadanı olan Böyük Sultanım!
Sənin nemətlərinin böyüklüyü yanında mənim şükrüm çox kiçikdir.
Səxavətlərinə qarşı etdiyim həmd və sənalar da çox cılızdır.
Ah…

Bəli, ya Rəbbi!
Lütfkarlıqların o qədər həddsizdir ki, onları saymaqda acizəm. Onları tək-tək saymaq bir yana qalsın, bütünlüklə hamısını birdən idrak etmək belə mümkün deyil.
Sənin şükrünə necə taqət gətirə bilərəm ki, mən ?!
Sənə şükr edə bilmənin belə bir şükr borcu olur.
Nə zaman “ləkə'l-hamd”(hamd yalnız Sənə məxsusdur) desəm, onun üçün də ayrıca bir "Əlhəmdulillah" deməyim vacib olur.

Allahım!
Biz yoxduq, lütf göstərib bizi Sən var etdin və bu günə çatdırdın.
Səndən üzərimizdəki nemətlərini tamama çatdırmağını, ruhumuzu parçalayacaq əzabından, qəzəbindən də əminda olmamızı diləyirik.
Bu möhtac, qəlbiqırıq qullarına iki dünya səadətinin ən alisini və ən gözəli ilə sevindir.
Altından qalxa bilməyəcəyimiz ağır imtahanlara salmadığın üçün və üzərimizə ard-arda yağdırdığın nemətlərin üçün Sənə sonsuz həmd edir və həmdimizin razılığına müvafiq, lütflərinin əzəmətinə də layiq olacağımıza ümid edirik, ey mərhəmətində hüdudu olmayan, Uca və Kərim Rəbbimiz!

Hazırladı: Rəxşan / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:39
GÜNƏŞ06:31
ZÖHR [ 4 rükət ]13:48
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:03
İŞA [ 4 rükət ]22:48
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka