Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AZƏRBAYCANIN İLK ŞEYXULİSLAMI-Məhəmmədəli Hüseynzadə

[ Elm / 11445 dəfə baxılıb ]   
|
 
Məhəmmədəli Hüseynzadə 1760-cı ildə Salyanda doğulmuşdur. Salyan və Gəncə şəhərində ibtidai dini təhsil almış, 1790-cı ildə İraqa getmiş, Bağdad Universitetinin ilahiyyat və tarix fakultələrini bitirmişdir.

Təhsilini başa vurduqdan sonra Məhəmmədəli Hüseynzadə 1802-ci ildə Tiflisə gəlir və Şah Abbas məscidinə axund təyin edilir. Uzun illər bu vəzifədə işləməklə təkcə Tifilisdə deyil, Şərqi və Qərbi Azərbaycan , Borçalı, Dağıstan əyalətlərində nüfuz sahibinə çevrilir. Məhz bu nüfuzun və hörmətin sayəsində Məhəmmədəli Hüseynzadə 1823-cü ildə Qafqazın ilk Şeyxülislamı olur.

Şeyxülislam Məhəmmədəli Hüseynzadə üçün dövlət məmuru kimi fəaliyyət göstərmək heç də asan deyildi. Müəyyən məsələlərdə hökümətə tabeçilikdən imtina etmiş axund və mollaları cəzalandırmaq onun üçün çox çətin və ağır idi. Rusiyanın Azərbaycanda həyata keçirdiyi siyasət isə xalq kütlələrinin narazılığını artırmışdı, din xadimləri daha bu narazılığı yatırmaqda imperiyaya yardımçı olmaq istəmirdilər.

Nuxa qazısı Əbdül Lətif Əfəndi, Şuşa qazısı Əbdil Qasım üsyanın əsas təşkilatçılarına çevrilmişdilər. Mollalar vergilərin yığılmasında çar məmurlarına maneçilik törədir, xütbələrdə Rusiyanı dinsizlikdə günahlandırırdılar.

Şeyxülislamın üsyana və üsyançılara qarşı mübarizəsi Qafqaz Canişini Knyaz Baryatınskinin qətiyyən təmin etmirdi. Hətta onunla Tiflisdə etdiyi söhbətlərdə verdiyi göstərişlər Şeyxülislamın etirazlarına səbəb olmuşdur. Bu etirazlar Peterburqa çatdıqda, qəribə də olsa, Şeyxin fikirləri əsas götürülərək 6 dekabr 1846-cı ildə çar I Nikolay fərmanla Azərbaycan bəylərinin torpaq üzərində irsi mülkiyyət hüququnu tanıdı və mülkiyyət bölgüsü məsələlərinin rus qanunları ilə yanaşı, şəriət əsasında da həll edilməsinə izacə verdi. Bununla da şəriət məhkəmələrinin rolu genişləndi və Şeyxülislamın təsir imkanları da artdı. Bu, nisbi və aldadıcı güzəşt idi. Lakin bütün hallarda ondan yararlanmaq lazım idi.

1834-cü ildə Yelizavetpol qəzasında yerləşən İmamzadə məscidinə məxsus torpaq sahəsi güya lazımı sənədlərin olmaması ucbatından müsadirə edilmiş, yalnız Şeyxülislamın kəskin əks reaksiyasından sonra 1844-cü ildə geri qaytarılmışdır.

Onu da qeyd edək ki, Şeyxülislam Məhəmmədəli Hüseynzadə Şeyx Şamillə şəxsən tanış idi, ona xüsusi hörmət bəsləyirdi. Bu səbəbdən qubernatorun müridizmə qarşı mübarizə aparmaq sərəncamına əməl etməkdən imtina etdi. Çünkı Şeyx Şamilin gücünün müridizmdə olduğunu bilirdi. Və bu cərəyana qarşı mübarizə aparmaq Şeyx Şamilə - müsəlmanların azadlığına rəhbərlik edən bir şəxsə ağır zərbə vurmaq demək idi. Buna isə Şeyx qətiyyən razı ola bilməzdi.

1828-ci il Türkmənçay müqaviləsinə qədər şeyxülislam vəzifəsi bir qayda olaraq Tiflis məscidinin axunduna həvalə olunurdu və məmurlar onu başqa-başqa adlarla çağırırdılar. Axund Şeyxülislam Məhəmmədəli Hüseynzadəyə həm “Tiflis tatar axundu”, həm “Gürcüstanın Müsəlman ruhanilərinin rəhbəri”, həm də “Qafqaz Şeyxülislamı” kimi müraciət edirdilər.

1828-ci ildə Təbriz müçtəhidi Ağa Mir Fəttah Təbatəbai Qafqazın şiə məzhəbindən olan ruhanilərə başçı (müçtəhid) təyin olunandan sonra Şeyxülislam daha ağır təzyiqlərə məruz qaldı.

Şeyxülislam Məhəmmədəli Hüseynzadə Bağdadda təhsil alsa da, rus dilinə və ədəbiyyatına dərindən bələd idi. Peterburq və Moskva şəhərləində dəfələrlə səfər etmişdir. Hətta şeyx zamanında Moskvada Cümə məscidinin tikilməsi məsələsini də qaldırmişdı.

İslam dinində yüksək dini titula malik olanlar din sahəsində ləqəb vermək hüququna malik olmuşlar (məsələn “Əbu Turab”-Torpaq atası). Qafqaz ruhaniləri içərisində yalnız Məhəmmədəli Hüsenzadə belə bir hüquqa malik idi və mükəmməl dini təhsil görmüş, “axund” rütbəsi almış gəcləri hərtərəfli yoxladıqdan sonra fəxri ada layiq görürdü.

Şeyxülislamın verdiyi ləqəblərə layiq görülənlər içərisində Şərqin ən böyük alimləri və üləmaları da olmuşdur.

Şeyxülislam Məhəmmədəli Hüseynzadə 1846-cı ildə istefa verdi və onun yerinə neçə illər bir yerdə işləmiş, müavini Axund Fazil İravani keçdi.

Şeyxülislam Məhəmmədəli Hüseynzadə 1852-ci ildə haqqın rəhmətinə qovuşdu və Tiflisin Müsəlman qəbristanlığında dəfn edildi.

Elm adamlarının Allah Rəsulundan olan mirasını davam etdirməsi ənənəsinə Şeyxülislam Məhəmmədəli Hüseynzadə sadiq qalaraq aşağıdakı kitabları miras qoymuşdur.

“Ağızdan-ağıza keçmiş hədislər”
“İslamın möcüzələri”
“Qiyamətdə ölülərin dirilməsi”
“Qəlb qidası”

Mənbə: Adam.az internet saytı

Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka