Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SEVGİ VƏ MƏRHƏMƏT

[ Aktual / 6988 dəfə baxılıb ]   
|
 
İslam cəmiyyətinin təməlləri ilk öncə insanın qəlb və vicdanını inşa etməyə başlayar. Ruhuna sevgi və mərhəmət toxumları əkər, mərhəmət küləklərini əsdirər. İnsanlara sahib olduqları ilkin həqiqətlərini, birliklərini xatırladır. Allahın nəzərində və yolunda ilk yaradılış halları ilə qardaş olduqlarını xatırladar. Ruhları bu bağlarla yumuşaldığı zaman daha gözəl fikirli olduqları üçün barışığa daha yaxın olurlar. İxtilaf və savaş səbəbləri yumuşalar, barışı əmr edən qanunlar azadlıq tapar. Bu şüur bir növ qanunların qoruyucusu olur. Həyat şəfqət və xoşluqla rahat olaraq yoluna davam edər.

“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.” (Nisa,1)
Beləcə insanlıq bir həqiqətdə və bir məbudda toplanır. Münaqişələr aradan götürülür. O dərin və qüvvətli bağlar meydana çıxır. Bütün xalqı-dinləri, dilləri, milliyətləri, rəng və cinsləri nə olursa‐olsun öz əhatəsinə alır.
Mömünlər isə bir-birilərinə daha yaxındırlar.Onları bir-birilərinə yaxın edən qüvvətli inanc bağlarıdır.
“Möminlər, həqiqətən də qardaşdırlar.” (Hucurat,10)
“Mömünlərin bir-birilərinə olan sevgi, mərhəmət və şəfqətləri, necə ki, bir bədənin üzvlərinin bir-birilərilə olan münasibətinə bənzər. Bədənin bir üzvü rahatsızlandığında digər üzvlərdə onunla birlikdə rahatsız və yuxusuz olurlar.” (Buxari, Muslim)
Hz. Peyğəmbər iman sahibi olmağı mömünlərin bir-birilərini sevmələrinə bağlamaqdadır. Bu elə bir sevgidir ki, bir mömün özü üçün istədiyini din qardaşı üçündə istəyir.

“Biriniz özünə istədiyi və sevdiyi bir şeyi mömün qardaşı üçündə istəməz və sevməzsə o iman etmiş sayılmaz.” (Buxari, Muslim)
Rəhmət sevginin qardaşıdır. Allah özünü dəfələrcə rəhmət ilə tanıtmış, peyğəmbərin qəlbini də rəhmətlə doldurmuşdur. Buna görə də Hz.Peyğəmbər də yumşaq və şəfqət ilə davranmışdır.
“Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.” (Al-i İmran,159)
Öz rəhmətindən pay verdiyi bir peyğəmbəri mömünlərə göndərməsi Allahın nə böyük bir nemətidir. Allah rəhmətini sadəcə müsəlmanlara deyil, əksinə bütün insanlara ehsan etməkdədir.
“Dünyada yaşayan insanlara mərhəmət edin ki, səltənəti yer və göyləri əhatəsinə alan Allah da sizlərə mərhəmət etsin.” (Tirmizi, Əbu Davud)

İslam bütün canlılara mərhəmət edilməsini istəyir. İnsanoğlunun qəlbinə bütün canlılara çatacaq qədər böyük bir mərhəmət duyğusu bəxş edər. Necə ki, Hz. Peyğəmbər belə demişdir:
“Bir insan yolda gedərkən şiddətlə su içməyə ehtiyacı duyur və ətrafına baxarkən bir quyu görür. Quyuya enib doyunca su içib doyduqdan sonra susuzluqdan torpağı yalayan bir it görür. Öz‐özünə “mənim susadığım kimi bu it də susamışdır” deyə düşünür. Dərhal quyuya yenidən enir və ayaqqabısını su ilə dolduraraq ağzına alır. Yuxarıya çıxıb suyu itə içirdir. Bu hərəkətindən dolayı Allah o adamın günahlarını bağışlayır.”
Səhabələr “Ey Allahın Rəsulu, heyvanları yedirib içirdiyimiz zaman Allah bizə mükafat verirmi?” deyə soruşdular.
Hz. Peyğəmbər “Bəli, canlı varlığa edilən yaxşılığın mükafatı vardır” – buyurdu.” (Buxari, Muslim)

Bütün canlılar bir-birinə bağlayan mərhəmət və sevgi bağları vasitəsilə iman əqidəsi, rəhmət bulaqlarını coşdurur. Bu bulaqların coşması ancaq yaradıcının birliyi və sonsuz qürəti ilə Onun yaratdığı məxluqat arasındaki birlik fikri ilə mümkün olur. İnsanoğlu özünü bütün canlılardan üstün edən və yer üzünün bütün canlıları içərisində onların başı və Allahın xəlifəsi edən əqidəyə İslam əqidəsinə layiqdir.

Hazırladı: Mehdi Paşayev / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka